Maşının təkəri partladı, qəza oldu Ölən var


Digərləri 01 Ağu 2025 21:02:00 58 0

Maşının təkəri partladı, qəza oldu  Ölən var

Ələt-Astara avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az oxu.az-a istinadla xəbər verir ki, qəza yolun 157-ci kilometrliyində qeydə alınıb.

Lənkəran rayonundan Bakı şəhəri istiqamətində hərəkətdə olan minik avtomobilinin təkərinin qəfil partlaması qəzaya səbəb olub.

Hadisə nəticəsində 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıblar.