AQTA qarpızyemişlə bağlı yoxlamalara başladı


Digərləri 01 Ağu 2025 19:49:00 89 0

AQTA qarpızyemişlə bağlı yoxlamalara başladı

AQTA yay aylarında əhalinin geniş şəkildə istehlak etdiyi qarpız və yemiş məhsulları üzrə monitorinqlər keçirib.

Bu barədə Agentlikdən bildirilib.

Məlumata görə, ölkə ərazisində fəaliyyət göstərən satış nöqtələrindən qarpız və yemiş məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Aparılan laborator müayinələr zamanı məhsullarda nitrat və pestisid qalığı səviyyələri yoxlanılıb. Sınaq nəticələrinə əsasən, nümunələrdə uyğunsuzluq aşkar edilməyib.