" AğdamXankəndi və LaçınXankəndi yollarından paralel istifadəni təmin etməyə hazırıq" XİN
Siyasət 18 Sen 2023 12:08:00 370 0
Öz suveren torpağında yeganə qərar qəbul edən ölkə olan Azərbaycan uzun müddətdir ki, yüklərin çatdırılması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda istifadəsi təklifini irəli sürüb və təcrübəçi tərəfdaşlarla danışıqlarda bu təklifin həyata keçirilməsinə razılıq verib.
Son.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" (Tvitter) hesabında bildirib.
"Lakin təəssüflər olsun ki, əldə olunan razılaşmalara baxmayaraq, Ermənistan və onun Qarabağ bölgəsində yaratdığı marionet rejim əvvəldən bunun həyata keçirilməsinə mane oldu və vəziyyətin humanitar deyil, siyasi xarakter daşıdığını bir daha sübut etdi.
Daha əvvəl qeyd edildiyi kimi, Azərbaycan Laçın sərhəd-keçid məntəqəsində gömrük və sərhəd prosedurlarına riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının paralel istifadəsini təmin etməyə hazırdır", - deyə o əlavə edib.
Qeyd edək ki, Qarabağa yüklərin çatdırılması üçün Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolundan da istifadə edilməsi barədə razılıq əldə olunub.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında yüklərin Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolu vasitəsilə də çatdırılması razılaşdırılıb.
Yüklər Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları ilə daşınacaq. Beləliklə, BQXK bu gün həm Laçın-Xankəndi, həm də Ağdam-Xankəndi yollarından istifadə etməklə Qarabağda yaşayan erməniəsilli sakinlərə yük daşıyacaq.
Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus yük maşınları Ağdam-Xankəndi yolu ilə paralel, "Laçın" sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçib. "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçən yük maşınlarında yoxlama aparıldıqdan sonra onların sərbəst keçidi təmin edilib. Son.az
Azərbaycanda "Energetika haqqında" yeni qanununun layihəsi müzakir
Sentyabrın 17-də Brüsselin mərkəzində keçirilən etiraz aksiyasında 1500
"28 Mall" ticarət mərkəzində yerləşən "CinemaPlus" pr
Ölkənin birinci bankı Kapital Bank-dan neft və qaz sahəsində çalışanlar
BMT sistemində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yarad�
2020-ci ildə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi Birinci Q
Fövqəladə Hallar Nazirliyi ölkədə müşahidə edilən qeyri-sabit hava ş�
İtkin düşmüş şəxslər Ermənistan tərəfindən işgəncələrə məruz q
"Mən taleyi müəyyən olunmuş itkin şəhidlərimizin ailələrinə dər
Prezident İlham Əliyev "İtkin düşmüş şəxslərin taleyinin aydınla
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərli
SSRİ xalq artisti, bəstəkar Aleksandra Paxmutovanın həyat yoldaşı, rusiya
Məşhur narkobaron Cozef Cohannes Leijdekkersin sağ əli Türkiyədə saxl