Seçki başlamayıb, amma onların rəyi artıq hazırdır


Siyasət 11 Yan 2024 15:19:00 187 0

Seçki başlamayıb, amma onların rəyi artıq hazırdır

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı Qərbin mövqeyi artıq hazırdır. Absurd və paradoksal təsir bağışlasa da, belədir: proses başa çatmamış, prosesi dəyərləndirən hesabatların ilkin variantları artıq ərsəyə gətirilib.

4 gün sonra Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası başlanır. Ölkənin indiki dövlət başçısının seçkilərdə qələbə şansı çox, hətta həddən ziyadə çoxdur.

Seçkilərin keçirilməsini şərtləndirən səbəblərə gəldikdə, onların arasında 3 vəsilə əsas yer tutur:

1. 44 günlük İkinci Qarabağ Müharibəsi ölkəmizin müstəqillik tarixi ilə yanaşı, tarixi yaşam dövründə ən önəmli qələbələrdən birinin əldə edilməsi ilə başa çatdı. Ötən ilin sentyabrın 19-da keçirilmiş lokal antiterror tədbirlərinin uğurla nəticələnməsi isə Azərbaycanın bütün əraziləri üzərində suverenliyinin və sərhəd toxunulmazlığının bərpası demək idi. Beləcə, ötən dövrlər başa çatdı, yeni dövr başladı. Təbii ki, yeni dövrün başlanmasının legitimləşməsi gərəkdi.

2. 1991-ci ildən sonra ilk dəfədir ki, ölkədəki seçkiləri Azərbaycanın istisnasız olaraq bütün ərazilərini əhatə edəcək. Prezident seçkiləri əvvəlki qaydada olsaydı, erməni işğalından azad edilmiş ərazilərdə ilk olaraq bələdiyyə seçkiləri keçirilməliydi ki, bunun da siyasi-mənəvi önəmi prezident seçkiləri səviyyəsində olmayacaqdı, təbii ki. Növbədənkənar prezident seçkiləri ölkənin bütün başqa məkanları ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə də keçiriləcək və bunun simvolik əhəmiyyəti həddən ziyadədir.

3. İlham Əliyevin dövlət başçısı postundakı fəaliyyətinin 20 ili tamam oldu. 2003-cü ildəki andiçmə mərasimində Prezident məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacağını, erməni işğalına son qoyulacağını demişdi. Dedi və etdi, çünki hətta ermənilərin də etiraf etdiyi kimi, Azərbaycan liderinin sözü imzalanmış sənəd çəkisindədir. 20 ildən sonra seçkilərin keçirilməsi xronoloji baxımdan keçən dövrü bitirir və Azərbaycanın yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Postsovet məkanı dövlətlərində və ümumiyyətlə, Avrasiya məkanında növbədənkənar prezident seçkiləri presedentləri az deyil. Lakin onların hər biri bu və digər səbəblərlə bağlı olduğundan lokal siyasi qərar, hakimiyyətin relavantlığının qorunması və inkişafla stabilliyi şərtləndirən məqamların hifz edilməsi məqsədi güdən qərarlar təsiri bağışlayır.

Azərbaycanda isə vəziyyət tam fərqlidir.

Qarabağlı ermənilərin separatizminə son qoyulması bizdən asılı olmayaraq qlobal geosiyasətdə bir sıra nüansların dağılmasına, yeni şərtlərin formalaşmasına və situasiyanın dəyişməsinə səbəb oldu.

Sovetlər Birliyinin dağılmasından sonra qarşı tərəfin, kollektiv Qərbin mövqelərinin fasiləsiz güclənməsi və ABŞ-Avropa Birliyi tandeminin Avrasiyaya tam sirayət etməsi ilə müşahidə olunan geosiyasi tektonik dəyişikliklər inkişaf etməkdə olan dövlətlərə qarşı neokolonialist yanaşmanı şərtləndirdi.

Bu yanaşma müxtəlif pərdələr, adlar və təqdimetmələr altında olsa da, zahirin fərqliliyinə rəğmən, batin eyni idi.

Postsovet məkanı dövlətlərinin istisnasız olaraq hamısında Qərb dəyərlərinin, libertarian təfəkkürün, açıq cəmiyyət prinsiplərinin, gender bərabərliyindən tutmuş, cinsi azlıqların təbliğinədək ən müxtəlif diskurslar fasiləsiz olaraq təkrarlanmağa başladı.

Onlar artıq narrativə çevrildilər: məqsəd Overton pəncərələri modelindən istifadə edərək inkişaf etməkdə olan postsovet dövlətlərini inkişaf etmiş Qərbdən ən müxtəlif yollarla, vasitələrlə və metodlarla asılı vəziyyətə salmaqdır.

2020-ci ildə artıq qüvvələr nisbətləri müəyyənləşmiş, kiçik dövlətlər üçün hazırlanmış ssenarilər işə salınmışdı. Həmin strategiya planlarında və taktika hesablamalarında Azərbaycan ərazilərinin bir qismi ilə vidalaşmalı, sabiq Dağlıq Qarabağ Muxtar Vilayətindən, Kəlbəcər və Laçın rayonlarından, habelə Ağdam rayonunun bir hissəsindən ibarət yeni kvazidövlət yaradılmalı, Bakı da bununla barışmalı idi.

Təsadüfi deyil ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən tutmuş, ən müxtəlif Qərb dövlətlərinin siyasətçilərinə, media strukturlarına, qanunverici və icraedici orqanlarının mənsublarınadək geniş müstəvidə Bakıya müxtəlif bəyanatların məcmusu formatında bir messic ünvanlanmışdı - "Qarabağ probleminin hərbi yolla həlli yoxdur!"

Amma 2020-ci ilin sentyabrın 26-da, gecə saatlarında ermənilərin hücumuna cavab olaraq ordumuz əks-hücuma keçdi.

Xalqın, Ordunun, Dövlətin Vətən uğrunda Vətən müharibəsi belə başladı.

44 gün davam etdi və zəfərlə başa çatdı.

Daha sonra 3 il davam edən danışıqlar, axtarışlar, çözümlər, müzakirələr.

Bir nəticə hasil olmadı və sonucda ötən ilin sentyabrıün 19-da lokal antiterror tədbirləri oldu.

Xankəndindəki separatçı xunta ölməmək üçün siyasi intiharı üstün tutdu, Ermənistanın 15 min hərbçisi Azərbaycandan qaçdı.

Hər şeyi və hər kəsi atıb, tullayıb, üz döndərib qorxaqcasına qaçdılar.

Daha sonra atılanlar, xəyanət edilənlər, aldadılanların - qarabağlı ermənilərin Ermənistana könüllü köçü oldu.

Azərbaycan bax, bu səbəbdən Qərbin qıcıq obyektidir: çünki 30 il fasiləsiz böyüməyə çalışan, idbarlaşan, kəsifləşən, murdarlaşan separatizm şişini rəsmi Bakı kəsit atdı, dövlətimizlə millətimizi sağalmaz onkoloji bəlaya mübtəla edənlər qısamüddətli cərrahiyyə əməliyyatının nəticələri ilə üzbəüz qoydu.

Qərb fakt qarşısında qaldı və təşvişə düşdü. Sadəcə, postsovet məkanında yox, bütün Avrasiyada indiyədək olmamış, görünməmiş və duyulmamış bir ilk yaşanırdı, indi də yaşayır: Xalq öz Hakimiyyətini, Vətəndaşlar öz Prezidentlərini tam dəstəkləyirlər.

Tam, tamamən, total olaraq!

Qərb bununla barışa bilərdimi və ya sualı bir qədər də dəqiqləşdirsək, barışıbmı? Əsla.

Məhz bu səbəbdən növbədənkənar prezident seçkiləri ilə bağlı Qərb ölkələrindəki hakimiyyətlərin masalarından dühən qırıntılarnı bölüşdürülməsində mikroskopik də olsa, paylarını almağa çalışanlar isterikaya qapılıblar.

Budur seçkilər hələ başlamamış rəylərin və hesabatların redaktə edilmiş versiyalarının hazırlanma səbəbləri.

Güclü, inkişaf edən, qüdrətli Azərbaycan gücdən düşməkdə olan həmin güclərə yalnız sözdə gərəkdir: əməldəsə onlar idarə olunan, mağmın, zəif, ilin 12 ayında 13 dəfə hakimiyyətin dəyişdi, devrildiyi, qovulduğu və gətirildiyi məzlum ölkə lazımdır onlara.

Elə bir ölkə ki, insanları küçələrə çıxıb bağırmağı, haradansa harasa yürüş etməyi demokratiya bəxtəvərliyinin zirvəsi saysınlar. Unutsunlar ki, Malidə, Liberiyada, Esvatinidə, Burundidə, Mərkəzi Afrika Respublikasında, Cənubi Sudanda, Moldovada, Haitidə insanlar istədikləri zaman istədikləri yerdə mitinq, yürüş, piket edə bilərlər. Hakimiyyətləri istədikləri zaman istədikləri kimi devirib yeniləyə bilərlər.

Amma bütün bunları etsələr də, edə bilsələr də, dünyanın ən kasıb, yoxsul, səfil və zəlil ölkələri sırasındadır.

Bağıran acları susan toxlar həmişə istehza və ikrahla seyr edərək handa bir "yardım" adı ilə nəsə yollayıblar.

Ki, nəbadə, fikirlərini dəyişərək tərəqqi, inkişaf, stabil və dayanıqlı gəlişmə yolu seçərlər.

Azərbaycan çoxlarının planlarını pozub və bu səbəbdən də bizə qarşı yeni planlar hazırlanıb.

Olsun, hər çağırış yeni güc, hər sınaq növbəti imkanlardır. Elçin Alıoğlu TREND

Azərbaycanda turizm polisinin yaradılması təklif edildi like
  • 11 Yan 15:17  
Digərləri Azərbaycanda turizm polisinin yaradılması təklif edildi

Azərbaycanda turizm polisinin yaradılması təklif olunub.

arrow Ətraflı
Solmaz İsrafilbəyli vəfat etdi like
  • 11 Yan 15:14  
Digərləri Solmaz İsrafilbəyli vəfat etdi

Əməkdar elm xadimi, "Şöhrət" ordenli həkim Solmaz İsrafilbəyli

arrow Ətraflı
Qayınanası ilə dalaşıb 2 uşaqla özünü binadan atdı  Bakını titrədən olayın like
  • 11 Yan 14:26  
Kriminal Qayınanası ilə dalaşıb 2 uşaqla özünü binadan atdı Bakını titrədən olayın

2022-ci il iyulun 18-də Kənar Dairəvi yol küçəsi 8 ünvanında ölüm hadi

arrow Ətraflı
Faciəvi şəkildə anasını itirən müğənni kömək istəyir: "Az məbləğli..."  VİDEO like
  • 11 Yan 13:58  
Şou-biznes Faciəvi şəkildə anasını itirən müğənni kömək istəyir: "Az məbləğli..." VİDEO

Xəbər verdiyimiz kimi, müğənni Ziba Osmanlı mənzilindəki güclü yan�

arrow Ətraflı
Fransanın fəxri deputat və senatorları Evianda Natəvanın abidəsinə qarşı like
  • 11 Yan 13:56  
Dünya Fransanın fəxri deputat və senatorları Evianda Natəvanın abidəsinə qarşı

Fransanın Evian-le Ba şəhərində baş verənlər absurddur və obyektivlikd�

arrow Ətraflı
Xətaidə mənzildə köməksiz qalan uşaq belə xilas edildi like
  • 11 Yan 13:53  
Digərləri Xətaidə mənzildə köməksiz qalan uşaq belə xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
Psixiatriya klinikasında like
  • 11 Yan 13:47  
Digərləri Psixiatriya klinikasında

Türkiyənin cənub-şərqində Batman şəhərində özəl psixiatriya klinikas

arrow Ətraflı
"Kurtlar Vadisi"ndəki daha bir səhnə gerçək oldu like
  • 11 Yan 13:41  
Digərləri "Kurtlar Vadisi"ndəki daha bir səhnə gerçək oldu

Dünyanı "silkələyən" Ceffri Epstein qalmaqalı ilə bağlı səs

arrow Ətraflı
Putin yumurtanın bahalaşmasının səbəbini açıqladı like
  • 11 Yan 12:57  
Digərləri Putin yumurtanın bahalaşmasının səbəbini açıqladı

Rusiya Prezidenti Vladimir Putin ölkədə yumurtanın qiymətinin bahalaşması

arrow Ətraflı
Bakıda tramvay xətti bu ərazilərdən keçəcək like
  • 11 Yan 12:54  
Digərləri Bakıda tramvay xətti bu ərazilərdən keçəcək

Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.

arrow Ətraflı
Rihanna sevgililər günü kolleksiyasını like
  • 11 Yan 12:27  
Şou-biznes Rihanna sevgililər günü kolleksiyasını

Dünya şöhrətli müğənni Rihanna sevgililər günü kolleksiyasını təqdi

arrow Ətraflı
Səhiyyə Nazirliyindən əhaliyə like
  • 11 Yan 10:28  
Digərləri Səhiyyə Nazirliyindən əhaliyə

Qış mövsümü və havaların kəskin soyuması ilə əlaqədar ölkə ərazis

arrow Ətraflı
Bakıda silah səsləri like
  • 11 Yan 10:25  
Digərləri Bakıda silah səsləri

Yanvarın 10-da saat 20 radələrində Pirallahı rayonu ərazisində bir nəfə

arrow Ətraflı
Almaniya ötən il 245 azərbaycanlını Gürcüstana deportasiya edib like
  • 11 Yan 10:25  
Dünya Almaniya ötən il 245 azərbaycanlını Gürcüstana deportasiya edib

Ötən il 9399 Gürcüstan vətəndaşı Almaniyaya gedərək bu ölkədən sı�

arrow Ətraflı
Bakıda "Prius" "Mustang"la toqquşdu like
  • 11 Yan 10:17  
Digərləri Bakıda "Prius" "Mustang"la toqquşdu

Bakıda "Toyota Prius" və "Mustang" markalı avtomobilləri

arrow Ətraflı