Türkiyə ciddi təhlükə ilə üzüzə “Bütün heyvanlara yayılıb”
Digərləri 05 Ağu 2025 15:38:00 55 0
Türkiyənin Qars və Ərdahan əyalətlərində başlayan və daha sonra Artvinin Şavşat və Ardanuç rayonlarına yayılan dabaq xəstəliyi bölgədə həm heyvandarlığı, həm də iqtisadiyyatı təhdid edir.
Bu haberi de oku: Nazir Rza Məmmədova vəzifə verdi
Son.az xəbər verir ki, yoluxucu xəstəlik nəticəsində yüzlərlə mal-qarada ağız, yelin və dırnaq nahiyələrində yaralar yaranıb. Fermerlər müalicənin təsirsiz olduğunu, dərman çatışmazlığı yaşadıqlarını və hökumətin tədbir görməkdə gecikdiyini bildirirlər.
Fermer Beşir Dursun bildirib ki, xəstəlik əvvəlcə bir neçə heyvanda müşahidə olunsa da, qısa zamanda bütün yayla boyunca yayılıb:
"İndi demək olar ki, hər heyvan xəstədir. Antibiotik, yod və buz kompresləri ilə müalicəyə çalışırıq, amma təsiri yoxdur. Əgər dil zədələnibsə, bu ölümcül ola bilər".