İnfarktdan əvvəl ürək necə xəbərdarlıq edir?
Digərləri 06 Ağu 2025 04:04:00 73 0
İnfarkt həm dünyada, həm də Azərbaycanda vaxtsız ölümlərin aparıcı səbəblərindən biri olaraq qalır. Mütəxəssislər isə bir daha xatırladır: ürək sağlamlığını qorumağın açarı balanslı qidalanma, müntəzəm fiziki aktivlik, təmiz havada vaxt keçirmək və vaxtaşırı kardioloq müayinəsindən keçməkdir.
Bu haberi de oku: Beş mikro və kiçik sahibkarın innovativ layihələri vergidən azad edildi
Bəs infarkt baş vermədən əvvəl ürək hansı siqnalları verir? Ağrı necə hiss olunur və hansı fərqli əlamətlər diqqətə alınmalıdır?
Ən tipik xəbərdarlıq: sinədə qəfil və kəskin ağrı
Son.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlərin fikrincə, infarktın ən səciyyəvi əlaməti - qəfil başlayan və olduqca şiddətli sinə ağrısıdır. Bu ağrı bəzən yanma, bəzən də gərilmə və içəridən sıxılma hissi ilə müşayiət olunur.
Ağrı təkcə sinə ilə məhdudlaşmır - sol çiyin, boyun, kürək və qol boyunca yayıla bilər. Bu, ürək əzələsinin oksigen çatışmazlığına məruz qalmasının birbaşa nəticəsidir.
Dərin, yandırıcı və dəyişməyən ağrı
İnfarkt ağrısı səthi deyil - dərinlikdə hiss olunur və adətən yanma və sıxılma hissi ilə birgə müşahidə edilir. Ən önəmli xüsusiyyətlərdən biri də odur ki, bədən mövqeyi dəyişsə belə, ağrının intensivliyi dəyişmir, nə azalır, nə də yüngülləşir.
Ağrısız infarkt mümkündürmü?
Bəli, mümkündür. Xüsusilə şəkərli diabetin ağır forması olan şəxslərdə infarkt ağrısız keçə bilər. Bu hallarda aşağıdakı əlamətlərə diqqət yetirilməlidir:
Ani və səbəbsiz zəiflik, Qan təzyiqinin qəfil enməsi, Ürək ritmində pozuntular, Soyuq və yapışqan tərləmə.
İnfarktdan şübhələndikdə nə etməli?