Respublikaçılar prezidentliyə namizədi


Dünya 17 Yan 2024 06:56:00 148 0

Respublikaçılar prezidentliyə namizədi

Amerika xalqı növbəti prezidenti seçmək üçün noyabrda seçkiyə gedəcək. Keçmiş prezident Donald Tramp da ABŞ prezidenti olmaq üçün yenidən namizədliyini irəli sürür. Bu, Ağ Evə qədər uzun bir yoldur və Tramp ilk növbədə öz partiyası olan Respublikaçılar daxilindəki yarışda qalib gəlməlidir. Beləliklə, 2024-cü il seçkilərində Respublikaçılar partiyasının namizədi Demokratların namizədi kimi prezident Co Baydenlə qarşılaşacaq. Yəni iki əsas partiya üz-üzə gələcək.

Son.az qafqazinfo.az-a istinadən Amerika siyasətində iki əsas partiya barədə məlumatı təqdim edir:

ABŞ-də liberal demokratlar hazırda Ağ Evdədirlər, mühafizəkarlar qanadında olan respublikaçılar isə müxalifətdə. Demokratlar daha çox hökumət dəstəyinə və xərclərinə inanırlar, Respublikaçılar isə ümumiyyətlə daha az xərclər üçün hökumətə çağırışlar edirlər. Respublikaçılar partiyasının namizədini müəyyən etmək üçün təxminən iki il vaxt lazım gəlir.

Tramp 2016-cı ildən prezident seçkilərində qalib gələndən bəri Respublikaçılar partiyasının aparıcı simalarından biri olub. Lakin o, 2020-ci il seçkilərində Demokratların namizədi Co Baydenə uduzub.

İndi isə noyabrda keçiriləcək prezident seçkiləri üçün respublikaçılar ilkin seçkilər adlanan prosesdə öz namizədlərini müəyyən etməlidirlər.

Demokratlar Baydenin namizədliyini uyğun hesab edirlər. Seçkiyə bir ildən çox qalmış nazmizədlər özlərini irəli sürməyə başlayırlar. Hər bir ştat öz partiyasının namizədi kimi istədikləri şəxsə səs vermək üçün seçki keçirir.

Yekun namizəd 2024-cü ilin iyulunda keçiriləcək və böyük siyasi hadisə olan Respublikaçıların Milli Qurultayında (RNC) rəsmi olaraq elan ediləcək.

Bir dövlət öz üstünlük verdiyi namizədi iki yolla seçə bilər

Demək olar ki, bütün ştatlarda ümumi seçkilər gizli səsvermə yolu ilə keçirilir. Az sayda ştatda əl qaldırma yolu ilə partiyadaxili səsvermə var.

Namizədlərin qazandıqları səslərin sayından asılı olaraq onları qurultayda təmsil etmək üçün müəyyən sayda nümayəndələr olur.

Martın "Super çərşənbə axşamı" kimi tanınan günündə bir çox ştatda seçkilər keçirilir. Səsvermə 2024-cü ilin iyun ayına qədər davam etsə də, o zaman kimin qalib gələcəyi bəlli ola bilər.

Televiziya debatları

Ölkədə milyonlarla insan prezidentliyə namizədlərin siyasətlərini izləmək üçün debatlara maraqla baxırlar. İlk televiziya debatları 2023-cü ilin avqustunda başlayıb. Amma indiyə qədər bu debatlar ən populyar namizəd Donald Trampsız keçib. Çünki Tramp praymerizdə qalib gələni dəstəkləyəcəyinə söz verməkdən imtina edib və səhnədə rəqibləri ilə qarşılaşmağa ehtiyac olmadığını bildirib.

Tramp yarışda favoritdir, lakin hər şey dəyişə bilər

Ona qarşı ittihamlara baxmayaraq, Tramp partiyadaxili sorğularda ən populyar namizəd olaraq qalır. O, məxfi sənədləri qanunsuz olaraq gizlətməkdə, porno ulduza ödənişləri ört-basdır etməkdə və seçkilərin nəticələrini ləğv etməyə cəhddə ittiham olunur. Lakin o, bunları rədd edərək ittihamların siyasi olduğunu bildiriir. Ən pis halda o, həbsxanaya düşsə belə, Ağ Ev uğrunda yarışda qala bilər.

Trampın Respublikaçı rəqibləri arasında Florida qubernatoru Ron DeSantis və ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyli də var.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bakıda körpünün bir hissəsi UÇDU: xəsarət alan var like
  • 17 Yan 06:53  
Digərləri Bakıda körpünün bir hissəsi UÇDU: xəsarət alan var

Bakıda "Şamaxinka" körpüsü qəzalı vəziyyətdədir.

arrow Ətraflı
Yanvar ayında yenə qar yağacaq? like
  • 17 Yan 06:48  
Digərləri Yanvar ayında yenə qar yağacaq?

Ötən həftəsonu Azərbaycana qar yağdı. Beləliklə, bu qış mövsümünd�

arrow Ətraflı
ABŞ Ukraynaya silah tədarükünü dayandırıb like
  • 17 Yan 06:41  
Dünya ABŞ Ukraynaya silah tədarükünü dayandırıb

ABŞ büdcə vəsaiti olmadığına görə Ukraynaya yeni silah tədarükü haz�

arrow Ətraflı
Vətəndaşların şəxsi məlumatlarından istifadə edilib like
  • 17 Yan 06:28  
Digərləri Vətəndaşların şəxsi məlumatlarından istifadə edilib

Naxçıvanda vətəndaşların məlumatlarından qeyri-qanuni şəkildə istifad

arrow Ətraflı
Ağdam, Laçın və Cəbrayılda “ASAN xidmət” mərkəzləri istifadəyə veriləcək like
  • 17 Yan 06:17  
Digərləri Ağdam, Laçın və Cəbrayılda “ASAN xidmət” mərkəzləri istifadəyə veriləcək

Ağdam, Laçın və Cəbrayıl rayonlarında "ASAN xidmət" mərkəzl�

arrow Ətraflı
"Netflix" bu ölkədə like
  • 17 Yan 06:06  
Digərləri "Netflix" bu ölkədə

"Netflix" platforması Türkiyədə ilk dəfə 2024-cü ildə abunə h

arrow Ətraflı
Ermənistan parlamenti fərarilərlə bağlı qanun layihəsini qəbul edib like
  • 17 Yan 06:01  
Dünya Ermənistan parlamenti fərarilərlə bağlı qanun layihəsini qəbul edib

Ermənistan parlamenti fərarilərlə bağlı qanun layihəsini yekun oxunuşda

arrow Ətraflı
Sarışın Riri gecələrdə… like
  • 17 Yan 04:04  
Şou-biznes Sarışın Riri gecələrdə…

Dünyaca məşhur müğənni Rihanna küçə stili ilə diqqət çəkib.

arrow Ətraflı
Evində yatdığı yerdə dəhşət yaşadı  İlan sancdı like
  • 17 Yan 03:03  
Dünya Evində yatdığı yerdə dəhşət yaşadı İlan sancdı

Avstraliyada 20 yaşlı qız gecə yatağında yatarkən çox təhlükəli zəh�

arrow Ətraflı
"Çocuklar Duymasın" serialının məşhur aktyoru "tanınmaz halda"  FOTO like
  • 17 Yan 02:02  
Digərləri "Çocuklar Duymasın" serialının məşhur aktyoru "tanınmaz halda" FOTO

Bir dövrə damğasını vuran "Çocuklar Duymasın" serialındakı Ç

arrow Ətraflı
Dəhşətli qəzadan sağ çıxan Şahin hər şeyi danışdı, sən demə sürücü.. like
  • 17 Yan 01:42  
Dünya Dəhşətli qəzadan sağ çıxan Şahin hər şeyi danışdı, sən demə sürücü..

"Sürücü maşını o qədər pis idarə etdi ki, maşından düşmək ist

arrow Ətraflı
"Sədərəy"i su basdı like
  • 17 Yan 01:14  
Digərləri "Sədərəy"i su basdı

Bir neçə gün əvvəl paytaxta yağan qarın əriməsi problemlərə səbəb o

arrow Ətraflı