11 yaşlı qıza qarşı əxlaqsızlıq edən ilahiyyatçı barədə qərar verildi
Digərləri 05 Ağu 2025 13:29:00 64 0
Sumqayıt Apellyasiya Məhkəməsində 11 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən hacı Salman Kamiloğlunun barəsində olan hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.
Bu haberi de oku: Günün qoroskopu: Maddi baxımdan risk etməyə ehtiyac yoxdur
Son.az oxu.az-a istinadla xəbər verir ki, prosesdə şikayət araşdırılsa da, təmin edilməyib.
Xatırladaq ki, hadisə ötən il iyunun 22-də saat 19 radələrində Abşeron rayonu, Masazır kəndi ərazisində baş verib. Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb.
Abşeron rayon Məhkəməsinin hökmü ilə Hacı Salman Kamiloğlu 3 il 9 ay azadlıqdan məhrum edilib.