Fuad Xəlilova yeni vəzifə verildi


Digərləri 04 Ağu 2025 18:35:00 58 0

Fuad Xəlilova yeni vəzifə verildi

Fuad Xəlilov "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Son.az oxu.az-a istinadla xəbər verir ki, Fuad Xəlilov əmək fəaliyyətinə ölkənin aparıcı banklarında başlamış, 17 il ərzində maliyyə sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışaraq zəngin peşəkar təcrübə qazanıb.

Bank sektorundakı fəaliyyətindən sonra sığorta sahəsində çalışaraq sığorta şirkətində Müşahidə Şurasının sədri vəzifəsində fəaliyyət göstərib.

Daha sonra "NEQSOL Holding"in tərkibinə daxil olan, telekommunikasiya sahəsində ixtisaslaşmış bir sıra şirkətlərdə rəhbər vəzifələrdə çalışmışdır. Dövlət Məşğulluq Agentliyində İdarə Heyətinin müşaviri vəzifəsində fəaliyyət göstərərək, bununla da dövlət idarəçiliyi sahəsində də təcrübə qazanıb.