Gövhər Rzayeva: “Arvad da gecə saat 4də evə gələr?” FOTO


Şou-biznes 30 Yan 2024 10:50:00 239 0

Gövhər Rzayeva: “Arvad da gecə saat 4də evə gələr?”  FOTO

"Bizim ailəmiz musiqiçilərdən ibarət olub. 55 ildən çoxdur ki, qarmonda ifa edirəm. Biz musiqiçilər bundan çörək qazanırıq. Sənətimdən bezməmişəm, amma bizim də canımız candır da, insan çox vaxt yorulur. Taxtanı vurursan taxta qırılır, dəmiri vurursan dəmir əyilir. Qarmon vəfalı dostumdur. O qədər dönük, əhdinə vəfasızları görmüşəm ki, təkcə qarmon mənə dönük çıxmayıb".

Son.az bildirir ki, bunu "Moderator"a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib.

"Hər gülün öz ətri var, mən özümə bu sənətdə rəqib görmürəm. Öz sözümü demişəm, bəsimdir. Bundan sonra nə etməliyəm?! Bəzən deyirlər ki, "mən Xalq artistiyəm", "mən Əməkdar artistəm". Sən həyatda adi adamsan, səhnədə Xalq artistisən. Ona görə də özünü insan kimi apar. O biri dünyada yaxandan orden, medal asmayacaqlar buna görə", - deyə Gövhər Rzayeva əlavə edib. 

Gövhər Rzayeva paxıllıq edən insanlardan uzaq gəzdiyini bildirib:

"Bəzən deyirlər ki, yaşa dolsanız da, gözəl və baxımlı qalmısınız. İnsanın gərək qəlbi gözəl, təmiz olsun. Mən paxıllıq, qeybət və dedi-qodu bilmirəm. Etdiklərin onsuz da bir gün sənə qarşı çevrilir. Ona görə də insanlarla məsafə saxlayıram ki, hörmətlə qarşılanım. Məsafə gözəl şeydir".

Qarmon ifaçısından bir müddət əvvəl müğənnilik fəaliyyətinə başlayan qızını da xəbər aldıq:

"Bu ağır sənətdir. İncəsənətdən hər adam baş çıxara bilməz. Burada köpəkbalıqları var. Gərək səbirli, hövsələli olasan. O, səbirli insan deyil. İstəmirəm də abır-həya getsin. Bu sənət onluq deyil. Bizim sənətdə çox adamlar var ki, övladlarını bu sahəyə qoymurlar. Arvad da gedib gecə saat 3-4-də evə gələr? Arvad oturub xanımlıq edər. Allah mənə imkan və güc versin, onun üçün başqa bir iş edərəm. Müğənnilik onluq deyil. Evinin xanımı olsun. Mən onu görməmişəm, heç olmasa, o görsün".

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Efirlərdən uzaqlaşan Səbinə İlyasova Elmira Rəhimovaya BAŞ ÇƏKDİ  FOTO like
  • 30 Yan 10:00  
Şou-biznes Efirlərdən uzaqlaşan Səbinə İlyasova Elmira Rəhimovaya BAŞ ÇƏKDİ FOTO

Əməkdar artist Səbinə İlyasova həmkarı Xalq artisti Elmira Rəhimova ilə

arrow Ətraflı
“Zavuç”u direktor təyin edəcəyini demişdi, həbs edildi like
  • 30 Yan 09:29  
Kriminal “Zavuç”u direktor təyin edəcəyini demişdi, həbs edildi

Bakıda dələduzluqda və rüşvət verməyə təhrikdə təqsirləndirilən 19

arrow Ətraflı
Maqnit qasırğasının kəskin yüksələcəyi gözlənilir like
  • 29 Yan 20:55  
Dünya Maqnit qasırğasının kəskin yüksələcəyi gözlənilir

Yaxın gələcəkdə maqnit qasırğasının kəskin yüksələcəyi gözlənili

arrow Ətraflı
Ceyhun Bayramov Hulusi Akarla görüşdü  FOTO like
  • 29 Yan 19:57  
Siyasət Ceyhun Bayramov Hulusi Akarla görüşdü FOTO

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisi

arrow Ətraflı
Tanınmış müğənni vəfat etdi  FOTO like
  • 29 Yan 18:59  
Şou-biznes Tanınmış müğənni vəfat etdi FOTO

Sovet müğənnisi Veronika Kruqlova 83 yaşında ABŞ-da qəflətən vəfat edi

arrow Ətraflı
Abşeronda 4 narkokuryer saxlanıldı like
  • 29 Yan 17:56  
Kriminal Abşeronda 4 narkokuryer saxlanıldı

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əmək

arrow Ətraflı
Fevralın 1dən bu sürücülərdən utilizasiya haqqı like
  • 29 Yan 17:22  
Digərləri Fevralın 1dən bu sürücülərdən utilizasiya haqqı

Fevralın 1-dən nəqliyyat vasitələrinin dövlət texniki baxışının keçi

arrow Ətraflı
Gənc qadın avtobusda ANA OLDU  VİDEO like
  • 29 Yan 17:16  
Digərləri Gənc qadın avtobusda ANA OLDU VİDEO

Türkiyədə yaşayan hadisə insanların marağına səbəb olub.

arrow Ətraflı
Qaribaşvili istefa verdi like
  • 29 Yan 17:14  
Digərləri Qaribaşvili istefa verdi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verib.

arrow Ətraflı
Tolik efirdə ağladı: "Xalamın əri məni gecə evdən..." like
  • 29 Yan 17:10  
Şou-biznes Tolik efirdə ağladı: "Xalamın əri məni gecə evdən..."

ARB televiziyasında "Söz baz" verilişinin "Özəl adam" r

arrow Ətraflı
Evində “Pitminutka” işlədənlərin nəzərinə like
  • 29 Yan 17:05  
Digərləri Evində “Pitminutka” işlədənlərin nəzərinə

Yayılan məlumatlara görə, əhaliyə xəbərdarlıq edilərək, "pitminu

arrow Ətraflı
Dairə sədri: “Ağdam şəhəri seçkilərə hazırdır” like
  • 29 Yan 16:57  
Digərləri Dairə sədri: “Ağdam şəhəri seçkilərə hazırdır”

"Azərbaycanın erməni işğalından azad edilmiş Ağdam şəhərində il

arrow Ətraflı
“Qarabağ və Xankəndidə seçki məntəqələrinin yaradılması tarixi hadisədir” like
  • 29 Yan 16:54  
Digərləri “Qarabağ və Xankəndidə seçki məntəqələrinin yaradılması tarixi hadisədir”

"Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi xa

arrow Ətraflı
Korsikalı fəallar: Fransa ilə ortaq taleyimiz like
  • 29 Yan 16:52  
Dünya Korsikalı fəallar: Fransa ilə ortaq taleyimiz

Korsika Milli Azadlıq Cəbhəsinin (FLNC) üzvləri son 10 ildə ilk mətbuat k

arrow Ətraflı