"Azərbaycanlı qadınlarla evlənməyin" Türk müəllimin sözləri qalmaqal yaratdı


Digərləri 24 Dek 2025 18:46:00 61 0

"Azərbaycanlı qadınlarla evlənməyin"  Türk müəllimin sözləri qalmaqal yaratdı

Türkiyəli riyaziyyat müəlliminin Azərbaycan vətəndaşları ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub.

Son.az xəbər verir ki, Hamza Duru adlı şəxs sosial media hesabında paylaşdığı videomüraciətində Türkiyə vətəndaşlarını Azərbaycan vətəndaşları ilə ailə qurmaq məsələsində çox ehtiyatlı olmağa çağırıb. O bildirib ki, azərbaycanlılar və türkiyəlilərin dünyagörüşü, həyat tərzi və həyata baxışı bir-birindən ciddi şəkildə fərqlənir və bu səbəbdən qurulan ailələr uzunömürlü olmur:

"Buradan Azərbaycan vətəndaşları ilə ailə qurmağı düşünən Türkiyə vətəndaşlarına səslənirəm, bir daha düşünün. Beş il Azərbaycanda, Naxçıvanda yaşamış biri kimi danışıram. Onlarla dostumuz azərbaycanlı qadınlarla evləndi və demək olar ki, heç biri ailəsini qoruya bilmədi. Onların mədəniyyəti, yaşayış tərzi və həyata baxışı Türkiyə vətəndaşlarından çox fərqlidir. Heç bir halda anlaşa bilmirlər. Bir dostum evliliyinin ikinci-üçüncü ilində boşandı. Səbəbini soruşanda dedi ki, hər il ev əşyalarını dəyişmək üçün israr edirdi və buna maddi cəhətdən gücü çatmırdı. Maraşdan olan başqa bir dostum iki-üç uşaq sahibi olmuşdu, sonradan onların da boşandığını eşitdim. Bakıda evlənən bir dostum isə bir il belə keçməmiş ayrıldı. Təkrar düşünmənizi tövsiyə edirəm, çünki bu evliliklərin altında çox böyük xərclər var və bir çox insan bu yükün altından qalxa bilmir".

Türkiyəli müəllimin bu açıqlaması sosial şəbəkələrdə Türkiyə və Azərbaycan vətəndaşları tərəfindən hiddətlə qarşılanıb. Bir çox istifadəçilər Hamza Durunun fikirlərinə etiraz edərək, azərbaycanlı qadınlarla bağlı müsbət fikirlər səsləndiriblər. Belə ki, Kamil Gur adlı istifadəçi bunları qeyd edib:

"Sən səhv edirsən. Mən Türkiyə vətəndaşıyam, artıq 7 ildir evliyəm və Sumqayıtda yaşayıram. And içirəm ki, Azərbaycan vətəndaşları Türkiyə vətəndaşlarından qat-qat daha yaxşıdır. Yaxşı ki, Azərbaycandayam. Yaşasın, can Azərbaycan! Allah hamısından razı olsun".

Ayan adlı istifadəçi yazıb: "Əmim qızı artıq 23 ildir İstanbulda türk vətəndaşı ilə evlidir. İki oğlu, bir qızı var və çox xoşbəxt yaşayırlar. Oğlunun toyu olacaq. Hazırda Almaniyada yaşayırlar".

Yılmaz adlı istifadəçi bunları deyib:

"Haqlı deyilsən. Bacım 20 ildir evlidir, digər bacım 17 ildir evlidir, mən isə artıq 6 ildir evliyəm. Bəs biz niyə boşanmırıq?".

Nigar adlı istifadəçi də razılaşmadığını bildirib:

"Yalan danışma. Elə gözəl anlaşan ailələr var ki... Məsələn, xalam qızı artıq 6 ildir evlidir, Türkiyədə yaşayırlar. İki qız övladları var və çox xoşbəxtdirlər".

Gülər adlı istifadəçi də səslənən fikirlərin yalan olduğunu vurğulayıb:

"Mənim qızım 1991-ci ildən evlidir, hazırda da orada yaşayır. Dörd övladı, nəvələri var". (Bakupost.az)

"Kurtlar Vadisi"nin aktyoru tanınmaz halda like
  • 24 Dek 18:30  
Şou-biznes "Kurtlar Vadisi"nin aktyoru tanınmaz halda

Türkiyənin reytinqli serialı "Kurtlar Vadisi" serialında Samuel V

arrow Ətraflı
Binəli Yıldırım İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 24 Dek 18:16  
Siyasət Binəli Yıldırım İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Y�

arrow Ətraflı
Heydər Əliyev Fondu İtaliyanın Laurentum mükafatı ilə təltif olunub like
  • 24 Dek 18:13  
Siyasət Heydər Əliyev Fondu İtaliyanın Laurentum mükafatı ilə təltif olunub

Romada nüfuzlu "Laurentum Awards"ın XXXIX təqdimetmə mərasimi ke�

arrow Ətraflı
Maya Sandu İlham Əliyevi təbrik edib like
  • 24 Dek 18:02  
Siyasət Maya Sandu İlham Əliyevi təbrik edib

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Pr

arrow Ətraflı
Özündən 16 yaş kiçik fenomenlə evlənir like
  • 24 Dek 18:00  
Şou-biznes Özündən 16 yaş kiçik fenomenlə evlənir

Aparıcı və aktyor İbrahim Səlim və sosial media fenomeni Ayşə Şeyma Ket

arrow Ətraflı
Sadır Japarov Prezident İlham Əliyevi təbrik edib like
  • 24 Dek 17:57  
Siyasət Sadır Japarov Prezident İlham Əliyevi təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə

arrow Ətraflı
"Sizin kimi qadınlar ailələri DAĞIDIRLAR"  müğənniyə ağır ittiham like
  • 24 Dek 17:45  
Şou-biznes "Sizin kimi qadınlar ailələri DAĞIDIRLAR" müğənniyə ağır ittiham

Televiziya verilişlərindən birində gərgin və mübahisəli anlar yaşanıb.

arrow Ətraflı
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik like
  • 24 Dek 17:43  
Siyasət Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik

Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik. Çün

arrow Ətraflı
Bakıda Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin bayram konserti keçirilib – like
  • 24 Dek 17:36  
Kriminal Bakıda Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin bayram konserti keçirilib –

Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın

arrow Ətraflı
Prezident: İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalıb like
  • 24 Dek 17:19  
Siyasət Prezident: İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalıb

İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır. Yəni

arrow Ətraflı
Prezident İlham Əliyev: Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür like
  • 24 Dek 17:15  
Siyasət Prezident İlham Əliyev: Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür

Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür, tarixi bir

arrow Ətraflı
“Ən böyük arzumdur ki, oğlum olsun, adını Mənsum qoyum"  övladı olmayan xanəndə like
  • 24 Dek 17:05  
Şou-biznes “Ən böyük arzumdur ki, oğlum olsun, adını Mənsum qoyum" övladı olmayan xanəndə

Tanınmış xanəndə Elgiz Əliyev səmimi açıqlaması ilə diqqət mərkəzi

arrow Ətraflı
“Elektron siqaret məni məhv etdi” – Xərçənglə mübarizə aparan Pekkan üsyan etdi like
  • 24 Dek 16:46  
Şou-biznes “Elektron siqaret məni məhv etdi” – Xərçənglə mübarizə aparan Pekkan üsyan etdi

Ajda Pekkanın bacısı Semiramis Pekkan bir müddətdir mübarizə apardığı

arrow Ətraflı
Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən əcnəbilərə hökm oxundu like
  • 24 Dek 16:42  
Digərləri Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən əcnəbilərə hökm oxundu

Bu ilin yayında Bakıdakı Şəhidlər xiyabanında nalayiq hərəkətlər edə

arrow Ətraflı
Mixeil Kavelaşvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 24 Dek 16:22  
Siyasət Mixeil Kavelaşvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Prezidenti İlham Əliyevə təbri

arrow Ətraflı