Meksika mətbuatında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası ifşa olundu FOTO


Siyasət 15 Sen 2023 07:29:00 245 0

Meksika mətbuatında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası ifşa olundu  FOTO

Meksika mətbuatında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası ifşa olunub Meksikanın tanınmış "Milenio" qəzetində "Qarabağda uydurulmuş humanitar böhran mifini ifşa edərək" başlıqlı məqalə dərc olunub. Məqalədə Ermənistanın Qarabağda böhran adı altında həyata keçirdiyi manipulasiya və qarayaxma fəaliyyəti pislənilir, Ermənistanın təxribatçı və riyakar siyasətinə, eləcə də ölkəmizin üzləşdiyi ikili standartlara diqqət çəkilir.

Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Məqalədə son vaxtlar Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı əsassız və qərəzli ittihamların, hətta "soyqırımı" uydurmasının səsləndirildiyi qeyd olunur, ərazidə "humanitar böhran" yaşanması ilə bağlı həqiqətdən uzaq erməni propaqandasının uğursuzluğa düçar olduğu bildirilir.

Yazıda beynəlxalq hüquq üzrə tanınmış ekspert Rodni Diksonun hesabatında Azərbaycanın Qarabağ bölgəsində soyqırımının baş verməsi ilə bağlı Luis Okamponun iddialarının əsassız və qüsurlu kimi qiymətləndirildiyi qeyd olunur. Həmçinin ravvinlərin Ermənistanı Holokostdan və "soyqırımı" terminindən təbliğat kimi istifadəni dayandırmağa çağırdığı vurğulanır.

Qeyd olunur ki, bölgənin erməni əhalisinin alternativ yollar vasitəsilə qida əldə etmək imkanı olduğu halda, guya Laçın yolunun bağlanması nəticəsində aclıq şəraitində yaşamaları ilə bağlı xəbərlər yalnız təəccüb doğurur. Bunun Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə barışa bilməyən erməni diasporu və onun havadarlarının propaqanda siyasətinin bir hissəsi olduğu bildirilir.

Eyni zamanda, bir sıra dünya ölkələrinin humanitar məsələni siyasiləşdirmək əvəzinə Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadəyə çağırışlarının ermənilər tərəfindən müsbət qarşılanmadığı, beynəlxalq aktorların vasitəçiliyi ilə hər iki marşrutun açılması ilə bağlı əldə olunmuş razılıqdan isə Ermənistanın son anda imtina etdiyi bildirilir.

Sonda "sivil dünyanın" ekspertlərinin, KİV nümayəndlərinin Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə və normallaşma prosesinə zərbə vuran hazırkı ssenarinin həqiqətlərindən bəhs etməmələrinin narahatlıq doğurduğu və bu gün süni şəkildə yaradılmış "qida böhranı"ndan ürək ağrısı keçirənlərin otuz il ərzində yurd-yuvasından didərgin salınmış yüzminlərlə azərbaycanlının çəkdiyi əzabları nəzərə almalı olduqları vurğulanır.

Azərbaycanda ağır qəza  Bir ailənin dörd üzvü...  FOTO like
  • 15 Sen 07:25  
Digərləri Azərbaycanda ağır qəza Bir ailənin dörd üzvü... FOTO

Naxçıvan-Sədərək magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib,

arrow Ətraflı
Azərbaycanlı qadın hərbçi BMTdən medal aldı  FOTO like
  • 15 Sen 07:11  
Digərləri Azərbaycanlı qadın hərbçi BMTdən medal aldı FOTO

Azərbaycanlı qadın hərbçi Lətifə Rüstəmova BMT-nin sülhməramlı missi

arrow Ətraflı
Bu yeməyin 1 loxması xərçəng yaradır like
  • 15 Sen 07:00  
Digərləri Bu yeməyin 1 loxması xərçəng yaradır

Çiy balıqdan hazırlanan "Koi Pla" adlı yemək səbəbindən ildə

arrow Ətraflı
Yadplanetlilər müğənninin dişlərini like
  • 15 Sen 06:06  
Şou-biznes Yadplanetlilər müğənninin dişlərini

Rusiyalı müğənni Katya Lel meksikalı ufoloqun nümayiş etdirdiyi yadplanet

arrow Ətraflı
Sizi depressiyadan qoruyacaq like
  • 15 Sen 05:05  
Digərləri Sizi depressiyadan qoruyacaq

Payız daha çox depressiyaya düşmə mövsümü kimi yaddaqalır. Havaların s

arrow Ətraflı
"İstənilən oğlanla görüşməyə hazıram, yetər ki..." like
  • 15 Sen 04:04  
Şou-biznes "İstənilən oğlanla görüşməyə hazıram, yetər ki..."

Amerikalı model Emili Ratajovski TikTokda maraqlı paylaşım edib. Son.az x

arrow Ətraflı
Gəlinlərinin bakirə çıxmasını toybayram etdilər like
  • 15 Sen 03:03  
Dünya Gəlinlərinin bakirə çıxmasını toybayram etdilər

TikTok-da toydan sonra yayılan görüntülər gündəm olub. Son.az xarici m

arrow Ətraflı
Hərəkətdə olan maşının qapısını açıb tvrek etdilər like
  • 15 Sen 02:02  
Dünya Hərəkətdə olan maşının qapısını açıb tvrek etdilər

Açıq-saçıq geyimli iki qadın hərəkətdə olan maşının qapılarını a�

arrow Ətraflı
Telefonla sakitləşdirilən uşaqlar RİSK ALTINDADIR like
  • 15 Sen 01:01  
Digərləri Telefonla sakitləşdirilən uşaqlar RİSK ALTINDADIR

Valideynlərin övladlarını sakitləşdirmək üçün onlara telefon vermələ

arrow Ətraflı
Bakının işğaldan azad edilməsindən 105 il ötür like
  • 15 Sen 00:20  
Digərləri Bakının işğaldan azad edilməsindən 105 il ötür

Bu gün Bakının işğaldan azad edilməsindən 105 il ötür.

arrow Ətraflı
“Başqasıyla tutdu... vurdu” xəbərləri  gələndə "predoxranitel" də al... like
  • 15 Sen 00:15  
Digərləri “Başqasıyla tutdu... vurdu” xəbərləri gələndə "predoxranitel" də al...

Son 40 gündə ölkə mediasında ən çox oxunan, əm çox paylaşılan, ən ma

arrow Ətraflı
Bu gün Azərbaycanda Bilik Günüdür like
  • 15 Sen 00:10  
Digərləri Bu gün Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.

arrow Ətraflı
Günün qoroskopu: Düşünülməmiş addımlar atmayın like
  • 15 Sen 00:01  
Digərləri Günün qoroskopu: Düşünülməmiş addımlar atmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı