İranla Pakistan müharibə həddində: Tehran belə cavab gözləmirdi


Siyasət 19 Yan 2024 09:59:00 212 0

İranla Pakistan müharibə həddində: Tehran belə cavab gözləmirdi

Pakistan İranda 7 hədəfə raket zərbələri endirib. Rəsmi məlumatlara görə, İranda yaşayan bəluc separatçılarının evlərinə bir sıra zərbələr endirilib, lakin SEPAH obyektinin də hədəf alındığı bildirilir.

Pakistan Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatda deyilir: "Pakistan səhər saatlarında İranın Sistan-Belucistan vilayətindəki terrorçuların bazalarına qarşı "Mərg Bər Sərmaçar" adlı antiterror əməliyyatı keçirib. Əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində yerləşən terrorçu sığınacaqlarına zərbələr endirilib. Mövcud kəşfiyyat məlumatlarına əsasən, həyata keçirilən "Mərg Bər Sərmaçar" kod adlı əməliyyatda, bir neçə terrorçu məhv edilib".

Sonda əlavə edib ki, "İran qardaş ölkədir və Pakistan xalqı İran xalqına böyük hörmət və məhəbbət bəsləyir" ki, ironiya Pakistan diplomatlarına da xasdır. Deyirlər ki, hətta qardaş ölkənin öz ərazilərini bombalaması yolverilməzdir.

İslamabad Tehrana göstərdi ki, qonşu ərazilərə raket zərbələri endirmək oyununu iki nəfər oynaya bilər.

İranla münasibətlərin gərginləşməsi fonunda Pakistanın baş naziri Davosda Dünya İqtisadi Forumuna səfərini yarımçıq qoyub və təcili olaraq İslamabada qayıdıb.

İran Sistan və Bəlucistan əyalətinin sərhəd kəndinə raket zərbələri endirməsi ilə bağlı Pakistandan dərhal izahat tələb edib.

Çin isə hər iki ölkəni təmkinli olmağa çağırır və tərəflərə köməklik göstərməyə hazır olduğunu bəyan edib.

İslamabadın açıqlamaları anlaşılandır.

Pakistan əslində İrana bəyan edib: "Siz bizimlə koordinasiya olmadan və əvvəllər əldə edilmiş razılaşmalara məhəl qoymadan Pakistanda gizlənən "Ceyş əl Adl" bluc qruplaşmasına zərbələr endirirsiniz, biz isə İran ərazisində gizlənən "Bəlucistan Azadlıq Ordusunu vururuq". Bəluc separatçıları həm Tehran, həm də İslamabad üçün başağrısıdır, ona görə də onlar bunu birlikdə həll etməlidirlər.

Rəsmi Tehran "İslam İnqilabı Keşikçiləri Korpusu" (SEPAH) vasitəsilə bu müstəvidə əsas oyunçu olduğunu göstərmək qərarına gəldilər. Nəticə isə SEPAH-ın gözləmədiyi kimi oldu.

İlk əvvəl Hindistan olaylara reaksiya verdi. Rəsmi Dehli İranı dəstəkləsə də, həddən ziyadə narahat olduğunu və əndişələndiyini gizlədə bilmədi.

Əslində nə baş verir?

İran, Əfqanıstan və Pakistan ərazilərində yaşayan bəlucların ən böyük tayfaları olan Marri və Buqti qəbilələrinin mənsublarından ibarət "Bəlucistan Azadlıq Ordusu" adlı ekstremist hərəkat var.

İranın bazalarına zərbələr endirdiyi "Ceyş əl Ədl" qruplaşması da bu hərəkatın tərkibindədir.

Bəluclarla bahəm, SEPAH İraqın şimalındakı Ərbil şəhərini də ballistik raketlər və zərbə PUA-ları ilə vurub.

Lakin Tehran bu dəfə çox ciddi səhvə yol verdi: İran rəhbərliyi İraqda ABŞ və kürd hərbçilərinin bazalarını hədəfə alaraq vurandan sonra cavab görmədiyi üçün Pakistanla da eyni variantın keçərli ola biləcəyini düşünürdü.

Fəqət, Pakistan hərbçiləri nə amerikalılardır, nə də kürd silahlılar.

İranın raket və PUA zərbələrindən dərhal sonra Pakistan XİN Tehrandakı səfirini geri çağıraraq ölkənin cavab haqqı olduğunu vurğuladı. Bu gecə isə Pakistan İran ərazisindəki hədəflərə dəqiq zərbələr endirdi.

Hadisələrin belə məcrasında Tehranın İslamabaddan raket zərbələri ilə bağlı "təfsilatlı və konkret izahat" tələb etməsi tragikomediyadır.

Tehran çətin ki, Pakistan ərazisinə raket zərbələrini belə tez unutsun. Cavabı gözləmirdi, bəli - amma bu, başqa mövzudur.

O da faktdır ki, 1980-1988-ci illərdəki İraq-İran savaşından sonra ilk dəfə İran ərazisi rəsmi olaraq raket-bomba zərbələrinə məruz qalıb. Söz yox, əvvəllər də İranda hərbi obyektlər və bazalara kamikadze PUA-lar düşürdü, amma bu hücumların heç birinə görə məsuliyyəti kimsə boynuna almırdı. İsrail İranın Suriyadakı qüvvələrinə və bazalarına zərbələri, ABŞ isə İranın İraqdakı qruplaşmalarını vurmağı üstün tuturdu. Hətta SEPAH İraqın Ərbil şəhərini raketlə vurandan sonra belə, Vaşinqton Tehrana cavab vermədi.

Məhz bu hadisələr nəticəsində İranın hakimiyyət dairələrinə ətrafdakı dövlətlərin və hətta supergüclərin Tehrandan çəkinməsi, hətta qorxması ilə bağlı yanlış təsəvvür yaranmışdı.

Pakistan bu təsəvvürü darmadağın etdi.

Hərbi texnika, potensial, səfərbərlik gücü, döyüş hazırlığı səviyyəsi, peşəkarlıq və s. amillər baxımından Pakistanın silahlı qüvvələri İran ordusundan xeyli güclüdür.

Tehran İslamabadla genişmiqyaslı hərbi qarşıdurmaya gedən deyil, çünki İran bölgədə birbaşa yox, həmişə proksi qüvvələri vasitəsilə fəaliyyətə üstünlük verib.

Qəzzadakı HƏMAS qruplaşması ötən ilin oktyabrın 7-də İsrailə hücum edərək məşum qırğınlar törədəndən sonra İsrail ordusu Qəzza bölgəsində cavab hərbi əməliyyatlara başlayanda İran Livandakı proksi qüvvəsi olan "Hizbullah"ın savaşa qatılmasına icazə vermədi. Tam əksinə, fələstinlilərə dəstək bəyanatları ilə kifayətlənən Tehran "Hizbullah"a sadəcə, Livan-İsrail sərhədində kiçik təxribatlara əmr verdi.

Halbuki İranın ölkə daxilində təhlükəsizliyin təminatı ilə bağlı ciddi problemləri yaranıb. Bu isə rəsmi Tehranın milli təhlükəsizlik müstəvisində yürütdüyü siyasətin qüsurlu olduğunu göstərir. Suriyadan tutmuş, Yəmənədək proksi qüvvələrə stavka indiyədək Tehranın siyasi isteblişmenti üçün terror təhdidlərinin ölkə sərhədlərindən uzaqda dəf edilməsi taktikası idi.

Həmin taktika artıq işləmir. Tam əksinə, İranın proksi qüvvələri nə qədər çox rəqiblərlə üzləşirsə, Tehranın ondan qisas almaq istəyən düşmənlərinin sayı bir o qədər artır.

Tehran da ondan qisas alanlara zərbələr endirərək öz intiqamını almağa çalışır.

Bəsit, primitiv, amma olduqca təhlükəli qapalı dairədir.

İranla Pakistan arasındakı qarşıdurma həm də qlobal təhlükəsizlik sisteminin dayaqlarına daha biri ağır zərbədir.

Təhlükəli dönəmdə yaşayırıq - dünya artıq savaşlardan qorxmur. Tam əksinə, məsuliyyətsiz rejimlər tərəfindən idarə olunan ölkələrin hakimiyyət dairələri məhz hərbi əməliyyatları yığılmış ağır problemlərin həll yolu qismində görürlər. Halbuki zərbələr, döyüşlər və zorakılıq heç bir halda effektiv çıxış yolu deyil.

Elçin Alıoğlu TREND

Bu şəxslərə xüsusi təqaüd veriləcək like
  • 19 Yan 09:56  
Digərləri Bu şəxslərə xüsusi təqaüd veriləcək

Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onlar

arrow Ətraflı
Qayınatasını öldürmək istədi, özü öldü: Abşeronda baş verən qətlin TƏFƏRRÜATI like
  • 19 Yan 09:52  
Kriminal Qayınatasını öldürmək istədi, özü öldü: Abşeronda baş verən qətlin TƏFƏRRÜATI

Abşeron rayonu, Saray qəsəbəsi, Heydər Əliyev prospektində baş verən q�

arrow Ətraflı
Onlar hər şeyi alırlar: Ən çox pul xərcləyən 4 BÜRC like
  • 19 Yan 09:49  
Digərləri Onlar hər şeyi alırlar: Ən çox pul xərcləyən 4 BÜRC

İki növ insan var: bəziləri pul xərcləməyi sevir, bəziləri isə həmiş

arrow Ətraflı
Fransa Azərbaycanla Ermənistan arasında sülh olmasını istəmir like
  • 19 Yan 09:43  
Siyasət Fransa Azərbaycanla Ermənistan arasında sülh olmasını istəmir

"Azərbaycana qarşı qərəzli siyasətini davam etdirən rəsmi Paris art

arrow Ətraflı
Məşhurla yuxuda seks: Bu NƏ DEMƏKDİR? like
  • 19 Yan 05:05  
Digərləri Məşhurla yuxuda seks: Bu NƏ DEMƏKDİR?

Leonardo DiKaprio və ya Maykl B. Cordan ilə öpüşərkən özünüzü heç tu

arrow Ətraflı
Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən yol tikintisindən görüntülər like
  • 18 Yan 23:25  
Digərləri Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən yol tikintisindən görüntülər

Azərbaycan Respublikasının əsas hissəsini Naxçıvan Muxtar Respublikası i

arrow Ətraflı
"Sosial şəbəkədə haranı açırsan Xatirə" like
  • 18 Yan 19:29  
Şou-biznes "Sosial şəbəkədə haranı açırsan Xatirə"

"Heç bir verilişə getmirəm, efirə getmirəm. Amma sosial şəbəkələ

arrow Ətraflı
Qaribaşvili Azərbaycan və Ermənistanın tezliklə sülh müqaviləsi imzalayacağına ümid edir like
  • 18 Yan 19:24  
Dünya Qaribaşvili Azərbaycan və Ermənistanın tezliklə sülh müqaviləsi imzalayacağına ümid edir

"Gürcüstanın qonşu Azərbaycan və Ermənistanla yaxın münasibətlər

arrow Ətraflı
Ən stressli bürclər  Onlar üçün həyat çox çətindir like
  • 18 Yan 19:18  
Digərləri Ən stressli bürclər Onlar üçün həyat çox çətindir

Çox adam iş və şəxsi həyatın stressindən narahatdır. Bəzi bürclərin

arrow Ətraflı
Repetitorlar hazırlıq qiymətlərini 30 faiz BAHALAŞDIRDI  VİDEO like
  • 18 Yan 19:13  
Digərləri Repetitorlar hazırlıq qiymətlərini 30 faiz BAHALAŞDIRDI VİDEO

Bir müddətdir ki, fərdi repititorluq qiymətlərində artım müşahidə olun

arrow Ətraflı
"Klon" serialının aktrisasının son halı  FOTOlar like
  • 18 Yan 19:07  
Şou-biznes "Klon" serialının aktrisasının son halı FOTOlar

Reytinq rekordları qıran Braziliya serialı "Klon"da Xədicə obraz�

arrow Ətraflı
İçkilisən? 10 manat ver, "ayıq" yazılsın  VİDEO like
  • 18 Yan 17:54  
Digərləri İçkilisən? 10 manat ver, "ayıq" yazılsın VİDEO

Sərxoşluğun Ekspertizası Mərkəzində saxta arayış verilməsi ilə bağl�

arrow Ətraflı