Avtomobil almaq üçün hansı şərtlər daha sərfəlidir: lizinq, yoxsa daxili kredit?


Digərləri 04 Ağu 2025 20:55:00 71 0

Avtomobil almaq üçün hansı şərtlər daha sərfəlidir: lizinq, yoxsa daxili kredit?

Son illərdə Azərbaycanda avtomobil əldə etmək istəyənlər üçün kredit xidməti göstərən şəxslər və müəssisələr yaranıb. Bu vasitələrlə vətəndaşlar avtomobilin satış qiymətinin müəyyən hissəsini əvvəlcədən ödəməklə, qalan məbləği bir neçə ay və ya il ərzində hissə-hissə ödəyə bilirlər.

Bəs, bu yollardan hansı daha sərfəlidir? Lizinq yoxsa daxili kredit?

Mövuz ilə bağlı Trend-ə açıqlamasında İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, daxili kredit, yaxud lizinq daha sərfəlidir deyə bir qayda yoxdur:

"Burada konkret hallara əsasən müqayisə aparmaq lazımdır. Yəni, universal qayda yoxdur ki, daxili kredit daha çox əlavə xərc tələb edir, yoxsa lizinq. Bu proses bəzən eyni də ola bilər; əslində, lizinq daxili kreditin bir növüdür".

"Bank və BOKT kreditləri arasında nəğd kredit ən yaxşı seçim kimi görünür. Çünki bankların resursları digərlərinə nisbətən daha ucuzdur. Həmçinin bəzi sahibkarlar öz vəsaitlərini də yatırmaq imkanına malikdirlər. Yəni burada sahibkarlar öz resurslarını dövriyyəyə qata bilərlər. Bu halda daxili kredit də əlverişli ola bilər. Amma bank kreditləri ümumilikdə daha ucuzdur, BOKT kreditləri isə nisbətən daha bahadır. Lizinq və daxili kreditdə isə belə bir vəziyyət yoxdur; sahibkar istədiyi kimi kredit verə bilər. Burada əsas məsələ pulun mənbəyi və bazarın vəziyyətidir. Ona görə də konkret müqayisə aparmaq lazımdır".