Nazir Rza Məmmədova vəzifə verdi
Digərləri 05 Ağu 2025 08:30:00 68 0
Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni tədris işləri üzrə prorektor təyin olunub.
Bu haberi de oku: Azərbaycanda “WhatsApp”a giriş problemi Nə baş verir?
Son.az teleqraf-a istinadən xəbər verir ki, bu vəzifə Rza Məmmədova həvalə olunub.
Rza İbrahim oğlu Məmmədov 1989-cu il mayın 21-də Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 2006-cı ildə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə başa vurub. Ali təhsilinə Türkiyənin Anadolu Universitetində başlayıb və 2007-2010-cu illərdə "İqtisadiyyat" ixtisası üzrə bakalavr dərəcəsini fərqlənmə ilə bitirib.
2011-ci ildə Naxçıvan Dövlət Universitetində "Dövlət və bələdiyyə idarəetməsi" üzrə magistr təhsilinə qəbul olunub və 2014-cü ildə magistr dərəcəsi alıb. Daha sonra 2014-2018-ci illərdə Türkiyənin Eskişehir Osmangazi Universitetində "Təhsilin idarəedilməsi, təftişi, planlaması və iqtisadiyyatı" üzrə doktorantura təhsili alıb. O, bu sahədə dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi qazanıb. Bu dərəcə 2021-ci ildə Azərbaycanda nostrifikasiya olunub.
Rza Məmmədov 2011-ci ildən bəri müxtəlif akademik və inzibati vəzifələrdə çalışıb. 2023-cü ildən ADA Universitetində magistr proqramlarında dərs deyir və dissertasiya rəhbərliyi edir. Həmin ildən "Naxçıvan" Universitetində Elm, İnnovasiyalar və Beynəlxalq Əlaqələr üzrə prorektor, eyni zamanda idarəetmə kafedrasının dosentidir.