Bu ölkə bel soyuqluğu əleyhinə peyvənd proqramını işə salır


Digərləri 05 Ağu 2025 05:05:00 86 0

Bu ölkə bel soyuqluğu əleyhinə peyvənd proqramını işə salır

İngiltərə dünyada ilk dəfə olaraq bel soyuqluğu infeksiyasına qarşı rəsmi peyvənd proqramına start verir. Bu addım, xəstəliyin sürətlə yayılması və antibiotiklərə davamlı bakteriyaların artması səbəbindən atılıb.

Son.az xəbər verir ki, Milli Sağlamlıq Sistemi (NHS) avqustdan etibarən risk qrupuna daxil olan şəxslərə pulsuz peyvənd tətbiq edəcək. Bu qrupa bir neçə cinsi partnyoru olanlar, daha əvvəl infeksiyaya yoluxanlar, xüsusilə gey və biseksual kişilər daxildir.

Peyvənd, meninqokok B infeksiyasına qarşı istifadə edilən 4CMenB peyvəndi əsasında hazırlanıb. Tam qoruma təmin etməsə də, yoluxma riskini azaltmaqda təsirlidir.