Bu rəng stresi 28% azaldır


Digərləri 12 Ağu 2025 05:05:00 78 0

Bu rəng stresi 28% azaldır

Journal of Environmental Psychology jurnalında dərc olunan son tədqiqatın nəticələrinə əsasən, göy rəng - xüsusilə də onun soyuq tonlu çalarları - insanın intellektual fəaliyyət zamanı yaşadığı stresi təxminən 28% azaldır.

Son.az xəbər verir ki, nevrofizioloqların apardığı bu araşdırma göstərib ki, göy rəng diqqət və konsentrasiyanı artıran neyromediatorların ifrazını stimullaşdırır. Bununla yanaşı, Böyük Britaniyanın Kolumbiya Universitetində aparılan digər bir elmi araşdırma isə mavi rəngin insan beyninin yaradıcılığa cavabdeh olan alın nahiyələrini aktivləşdirdiyini sübut edib. Tədqiqat göstərib ki, göy çalarlı mühitdə işləyən insanlar 33% daha çox yaradıcı və innovativ ideyalar irəli sürürlər.

Mövzuyla bağlı maraqlı bir tarixi fakt da diqqət çəkir. Apple şirkətinin həmtəsisçisi Steve Jobs, ilk Mac kompüteri üzərində işlədiyi dövrdə ofisini göy rəngdə dizayn edib. O, bu rənglərin ona "gələcəyi daha aydın görməyə kömək etdiyini" demişdi.