Bakıda avtoyuma məntəqəsindən maşın oğurlandı
Digərləri 07 Ağu 2025 16:39:00 101 0
Bakıda avtoyuma məntəqəsindən avtomobil oğurlanıb.
Son.az musavat.com-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsindəki 2528-ci məhəllədə yerləşən avtoyuma məntəqəsində qeydə alınıb.
Bildirilib ki, sahibi "Hunday" markalı avtomobilini yuyulması üçün məntəqə işçisinə təhvil verib. Bir neçə saat sonra avtomobili məntəqədən götürmək istədikdə, avtomobilin qaçırıldığı məlum olub. Məntəqə işçisi avtomobili yuduqdan sonra məntəqənin yanında saxladığını deyib. Araşdırmalar nəticəsində məlum olub ki, nəqliyyat vasitəsi oğurlanıb.
Kaynak: milli.az