Azərbaycanın ən gənc şəhidi odur FOTO
Digərləri 24 Dek 2025 19:52:00 101 0
Samir Əliyev Azərbaycanın ən gənc şəhididir. O, 9 iyun 1977-ci ildə Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olub.
Bu xəbəri də oxu: Emin Əmrullayev yeni prorektor təyin etdi
Son.az xəbər verir ki, doğma Cəbrayılın başının üstünü qara buludlar alanda silaha ilk sarılanlardan biri də sonradan döyüşçü yoldaşlarının Tiqana adlandırdıqları Samir olub. Fransız futbol ulduzu Jan Tiqanaya bənzədiyi üçün bu ləqəblə çağırılan Samirin həmin vaxt 13-14 yaşı olub. Şahidlərin dediyinə görə, Tiqananın silahı özündən böyük imiş...
Samir Əliyev müharibənin ilk aylarında əsgərlərə sursat daşıyıb, su, ərzaq çatdırıb. Relyefinə görə ən çətin postlara qalxıb, ən qorxulu ərazilərə patron, qumbara çatdırıb. On beş yaşı tamam olanda isə qanlı döyüşlərə atılıb. Düşmənə əlinin zərbini göstərdiyi ilk döyüş 1992-ci ilin noyabrında olub.
Samirin sonuncu döyüşü 15 avqust 1993-cü ildə Xocavənd rayonunun Banazur kəndində olub. O, həmin gün şəhadətə yüksəlib. Səkkiz gün sonra isə Cəbrayıl rayonu işğal olunub.
Samir Əliyevin məzarı Cəbrayıl şəhərinin yaxınlığındakı bir təpənin döşündəndir. Tiqana döyüşçü dostları ilə birlikdə uyuyur. Yazda həmin təpədə nazli-qəmzali lalələr bitir. Bu çiçəklər öz rəngini şəhidlərimizin müqəddəs qanından alır...
Birinci Qarabağ muharibəsi veteranı Ənvər Əliyev Samiri belə xatırlayır:
- Biz Balyand postunda olanda Tiqana bir gündə üç-dörd dəfə yanımıza qalxırdı. Özü ilə isti yuxa, pendir, su gətirirdi. O balaca boylu, qorxmaz, cəsur uşaq hamının dostu idi. Samir qorxunun nə olduğunu bilmirdi. Bir də görürdük Samir yoxdur. Bir neçə saatdan sonra yenidən posta gəlirdi. Harada olduğunu soruşanda Ağ yolu göstərib deyirdi ki, bax, oradan gəlirəm. O postda dörd erməni, aşağıdakı postda üç erməni var. Həmin postlar bizim postdan yuxarıda idi. Samir əsl kəşfiyyatçıydı. Gətirdiyi məlumatlar həmişə köməyimizə çatırdı. Allah qəni-qəni rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun!
... İki gün əvvəl Cəbrayılda idim. Yaxın qohumum olan yol yoldaşımız Rəşad Həsənovdan xahiş etdim ki, məni Samirin məzarına aparsın. Əsl vətənpərvər olan Rəşad canla-başla xahişimi yerinə yetirdi.
Başımı Samirin günəşin qızılı şüalari ilə nura boyadığı başdaşına söykəyib belə dedim: "Rahat uyu igid, Cəbrayıl azaddır! Qarabağ azaddır!"
Qırx dörd günlük müharibə təkcə Qarabağ həsrətimizə son qoymadı, həm də soyuq məzar daşlarından bizə baxan şəhidlərimizin gözlərindəki niskilə son qoydu...
Allah hamısına rəhmət eləsin! (Metbuat.az)
"O, şeirləri ilə kimin ağzını tikir? Guya şair olub. Şeir yazmağı
Dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliy
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyii yanında Dövlət Dəniz və Lima
Dekabrın 23-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İl
Xalq artisti Röya Ayxan keçmiş həyat yoldaşı Anar Cəlilovla bağlı danı
Türkiyəli riyaziyyat müəlliminin Azərbaycan vətəndaşları ilə bağlı s
Türkiyənin reytinqli serialı "Kurtlar Vadisi" serialında Samuel V
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Y�
Romada nüfuzlu "Laurentum Awards"ın XXXIX təqdimetmə mərasimi ke�
Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Pr
Aparıcı və aktyor İbrahim Səlim və sosial media fenomeni Ayşə Şeyma Ket
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə
Televiziya verilişlərindən birində gərgin və mübahisəli anlar yaşanıb.
