Sabah da çox isti olacaq?
Digərləri 03 Ağu 2025 12:12:00 146 0
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
Bu haberi de oku: İlqar Mustafayev “əmlak kralı” imiş Ağ Şəhərdən Şüvəlana qədər...
Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən məlumata görə, şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-28, gündüz 35-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Kaynak: milli.az