Plastik butulkalardan suya hansı maddələr keçir?


Digərləri 05 Ağu 2025 15:57:00 63 0

Plastik butulkalardan suya hansı maddələr keçir?

Yay aylarında plastik qablaşdırılmış suların uzun müddət günəş şüaları altında saxlanılması sağlamlıq üçün ciddi risklər yarada bilər.

Bəs bunun hansı təhlükələri var?

Son.az xəbər verir ki, məsələ ilə qida mütəsəssisi Məhsəti Hüseynova bildirir ki, günəşin təsiri ilə plastik butulkalardan suya zərərli kimyəvi maddələr sıza bilər:

"Xüsusilə, bəzi materiallardan hazırlanmış qablar yüksək temperaturda bisfenol A (BPA) və digər toksik maddələr ifraz edə bilər. Bu maddələrin orqanizmə daxil olması hormonal balansı poza, uzunmüddətli istifadədə isə xərçəng riskini artıra bilər".