Dünyada ilk və tək Canlı yayımda intihar edən diktor FOTOlar


Dünya 04 Fev 2024 06:00:00 168 0

Dünyada ilk və tək  Canlı yayımda intihar edən diktor  FOTOlar

Amerikalı xəbər aparıcısı Kristin Çabbuk (Christine Chubbuck) ağır depressiyadan əziyyət çəkirdi. Müalicə almağa çalışsa da, intihar fikrindən vaz keçə bilməyib. Canlı yayımda intihara qərar verən diktor bütün izləyiciləri şoka salıb.

Son.az sfera.az-a istinadən dünya üzrə indiyə qədər ilk və yeganə olan bu dəhşətli hadisənin təfərrüatlarını təqdim edir.

Kristin Çabbuk 1974-cü ildə 29 yaşında idi. O, Floridada yaşayırdı və "WXLT-TV"də xəbər müxbiri işləyirdi.

Kristin illərlə melanxolik və intihar düşüncələri ilə yaşayıb. O, 1970-ci ildə intihara cəhd edib. Kristinin ailəsi onun intihara meylli olduğunu bilsə də, anası işini itirə biləcəyindən qorxaraq qızının vəziyyəti barədə WXLT rəhbərliyinə bildirməməyi seçib.

Kristin sosial həyatında çoxlu çətinliklər yaşayırdı. Onun nə yaxın dostları, nə də sevgilisi vardı. İlk sevgisi avtomobil qəzasında ölmüşdü. Atası yəhudi olduğu üçün sonrakı sevgilisini bəyənməmişdi. Kristin intihar etməzdən bir il əvvəl sağ yumurtalığı çıxarılıb və ona hamilə qalması üçün cəmi 2-3 il qaldığı bildirilib. Həmin vaxt o, Corc Piter Rayanla eşq yaşayırdı, lakin bu sevgi birtərəfli idi.

Həyatına qəsd etməzdən bir həftə əvvəl Kristin gecə xəbərlərinin redaktoru Rob Smitə silah aldığını deyib:

"Canlı yayıma çıxıb özümü partlatmağın yaxşı bir fikir olacağını düşündüm"-o zarafatla deyib.

Bir neçə gün sonra Kristin qardaşına:

"Özümü öldürməyi düşünürəm və nə edəcəyimi bilmirəm"-deyib. O, intihar etməzdən əvvəl müxtəlif terapiya növlərini sınasa da, heç biri nəticə verməyib. Kristin, nə üçün intihar etdiyini izah edən heç bir qeyd və ya məktub da qoymayıb

Əksər hallarda olduğu kimi, insanlar bunun depressiyadan qaynaqlandığını söyləyirlər, lakin onun depressiyaya düşməsinin səbəbləri də dəqiq deyil. 15 iyul 1974-cü ildə Kristin anası ilə qəhvə içdikdən sonra səhər saat 9-da işə gəlib. İş yoldaşları daha sonra onun ömründə ilk dəfə qeyri-adi dərəcədə yaxşı əhval-ruhiyyədə olduğunu şərh edəcəkdilər. Kristin "Suncoast Digest" adlı proqram aparıcısı idi. O, bəzi böyük xəbərləri yaymaq üçün icazə istəyir.

Daha sonra Kristin kameraya baxaraq, dəhşətli son sözlərini söyləyib. Bundan sonra masanın altına qoyduğu silaha əl atıb və sağ qulağının arxasına atəş açıb.

Dəhşətə gələn televiziya qrupu ekranı blurlayaraq, film efirə verib. Təcili yardım çağıran insanlar Kristini xəstəxanaya aparıb. Həkimlər Kristinin həyatını xilas etməyə çalışarkən, anası müxbirə: "O, dəhşətli dərəcədə depressiyaya düşmüşdü. Sevdiyi bir iş var idi. Davamlı olaraq ona sahib olduğu üçün xoşbəxt olduğunu deyirdi.

Amma sosial həyatında başqa heç nə yox idi. Nə yaxın dostları, nə də romantik münasibəti olmayıb. İnsanlarla əlaqə qura bilmirdi. O, çox həssas idi, çalışdı, amma alınmadı. Ağır depressiyadan əziyyət çəkirdi, lakin psixiatr onun intihar düşüncələrini ciddi qəbul etmirdi". Kristin xəstəxanaya yerləşdirildikdən 14 saat sonra dünyasını dəyişib. Bu hadisə isə depressiyanın zarafat olmadığı və ciddi bir ruhi xəstəlik kimi müalicə lazım olduğunu sübut etdi.

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bu xəstəlik sürətlə artacaq  Alimlərdən XƏBƏRDARLIQ like
  • 04 Fev 05:05  
Digərləri Bu xəstəlik sürətlə artacaq Alimlərdən XƏBƏRDARLIQ

BMT bildirir ki, əsrin ortalarına qədər qlobal xərçəng hadisələrinin t�

arrow Ətraflı
Dünyanın ən nadir sindromu  Adı qədər sevimli deyil  FOTOlar like
  • 04 Fev 04:04  
Dünya Dünyanın ən nadir sindromu Adı qədər sevimli deyil FOTOlar

Bu dəfə Sirenomelia olaraq da bilinən "su pərisi" sindromunun nə

arrow Ətraflı
“Google”un qurucusu Rikoda şəxsi ada aldı like
  • 04 Fev 03:03  
Dünya “Google”un qurucusu Rikoda şəxsi ada aldı

"Google"un həmtəsisçisi Larri Peyc Puerto-Rikodakı şəxsi Cayo No

arrow Ətraflı
40 yaşlı aktrisa cazibədar bədənini nümayiş etdirdi  FOTOlar like
  • 04 Fev 02:02  
Şou-biznes 40 yaşlı aktrisa cazibədar bədənini nümayiş etdirdi FOTOlar

"Hollyoaks" ulduzu Cennifer Metcalfe bikinidə pozlar verib.

arrow Ətraflı
BMT TŞdən gözlənilməz qərar: Qəddafinin xanımına "YAŞIL İŞIQ" YANDIRILDI like
  • 04 Fev 01:47  
Dünya BMT TŞdən gözlənilməz qərar: Qəddafinin xanımına "YAŞIL İŞIQ" YANDIRILDI

BMT Təhlükəsizlik Şurası Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin

arrow Ətraflı
Məzuniyyətdə gələn hərbçi dəm qazından zəhərlənib öldü like
  • 04 Fev 01:17  
Digərləri Məzuniyyətdə gələn hərbçi dəm qazından zəhərlənib öldü

Məzuniyyətdə olan hərbi qulluqçu yaşadığı evdə dəm qazından zəhərl

arrow Ətraflı
Həm gülməlidir, həm ağlamalı  İnanılmaz hadisələr nəticəsində like
  • 04 Fev 01:01  
Digərləri Həm gülməlidir, həm ağlamalı İnanılmaz hadisələr nəticəsində

Təəssüf ki, bədbəxt təsadüflərlə tarixə düşənlər də var. Ölüm z

arrow Ətraflı
"Gündə 16 saat ac qalıram" like
  • 04 Fev 01:00  
Şou-biznes "Gündə 16 saat ac qalıram"

Türkiyəli aktrisa-aparıcı Pınar Altuğ formada qalma sirrini bölüşüb.

arrow Ətraflı
İtaliyanın sonuncu kralının oğlu vəfat etdi like
  • 04 Fev 00:57  
Dünya İtaliyanın sonuncu kralının oğlu vəfat etdi

İtaliyanın sonuncu kralı II Umbertonun oğlu Vittorio Emanuele şənbə gün�

arrow Ətraflı
Bu ölkə Ukraynaya "Javelin" raketlərini göndərdi like
  • 04 Fev 00:52  
Dünya Bu ölkə Ukraynaya "Javelin" raketlərini göndərdi

Estoniya Ukraynaya tank əleyhinə "Javelin" raketləri də daxil olma

arrow Ətraflı
Nadir Qafarzadə əməliyyat olundu like
  • 04 Fev 00:38  
Şou-biznes Nadir Qafarzadə əməliyyat olundu

Müğənni Nadir Qafarzadə əməliyyat etdirib.

arrow Ətraflı
Tanınmış prodüser vəfat etdi like
  • 04 Fev 00:31  
Şou-biznes Tanınmış prodüser vəfat etdi

Türkiyəli prodüser Üstün Karabol vəfat edib.

arrow Ətraflı
"Qızım məhkəmədə məndən imtina edib" like
  • 04 Fev 00:29  
Şou-biznes "Qızım məhkəmədə məndən imtina edib"

Xalq artisti Tarıyel Qasımov "Evdəkilərə salam" verilişində qon

arrow Ətraflı
BMT keçid dövründə Somali ordusuna texniki dəstək verəcək like
  • 04 Fev 00:20  
Dünya BMT keçid dövründə Somali ordusuna texniki dəstək verəcək

BMT-nin Somaliyə dəstək şöbəsi keçid dövründə yerli orduya texniki tə

arrow Ətraflı