Hoqqaşouların qırıqqırıq etdiyi rekordlar və dəyərlər


Şou-biznes 14 Yan 2024 18:42:00 168 0

Hoqqaşouların qırıqqırıq etdiyi rekordlar və dəyərlər

Son.az musavat.com-a istinadən Samir Sarının yazısını təqdim edir Bu günlərdə şair Baba Vəziroğlu yazıçı Günel Natiqə verdiyi müsahibədə bir məşhur ifadəni təkrarlayaraq demişdi ki, televiziyanın üç funksiyası var: informasiya yaymaq, maarifləndirmək, əyləndirmək.

Bu dünyada belə qəbul olunub, amma başqa-başqa ölkələrə görə fərqlənir. Məsələn, hazırda elə dünya şöhrətli telekanallar var ki, yalnız hər saat başı informasiya yayırlar.

Elə ölkələr var ki, onun televiziyaları "maarifləndirmək" funksiyası altında eyzən hökuməti tərifləyirlər. Məsələn, Şimali Koreya telekanalı. Bu təbliğata qulaq asan xalq düşünür ki, dünyanın ən qüdrətli, ən firavan, ən azad ölkəsi KXDR-dir, ən xarizmatik, ən ağıllı, ən sevimli lider isə Kim Çen Indır. Ölkədə başqa danışan-göstərən teleradio yox, başqa cür yazan sayt-qəzet yox, xalqın internetə çıxışı yox, nə bilsinlər elə deyil, başqa cürdür.

Bir də elə ölkələr var ki, onların telekanalları əsasən üçüncü funksiyaya uyğun çalışırlar: əyləndirmək, əyləndirmək, əyləndirmək.

Buna etiraz etmək mümkün deyil, TV rəhbərliyi belə hesab edir, bu cür işləyir. Türkiyədə məşhur TV8 telekanalı var, sahibi Türkiyədə və Azərbaycanda yaxşı tanınan Acun Ilıcalıdır. Onun TV-si səhərdən axşama qədər əyləncə verilişləri verir, siyasətə qarışmır. Hamı da oturub baxır.

Belə televiziyaların analoqları dünyada çoxdur və hər cür əyləncəli verilişlər verirlər. Bəziləri çox biədəb realiti-şoular göstərirlər. Ola bilər, həmin ölkələrdə də belə verilişlərə görə "vaay, əxlaqsızlıq, pozğunluq baş alıb gedir, gənc nəslin gələcəyi necə olacaq" deyə haray-həşir salanlar, o cür telekanlların, ən azı elə verilişlərin bağlanmasını tələb edənlər var. Olmamış olmaz.

Amerika və Avropanın özündə belə mühafizəkar insanlar çoxdur və əhər zaman ədəb və əxlaq çərçivəsini düşünürlər. Məsələn, illər əvvəl biz bir qrup jurnalist ABŞ-da (Cənubi Karolina) olanda Gürcüstandan, Qazaxıstandan gəlmiş gənc tələbə qızları öz evlərində saxlayan himayədar ailələr vardı, iki saatdan çox çəkən ziyafət boyunca qızlardan bir metr aralanmadılar. Bizim qadən rəhbərimiz zarafata salıb, onlara "qızları sərbəst buraxın, bir az əylənsinlər" deyəndə ahıl amerikalı qadın ciddi sifətlə "Bizim Cəbiş müəllim" filmində korifey aktrisamız Nəsibə Zeynalovanın yaratdığı personajın dediyi sözü təkrarladı: "Əmanətdirlər".

Yəni dediyim odur ki, sərhədlərimizdən o tərəfdə, xüsusilə də Amerikada və Avropada əxlaqsızlığın baş alıb getdiyi barədə bizdəki təsəvvür xeyli yanlışdır. Bir neçə ölkə xaric pozğunluq, sapıqlıq, əxlaqsızlıq dünyanın heç yerində təqdir olunmur, təbliğ edilmir.

Bizdə isə, açığı, bəzi şeylər artıq əndazəsini aşmaqdadır və bu, ictimaiyyətdə, əsasən də aşınmaqda ailə dəyərlərinin sonrasını düşünən insanlarda narahatlıq doğurur. Çünki hər kəs evində oğlan və qız uşaqları böyüdür, heç kəs istəmir ki, onlar reklam olunan, get-gedə normaya çevrilən əxlaqsızlığın növbəti qurbanı olsunlar.

Yaxın günlərə qədər mən də deyirdim ki, televiziyanın pultu əlimizdədir, istəmiriksə, bir düyməni basmaqla o cür düşük, səviyyəsiz, dolayısı ilə əxlaqsızlığı təbliğ edən verilişlərə baxmayaq. Xeyri yoxdur. İllərlə televizora baxmayan (futboldan başqa) adamların belə o cür verillişlərdən qurtuluşu yoxdur, ən azı sosial şəbəkələrdə önlərinə çıxır. Noutbuku bağlayırsan, smartfonda görünür. Onu üzüüstə çevirirsən, yanındakının biri gəlir ki, sən canın, buna bax e, gör, nə hoqqa verirlər. (Bu da yeni sözdür, əvvəl "hoqqa çıxarırlar" deyərdilər, indi "verirlər" deyirlər).

Baxırsan ki, bəli, biri studiyada dar reytuz geymiş bir qızı (bəlkə də kəbinli arvadını) üfiqi vəziyyətdə qucağına alıb pudluq daş kimi qaldırıb endirir, məşq edir. Operator da "pudluq daş"ın ölçülərini iri planda göstərir. İndi guya bunlar şou yaradırlar.

Yaxud o gün iki gənc qadın müğənniyə studiyada erotik ərəb rəqsi oynadıblar. Onlar da, maşallah, türkün sözü, yılların dansözü kimi qıvrılırlar. Nə ehtiyac var? Bunun nəyi maraqlıdır? Amma neynirsən, belə epizodlar reytinq rekordlarını qırıq-qırıq, hətta cırıq-cırıq edir. Burada qırılan təkcə reytinq rekordları deyil, həm də mənəvi dəyərlərdir.

Bir də görürsən, studiyada fəlsəfi söhbətlər gedir, qonaq sənətçilər bir-birinə söz soxurlar, kimləri kimlərin saxladığını bildiklərini bəyan edirlər.

Müğənni qadınların bir çoxunun bahalı evlərinin, lüks maşınlarının, getdikləri xarici tətillərin, xərclədikləri pulların mənbəyi ilə bağlı süjetlər, söhbətlər havada uşuşur. Yeniyetmələr də baxır və düşünürlər ki, həyat budur, yaxşı yaşamağın yolu heç də yaxşı təhsil alıb karyera qurmaqdan keçmir, gözəgəlimli olmaq, səhnəyə çıxıb oxumaq, sonra pullu bir aşna tapmaq kifayətdir.

Bu fikir artıq on minlərlə gənc qızın şüuruna hakim kəsilib. On minlərlə gənc 20 ildən bəri adı hər cür əxlaqsızlıqda çəkilən sənətçi qadınla evlənməyə, daha dəqiqi, onun var-dövlətindən, şöhrətindən yararlanmaq üçün onunla nikaha girməyə hazırdır.

Bax, insanları narahat edən gerçəklik budur. Ona görə də onlar əyləncə verilişlərinin əndazəni aşmalarına, gənclərin tərbiyəsinə, düşüncəsinə mənfi təsir etməsinə qıcıq olurlar. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qallant Netanyahuya əsəbiləşdi, iclası tərk etdi like
  • 14 Yan 18:37  
Dünya Qallant Netanyahuya əsəbiləşdi, iclası tərk etdi

İsrailin müdafiə naziri Yoav Qallant Baş nazir Binyamin Netanyahu ilə müna

arrow Ətraflı
Qışda xəstəliklərdən qorunmaq üçün praktiki tövsiyələr like
  • 14 Yan 18:31  
Digərləri Qışda xəstəliklərdən qorunmaq üçün praktiki tövsiyələr

Son.az oxu.az-a istinadən xəbər verir ki, qışda bəzi praktiki ehtiyat təd

arrow Ətraflı
Putinin vizit kartı 2.1 milyona satılır like
  • 14 Yan 18:25  
Digərləri Putinin vizit kartı 2.1 milyona satılır

Moskvanın Novıye Çeremuşki rayonunun sakini Prezident Vladimir Putinin vizit

arrow Ətraflı
Nazir müavini işdən çıxarıldı like
  • 14 Yan 18:18  
Digərləri Nazir müavini işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini vəzifəs

arrow Ətraflı
"Osmanlı sultanı"nı canlandıracaq like
  • 14 Yan 18:18  
Şou-biznes "Osmanlı sultanı"nı canlandıracaq

"Eşkiya dünyaya hükümdar olmaz" serialı ilə daha da sevilən akt

arrow Ətraflı
Bakıda iki avtomobil toqquşdu like
  • 14 Yan 18:11  
Digərləri Bakıda iki avtomobil toqquşdu

Bakının Qaradağ rayonunda iki avtomobil toqquşub.

arrow Ətraflı
Nikoldan etiraf: Dövlətin nə olduğunu bilmirik like
  • 14 Yan 17:56  
Digərləri Nikoldan etiraf: Dövlətin nə olduğunu bilmirik

Etiraf etməliyik ki, dövlətin varlığı, qorunub saxlanması, inkişafı il�

arrow Ətraflı
“Əkizlər istisna olmaqla…”  Elvin Basqallıdan qəza ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI like
  • 14 Yan 17:48  
Digərləri “Əkizlər istisna olmaqla…” Elvin Basqallıdan qəza ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Ailəsi ilə birgə ağır qəzaya düşən Elvin Basqallı məlumat yayıb.

arrow Ətraflı
Məşhurların qar keyfi like
  • 14 Yan 17:44  
Şou-biznes Məşhurların qar keyfi

Xəbər veridiyimiz ki, ötən gündən Bakıya qar yağır.

arrow Ətraflı
İnstaqramsız 18 saat qaldı  FOTO like
  • 14 Yan 17:30  
Şou-biznes İnstaqramsız 18 saat qaldı FOTO

Müğənni-aktirsa Selena Qomez instaqrama qayıdıb.

arrow Ətraflı
Ən çox qar düşən ərazilər açıqlandı like
  • 14 Yan 16:26  
Digərləri Ən çox qar düşən ərazilər açıqlandı

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 14-ü saat 15:00-a olan məlumat�

arrow Ətraflı
Nikol etiraf etdi ki, sülh gündəmi iflasa uğradı like
  • 14 Yan 16:14  
Digərləri Nikol etiraf etdi ki, sülh gündəmi iflasa uğradı

Bu, Nikol Paşinyanın "sülh gündəmini" iflasa uğratdığının v�

arrow Ətraflı
"Kişi bu şərtlərdə qadını pozğun adlandıra bilməz, haqqı yoxdur" like
  • 14 Yan 16:08  
Digərləri "Kişi bu şərtlərdə qadını pozğun adlandıra bilməz, haqqı yoxdur"

"Əgər adam subaydırsa, seks ehtiyacını ödəyə bilmirsə (masturbasiy

arrow Ətraflı
Nasist salamı İtaliyanı birbirinə qatdı  VİDEO  FOTO like
  • 14 Yan 16:00  
Dünya Nasist salamı İtaliyanı birbirinə qatdı VİDEO FOTO

Romada yüzlərlə insan neofaşist partiyasının keçmiş qərargahı qarşıs

arrow Ətraflı
43 yaşlı Nanə görünüşü ilə DİQQƏT çəkdi like
  • 14 Yan 15:53  
Şou-biznes 43 yaşlı Nanə görünüşü ilə DİQQƏT çəkdi

Tanınmış aparıcı Nanə Ağamalıyeva sosial mediada paylaşım edib.

arrow Ətraflı