Xarici ölkələrin baş prokurorları Şuşa və Füzuliyə səfər etdi


Siyasət 16 Sen 2023 18:03:00 256 0

Xarici ölkələrin baş prokurorları Şuşa və Füzuliyə səfər etdi

Bakıda keçirilən MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 33-cü iclasında və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün baş prokuror Kamran Əliyevin dəvətilə ölkəmizə gəlmiş Özbəkistan, Qazaxıstan və Qırğız Respublikasının Baş prokurorları Niqmatılla Yuldaşev, Berik Asılov və Zuluşev Toktoralyeviç, Türkmənistan Baş prokurorunun müavini Allanazar Nyazlıevin rəhbərlik etdiyi nümayəndə heyətləri, eləcə də, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibin müavini Jandos Asanov və Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin nümayəndəsi İqor Malaşeviç Şuşa və Füzuliyə səfər ediblər.

Son.az xəbər verir ki, səfər iştirakçıları Şuşa şəhərində Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələrini ziyarət edib, erməni vandalizminin ağır nəticələrini təəssüf hissi ilə müşahidə edib, mədəniyyət paytaxtımızda görülmüş bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.

Səfər iştirakçıları həmçinin, Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri yerləşən Şuşa şəhər mərkəzi meydanında olub, onlara güllələnmiş heykəllər barədə məlumat verilib. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Ermənistandan alınaraq Azərbaycana gətirilən, Şuşa işğaldan azad olunduqdan sonra Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü ilə öz əvvəlki yerlərinə qaytarılan heykəllər bizim tarixi zəfərimizin, böyük qayıdışımızın simvoludur.

Qonaqlar həmçinin Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində Ulu Öndərin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf sahələrindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomaterialların nümayiş etdirildiyi "Heydər Əliyev və Qarabağ" sərgisinə baxıb, Şuşaya səfərlərinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-ci ilinə təsadüf etməsinin xüsusi əhəmiyyətindən danışıblar.

Səfər çərçivəsində həmçinin Füzuli rayonuna gedən qonaqlar orada aparılan yenidənqurma işləri, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, o cümlədən yeni salınmış yaşayış massivləri və digər sosial təyinatlı obyektlərin onlarda böyük təəssürat yaratdığını, dövlət başçısının quruculuq işinə verdiyi böyük önəmin işlərin sürət və keyfiyyətində hiss etdiklərini qeyd edib, o cümlədən Füzuli şəhərində qardaş Özbəkistan dövləti tərəfindən inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə olublar. Son.az

"Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil, özünün arbitr rolunu çoxdan itirib"  RƏY like
  • 16 Sen 17:57  
Siyasət "Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil, özünün arbitr rolunu çoxdan itirib" RƏY

"Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil. ABŞ özünün arbitr ro

arrow Ətraflı
ABŞ Senatında antiAzərbaycan dinləmələri  Bakıdan sərt reaksiyalar like
  • 16 Sen 17:56  
Siyasət ABŞ Senatında antiAzərbaycan dinləmələri Bakıdan sərt reaksiyalar

"Biz çalışırıq ki, Ermənistan Rusiyaya qarşı bizim partnyorumuz olm

arrow Ətraflı
Superdövlət ABŞ Ermənistan və separatçılar qarşısında geri çəkilib, razılığı pozub like
  • 16 Sen 17:51  
Dünya Superdövlət ABŞ Ermənistan və separatçılar qarşısında geri çəkilib, razılığı pozub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin rəsmi Vaşinqtonun vas

arrow Ətraflı
Qaraqan illər sonra üzə çıxdı  Sevgilisi ilə FOTOları yayıldı like
  • 16 Sen 17:50  
Şou-biznes Qaraqan illər sonra üzə çıxdı Sevgilisi ilə FOTOları yayıldı

Bir vaxtların məşhur reperi Qaraqan yenidən diqqət mərkəzinə düşüb.

arrow Ətraflı
Vəfat edən anası ilə bağlı paylaşım etdi like
  • 16 Sen 17:45  
Şou-biznes Vəfat edən anası ilə bağlı paylaşım etdi

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu vəfat edən anası ilə bağlı pay

arrow Ətraflı
Son zamanlar sürüşmə hadisələri niyə çoxalıb?  VİDEO like
  • 16 Sen 17:45  
Digərləri Son zamanlar sürüşmə hadisələri niyə çoxalıb? VİDEO

Son vaxtlar cənub bölgəsinə yağan güclü, aramsız yağışlar Astara rayo

arrow Ətraflı
Fırıldaqçı və saxtakar 3 bürc – Onlardan özünüzü qoruyun! like
  • 16 Sen 17:34  
Digərləri Fırıldaqçı və saxtakar 3 bürc – Onlardan özünüzü qoruyun!

Bürclərin insan həyatına böyük təsiri olduğuna inanılır. Məhz bu səb

arrow Ətraflı
Səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi like
  • 16 Sen 17:26  
Siyasət Səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Kral

arrow Ətraflı
Ana oğlunu belə tutdurdu  fəryad etdi like
  • 16 Sen 17:22  
Dünya Ana oğlunu belə tutdurdu fəryad etdi

Türkiyənin İstanbul şəhərində narkotik alverçilərinə qarşı əməliyy

arrow Ətraflı
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib like
  • 16 Sen 16:52  
Siyasət Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib.

arrow Ətraflı
Bakıda gənc oğlan gecə əmisini öldürdü: "Dedi, sənin anan..." like
  • 16 Sen 16:27  
Kriminal Bakıda gənc oğlan gecə əmisini öldürdü: "Dedi, sənin anan..."

Bakının Xəzər rayonunda 1989-cu il təvəllüdlü Şahin əmisi Valehi qətl

arrow Ətraflı
Kamilə Babayeva yeni mövsümdən bu kanalda ÇALIŞACAQ like
  • 16 Sen 16:18  
Şou-biznes Kamilə Babayeva yeni mövsümdən bu kanalda ÇALIŞACAQ

Məşhur aparıcı Kamilə Babayevanın yeni iş yeri bəlli olub.

arrow Ətraflı
Müxalifətçi deputat həbs edildi like
  • 16 Sen 16:07  
Dünya Müxalifətçi deputat həbs edildi

Ukraynada Müxalifət Platforması - Həyat naminə partiyasından seçilən Ali

arrow Ətraflı
Süni intellekt Azərbaycanda karbohidrogen kəşfiyyatına təkan verə bilər  BCG like
  • 16 Sen 15:54  
Digərləri Süni intellekt Azərbaycanda karbohidrogen kəşfiyyatına təkan verə bilər BCG

Süni intellektin istifadəsi Azərbaycanda karbohidrogen resurslarının təqdi

arrow Ətraflı
Əməkdar artist bu kanalda aparıcılıq edəcək  FOTO like
  • 16 Sen 15:45  
Şou-biznes Əməkdar artist bu kanalda aparıcılıq edəcək FOTO

Xəbər verdiyimiz kimi, aparıcı Şəhriyar Əbilov "1AzTV" veriliş

arrow Ətraflı