Ev telefonlarının aylıq abunə haqqı dəyişdi


Digərləri 06 Ağu 2025 18:28:00 87 0

Ev telefonlarının aylıq abunə haqqı dəyişdi

Sabit telefonlardan istifadəyə dair aylıq abunə haqqı müəyyənləşib.

Bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qəbul etdiyi telekommunikasiya sahəsində bir sıra tariflərin tənzimlənməsi haqqında qərarda öz əksini tapıb.

Azərbaycanda ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sabit telefonlardan (məftilli və simsiz) istifadəyə dair aylıq abunə haqqı ilə bağlı tarif ƏDV daxil olmaqla əhali üçün 3,5 manat, qeyri-əhali üçün 7 manat təsdiq edilib.

Sənədə əsasən, ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan hər bir faks aparatından ölkə daxilində istifadəyə görə aylıq abunə haqqı ilə bağlı tarif ƏDV daxil olmaqla 0,50 manat təsdiq edilib.