AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür
Digərləri 25 Dek 2025 00:00:00 77 0
Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin qəzaya uğramasından bir il ötür.
Bu xəbəri də oxu: Emin Əmrullayev yeni prorektor təyin etdi
Son.az xəbər verir ki, 25 dekabr 2024-cü il tarixində dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış və "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus "Embraer 190-100 IGW" tipli sərnişin hava gəmisi Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə müntəzəm J2-8243 reysini yerinə yetirərkən Qazaxıstan Respublikasının ərazisində, Aktau hava limanı yaxınlığında qəzaya uğramışdır. Qəza nəticəsində ekipajın iki üzvü (kapitan və ikinci pilot), baş bələdçi və 35 sərnişin həlak olmuşdur.
Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş ilkin hesabatda aşağıdakı faktlar təsdiqlənir:
1. Dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış və "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus "Embraer 190-100 IGW" tipli sərnişin təyyarəsi Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə müntəzəm J2-8243 reysini yerinə yetirərkən uçuşun başlanğıcından Qroznıya qədər marşrut hissəsində tam uçuşa yararlı vəziyyətdə olmuşdur. Hava gəmisinin uçuşa yararlılığına dair bu məlumatlar, o cümlədən idarəetmə sistemlərinin işi FDR məlumatları ilə təsdiqlənmişdir;
2. Qəza anınadək təyyarənin hər iki mühərriki texniki problem olmadan işləyib. Bu məlumat da FDR məlumatları ilə təsdiqlənir;
3. Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş zamanı təyyarə GPS siqnallarını itirmişdir;
4. Qroznı üzərində əlverişsiz hava şəraiti səbəbindən təyyarə ikinci dəfə eniş edə bilməmiş, bundan sonra kapitan Bakıya qayıtmaq barədə qərar qəbul etmişdir. Bu qərarın qəbulundan sonra Qroznı üzərində CVR-də 24 saniyə fasilə ilə iki xarici səs qeydə alınmışdır;
5. CVR və FDR məlumatlarının müqayisəsi göstərmişdir ki, birinci xarici səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra isə 2-ci hidravlik sistem sıradan çıxmışdır;
6. Foto və video qeydlərlə təsdiqlənmiş, füzelyajda çoxsaylı zədələnmələr aşkar edilmişdir. Bu zədələnmələr füzelyajın arxa hissəsində, əsasən şaquli və üfüqi stabilizatorlarda, eləcə də sol qanadda və sol mühərrikdə müşahidə olunmuşdur;
Azərbaycan Prezidenti İlham Əliyev ad gününü ailə üzvləri ilə qeyd edi
Mir Şahin müəllim 5-ci mərtəbədə yaşayırdı, biz isə 3-cü mərtəbəd
Dekabrın 24-də "Təmiz Dünya" sığınacağında yaşayan uşaqlar
Bağçaya əkilən hər ağac uzunmüddətli perspektivdə hüzur və kölgə g�
"Az yatır, çox götür". "TikTok"da investisiya edən şə
Müğənni Zeynəb Həsəni açıqlaması ilə diqqət çəkib.
Dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliy
Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub.
Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt
Qroznı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin
Rəng psixologiyası fərdləri intellekt səviyyəsinə görə təsnif etməsə
Meyxanaçı Vüqar Əbdülov qatıldığı "Rəngarəng" verilişində
Həqiqətən müdrik bir partnyor olduğunuzun əlamətləri çox vaxt sözlərl
Müğənni Samirə ƏliMəryəm ilk dəfə qızı ilə obyekltiv qarşısına ke
Sumqayıt şəhərində min abonentin qaz təchizatında fasilə yaranacaq.
