“Xoşbəxtlik ərin corabını yuyub, bozbaş bişirməkdə deyil”


Şou-biznes 18 Sen 2023 07:00:00 306 0

“Xoşbəxtlik ərin corabını yuyub, bozbaş bişirməkdə deyil”

Son.az müğənnilik istedadı ilə parlayıb, aparıcı kimi özünü təsdiqləyən Mehin Hümbətovanın Bizim.Media-ya verdiyi müsahibəsini təqdim edir:

- Son statistikaya görə, Azərbaycanda boşanmaların sayı qat-qat artıb. Fikrinizcə, buna səbəb nədir?

- Bu valideyinlərin dırnaqarası mental dəyərləri uşaqlara sırımasından irəli gəlir. Uşaqlıqdan valideynlər və ətraf deyir ki, mütləq şəkildə evlənməlisən, ərə getməlisən, qayınana və qayınataya baxmalısan, övlad sahibi olmalısan.

Mən də 25 yaşıma qədər düşünürdüm ki, ərə gedim, uşaq doğum, ailəm olsun. Amma indi belə fikirdə deyiləm. Həyat keçdikcə, öz ayaqlarının üzərində durduqca, həyatda dönüş nöqtələri yaşadıqca anladım ki, əslində, həyatın xoşbəxtliyi əsla ərə gedib, ərin corabını yuyub, evdə ərə bozbaş bişirib, uşaq dünyaya gətirib və onun "pampers"ini dəyişməkdən ibarət deyil. Həyatda zövq alacağımız məqamlar var. Təbii ki, nə zamansa mən də ailə həyatı quracağam. Amma bu dəqiqə ərə gedim, ərim olsun, əsla o düşüncədə deyiləm. Anam deyir ki, ailə qur. Amma günlərin bir günü onunla üz-üzə oturub, dedim ki, mən subay həyatımla çox xoşbəxtəm. 

Gələcək planlarım var, öz üzərimdə işləmək, bir neçə biznesimin olmasını istəyirəm. Ona görə də hələ ki özümü ailə xanımı və ana kimi görmürəm. Təsəvvür belə etmirəm. Anama deyirəm ki, mənimlə işin olmasın, get qız nəvən Jozefina ilə oyna, Günellə təsəlli al (gülür).

- Günel boşanandan sonra ərinə qızı Jozefina ilə görüşməyə icazə verir?

- Heç bir problem yoxdur. Günel keçmiş əri Firuzla dost kimidir. Hətta biz İtaliyaya tətilə gedəndə, Günel itini Firuza vermişdi ki, saxlasın. Onlar mədəni insanlar kimi ayrılıblar. Bizim cəmiyyətdə elə bir fikir var ki, əgər bir cütlük boşanırsa, düşmən kimi ayrılır. Övladını atasına göstərmir, görüşməyə icazə vermir. Bunlar bizim dar düşüncəli insanların düşüncə tərzinə çevrilib. Amma bütün bunlar uşaqların psixologiyasına mənfi tərsi edir. Hətta olur ki, Firuz özü qızı Jozefinanı məktəbə aparıb, gətirir. Günel ilə Firuzun qaldıqları ev bir-birinə yaxındır. Onlar ikisi də Manhettendə yaşayırlar. Günel artıq ABŞ vətəndaşlığını alıb, amma şəxsi evi yoxdur. Orada ev almaq isə çox bahadır. 

- Mehinin sevgilisi var?

- Xeyr! Həyatımda heç kim yoxdur. Sevdiyim insan da yoxdur. İnsan nə istədiyini anlayandan sonra başa düşür ki, ötəri hisslər yaşamaq istəmirsən. Belə olduqda isə kimlə gəldi münasibət qurmaq istəmirsən. Özünə də qıymırsan ki, kimlə gəldi hisslərini bölüşəsən. Ona görə də, təkəm və təklikdən böyük zövq alıram. Ətrafımda sevdiyim insanlar, ailəm var. Onlara ayırdığım hisslər və emosiyalar mənə bəs edir.

Müdafiə Nazirliyi məlumat yaydı like
  • 18 Sen 06:45  
Siyasət Müdafiə Nazirliyi məlumat yaydı

Sentyabrın 17-si saat 23:15 radələrində Rusiya sülhməramlı kontingentinin

arrow Ətraflı
Gündüz yuxulu olmanın like
  • 18 Sen 06:30  
Digərləri Gündüz yuxulu olmanın

Mütəxəssislər gündüz yuxusunun ümumi səbəbləri barədə maraqlı açı

arrow Ətraflı
Məşhur cütlükdən xəyanət xəbəri like
  • 18 Sen 06:00  
Şou-biznes Məşhur cütlükdən xəyanət xəbəri

"Safir" serialının baş rol ifaçıları Özge Yağız və Burak Ber

arrow Ətraflı
Bağça müəlliməsinin polisləri şoka salan hərəkəti like
  • 18 Sen 05:30  
Dünya Bağça müəlliməsinin polisləri şoka salan hərəkəti

Özbəkistanın Buxara vilayətinin Gijduvan rayonunda özəl uşaq bağçasın�

arrow Ətraflı
İstədiyini ye və arıqla: like
  • 18 Sen 05:00  
Digərləri İstədiyini ye və arıqla:

İstədiyini ye və arıqla - bu, qeyri-real səslənir, lakin alimlər bunun ar

arrow Ətraflı
Ən gözəl aktrisadan boşanan aktyor özünə yeni sevgili tapdı like
  • 18 Sen 04:30  
Şou-biznes Ən gözəl aktrisadan boşanan aktyor özünə yeni sevgili tapdı

İyulda Hollivudun ən gözəl aktrisalarından biri hesab olunan Sofiya Verqara

arrow Ətraflı
Corablarınız iz buraxırsa... like
  • 18 Sen 04:00  
Digərləri Corablarınız iz buraxırsa...

Ayaq biləyində iz buraxan corablar bəzi xəstəliklərin əlaməti ola bilər

arrow Ətraflı
Narkotik satdığını etiraf etdi like
  • 18 Sen 03:30  
Şou-biznes Narkotik satdığını etiraf etdi

Müğənni-aktyor Cared Leto narkotik maddələrlə bağlı problemlərinin oldu

arrow Ətraflı
Günəşlənərkən dəriyə pivə çəksəniz nə baş verər? like
  • 18 Sen 03:00  
Digərləri Günəşlənərkən dəriyə pivə çəksəniz nə baş verər?

Dermatoloqlar pivənin qaralmağa necə təsir etdiyini açıqlayıblar.

arrow Ətraflı
27 illik evliliklərini bitirirlər like
  • 18 Sen 02:29  
Şou-biznes 27 illik evliliklərini bitirirlər

54 yaşlı avstraliyalı aktyor Hyu Cekman və onun həyat yoldaşı, 67 yaşlı

arrow Ətraflı
Psixiatr gərginliyi azaltmaq yolunu açıqladı: like
  • 18 Sen 02:00  
Digərləri Psixiatr gərginliyi azaltmaq yolunu açıqladı:

Psixiatr Yuri Vyalba emosional gərginliyin ən yüksək həddə çatdığı zam

arrow Ətraflı
“Saşa və Maşa” serialının aktyoru öldü like
  • 18 Sen 01:29  
Şou-biznes “Saşa və Maşa” serialının aktyoru öldü

Rusiyalı aktyor və rejissor İqor Keçayev uzun sürən xəstəlikdən sonra 6

arrow Ətraflı
Məşhur aktyor zorlamada ittiham olunur like
  • 18 Sen 00:32  
Şou-biznes Məşhur aktyor zorlamada ittiham olunur

Amerikalı müğənni Keti Perrinin keçmiş əri, britaniyalı aktyor və komed

arrow Ətraflı
Günün qoroskopu: Rutin işləri qulaqardına vurmayın like
  • 18 Sen 00:01  
Digərləri Günün qoroskopu: Rutin işləri qulaqardına vurmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı