Ceyhun Bayramov Radoslav Sikorski ilə telefonla danışıb


Siyasət 15 Yan 2024 18:26:00 171 0

Ceyhun Bayramov Radoslav Sikorski ilə telefonla danışıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorski ilə telefon danışığı baş tutub.

XİN-dən Son.az-a verilən xəbərə görə, telefon danışığı zamanı ikitərəfli və regional gündəlikdə duran məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov Polşa Respublikasının xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə həmkarını təbrik edib. Azərbaycan və Polşa arasında ikitərəfli, o cümlədən çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıqdan bəhs edən nazir Ceyhun Bayramov, iki ölkə arasında yüksək səviyyəli dostluq, hörmət və strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.

Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, energetika, alternativ enerji, humanitar və s. sahələr üzrə ikitərəfli münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında siyasi məsləhətləşmələr mexanizminin, habelə parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığın irəlilədilməsinin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə regional vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın öz əraziləri üzərində suverenliyini bərpa etdikdən sonra sülh üçün geniş imkanlar yarandığı qeyd edilib.

Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.

Daha sonra, qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Evian sakinləri: “Şəhərimizdə Natəvanın heykəlinə qarşı vandallıq yolverilməzdir” like
  • 15 Yan 18:21  
Dünya Evian sakinləri: “Şəhərimizdə Natəvanın heykəlinə qarşı vandallıq yolverilməzdir”

İsmayıllı və Evian şəhərlərinin qardaşlaşmasından sonra Azərbaycanı

arrow Ətraflı
Xanəndə qardaşına ev alıb like
  • 15 Yan 17:58  
Şou-biznes Xanəndə qardaşına ev alıb

Xanəndə Kamilə Nəbiyeva qardaşına ev bağışlayıb.

arrow Ətraflı
Elnarə Qasımova həbs olundu like
  • 15 Yan 17:27  
Digərləri Elnarə Qasımova həbs olundu

"Abzas Media" saytının əməkdaşı Elnarə Qasımova barəsində h�

arrow Ətraflı
“Atamdan gözəl atayam” like
  • 15 Yan 17:17  
Şou-biznes “Atamdan gözəl atayam”

"Atam qədər yaxşı musiqiçi olmamışam. Amma atamdan gözəl həyat yo

arrow Ətraflı
Filarmoniyada Q.Qarayev adına Dövlət Kamera Orkestrinin konserti keçirilib  FOTO like
  • 15 Yan 17:16  
Kriminal Filarmoniyada Q.Qarayev adına Dövlət Kamera Orkestrinin konserti keçirilib FOTO

М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev ad

arrow Ətraflı
Azərbaycanda inflyasiya 9%dən aşağı endi like
  • 15 Yan 13:56  
Digərləri Azərbaycanda inflyasiya 9%dən aşağı endi

2023-cü ildə Azərbaycanda inflyasiya 8,8%-ə enib. Bu isə ötən ilin yanvar

arrow Ətraflı
Ödənişli yoldakı qəzada ölən Cəfərin FOTOsu like
  • 15 Yan 13:52  
Digərləri Ödənişli yoldakı qəzada ölən Cəfərin FOTOsu

Xəbər verildiyi kimi, 2 gün əvvəl Bakı-Quba-Rusiya ödənişli avtomagistr

arrow Ətraflı
Ermənistanda nələr baş verir?  Human Rayts Votç like
  • 15 Yan 12:47  
Dünya Ermənistanda nələr baş verir? Human Rayts Votç

Ermənistanda polisin fəaliyyəti, o cümlədən söz azadlığı, qadınların

arrow Ətraflı
Yanğın yerindən həssas görüntülər like
  • 15 Yan 12:45  
Digərləri Yanğın yerindən həssas görüntülər

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yax�

arrow Ətraflı
Rövnəq Abdullayevin son durumu açıqlandı like
  • 15 Yan 12:42  
Digərləri Rövnəq Abdullayevin son durumu açıqlandı

Bir neçə gün əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayevin səhhətinin

arrow Ətraflı
Bakıda qarajda yaşayan şair o, imiş  Acınacaqlı vəziyyətdə: qaldığı yer tapıldı  VİDEO like
  • 15 Yan 12:41  
Şou-biznes Bakıda qarajda yaşayan şair o, imiş Acınacaqlı vəziyyətdə: qaldığı yer tapıldı VİDEO

Bakıda qarajda yaşayan şairin görüntüləri görənləri bir xeyli üzür.

arrow Ətraflı
Habil Vəliyev yenə şantajda ittiham edilir  Qərar verildi like
  • 15 Yan 12:36  
Digərləri Habil Vəliyev yenə şantajda ittiham edilir Qərar verildi

"Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru Habil V�

arrow Ətraflı
Zaur Hüseynov vəfat etdi  FOTO like
  • 15 Yan 12:34  
Digərləri Zaur Hüseynov vəfat etdi FOTO

Bakı Dövlət Universitetinin əməkdaşı dünyasını dəyişib.

arrow Ətraflı
Ermənistanda "Milli Qəhrəman" həbs olundu like
  • 15 Yan 10:51  
Digərləri Ermənistanda "Milli Qəhrəman" həbs olundu

İrəvan məhkəməsi Ermənistanın "Milli Qəhrəmanı", Ermənistan

arrow Ətraflı
Qarlı havada xəsarət alanların sayı açıqlandı like
  • 15 Yan 10:50  
Digərləri Qarlı havada xəsarət alanların sayı açıqlandı

Qarlı hava şəraiti ilə əlaqədar son 2 gündə 60 nəfər Respublika Təcil

arrow Ətraflı