Günün qoroskopu: Peşəkar fəaliyyət müstəvisində yeni imkanlar yaranacaq


Digərləri 14 Sen 2023 00:01:00 396 0

Günün qoroskopu: Peşəkar fəaliyyət müstəvisində yeni imkanlar yaranacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - günün ilk yarısında yaranan müəyyən anlaşılmazlıqlara rəğmən uğurlu gündür. Nailiyyətlər əldə edəcəksiniz. Enerjili, çevik olun. Həyata keçirilməyə layiq bir neçə ideya var. Dostlar da maraqlı təkliflərlə çıxış edəcəklər.

Günün ikinci yarısında diqqət mərkəzində olacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizə can atacaqlar. Yeni tanışlıqlar istisna deyil. Münasibətlərdə həssas və sayıq olun. Yaşam təcrübəniz karınıza gələcək. Emosiyaların əsiri olmayın.

Buğa - yetərincə sakit gündür. Son həftələrdə reallaşdırmağa çalışdığınız planları həyata keçirə bilərsiniz. Dostlar və yaxınlarınıza yardım üçün müraciət edə bilərsiniz. Çətinliklə qarşılaşdığınızı görən kimi onlar sizə dəstək olacaq, kömək edəcəklər. Xoş xəbərlər alacaqsınız. Gəlirlər istisna deyil.

Günün ikinci yarısında işgüzar tərəfdaşlıq məsələlərini qeyri-formal şəraitdə müzakirə edə bilərsiniz. Axşam saatlarını evdə keçirin. Fiziki və emosional istirahətə ehtiyacınız var.

Əkizlər - mürəkkəb gündür. Əhəmiyyətli olay baş verməyəcək. Yeni təəssüratlara və pozitiv emosiyalara ehtiyacınız var. Qıcıqlanmayın, yaxın ətrafınızdakı insanlarla sərt danışmayın. Düşünülməmiş addımlar atmayın. Qəti qərar qəbul etməzdən əvvəl yaxşıca düşünün, daşının.

Günün ikinci yarısında təxirəslaınmaz tədbirlərə başlayın. Səbrli və ehtiyatlı olun.

Yaxınlarınızla münasibətlər mina sahəsini xatırladır. Partlayış hər an baş verə bilər və siz də səbəbi bilməyəcəksiniz. Dəyər verdiyiniz insanlar üçün ağrılı ola biləcək mövzuların müzakirəsindən yayının.

Xərçəng - günün ilk yarısı pis keçməyəcək. Qeyri-adi, gözlənilməz və ya xoşagəlməz heç bir hadisə baş verməyəcək. Yaxınlarınızın yardımlarınıza və emosional dəstəyinizə ehtiyacı var. Onlarla danışıqlardan, təmaslardan boyun qaçırmayın. Sizin üçün xoş olmayan mövzu müzakirə olunsa da, söhbətdən yayınmayın.

Günün ikinci yarısında nəzərdə tutulmamış səfər, səyahət ola bilər. Alış-veriş uğurlu alınacaq.

Axşam saatlarında səhhətinizə və xarici görünüşünüzə fikir verin. Sağlamlıq və profilaktiki prosedurlara zərurət duyulur.

Normal istirahət edin.

Şir - əlverişli və münasib gündür. Nəzərdə tutduğunuz işlər, hətta ən cəsarətli planlarınızı həyata keçirə bilərsiniz. Kənar yardımlara ehtiyac duyulmur. Tamamilə yeni işə başlamaq olar. İnformasiyanın minimum həddə olması sizi narhat etməməlidir.

Günün ikinci yarısında aktiv olun, başladığınız işləri bitirin. Təcrübəli insanların məsləhətlərinə qulaq asın.

Axşam saatları ümumi işgüzar və ya maliyyə maraqlarınızın olduğu insanlarla ünsiyyət üçün yaxşı vaxtdır. Sırf peşə fəaliyyəti ilə bağlı məsələnin müzakirəsində diqqətli olun.

Qız - ehtiyatlı və sayıq olun. Günün ilk yarısında münaqişə, gərginlik istisna deyil. Birmənalı olmayan zamandır. Dəyər verdiyiniz insanlarla münaqişə etməyin. Münasibətləri korlamayın. Yaxın ətrafınızdakı insanların könlünü qırmayın.

Başqalarının işlərini müzakirə etmək çox təhlükəlidir. Sözlərinizə diqqət edin. Sirrlərinizi bölüşməyin.

Son həftələrdə sizi narahat edən problemi günün ikinci yarısında uğurla həll edə bilərsiniz. Parlaq ideyanın həyata keçirilməsi yaşamınızda ciddi dəyişikliklərin əsasını qoyacaq.

Fəal olun, süstlüyə qapılmayın.

Tərəzi - narahat, təbəddülatlı, amma maraqlı gündür. Rəğbət bəsəldiyiniz insanla münasibətlərinizdə səmimiyyəti artıra bilərsiniz. Yaranmış problemin həllinə yaradıcı yanaşın. Səhər saatlarında işlər yaxşı olsa da, sonradan axar dəyişir.

Kiçik problemlər əhvalı korlaya bilər. Bahalı və mürəkkəb texnikanın sıradan çıxması, dəyərli əşyanın itirilməsi riski var. Səliqəli və diqqətli davranın.

Gərginliyə qapılmayın. Stress, təbii ki, emosional və fiziki vəziyyətinizə mənfi təsir edir.

İstirahət etməyə, dincəlməyə vaxt tapın.

Günün ikinci yarısında maliyyə fonu əlverişli deyil. Bədxərclik etməyin, alış-verişdə pullarınıza düşmən kəsilməyin.

Əqrəb - Yalnız qaçılmaz zərurət yarananda borc götürün. Qəflətən sərtləşən məişət problemləri işdə müəyyən məsələnin həllinə mane olacaq. Sakit gündür. Enerjiniz çoxdur. Səylərinizi effektiv səmtə yönəldin. Günü bütünlüklə başqalarının problemlərinə həsr etmək yanlışlıq olardı. Belə davranış mütləq şəkildə inciklik və anlaşılmazlıqlara səbəb olacaq.

Günün ikinci yarısında yaxınlarınızın sizdən təvəqqe etdiyi işi yerinə yetirməklə yardımları sonuclandırın. Sentimental olmayın. Əks təqdirdə sevdiyiniz insanı təəccübləndirə bilərsiniz.  

Oxatan - Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın. Ağır və məşəqqətli iş perspektivi varsa belə, geri çəkilməyin. Ruhdan düşməyin.

Yaxın ətrafınızdakı insanların öz problemlərinin çözümünü sizə həvalə etmələrinə imkan verməyin. Sizin hesabınıza işlərini həll etmək istəyənlərin sayı az deyil.

İşgüzar görüşlər yaxşı nəticə verəcək. Seminar, konfrans və ya toplantıda iştirakda fayda var.

Günün ikinci yarısında alış-verişdə pul xərcləmək istəyi çox güclü olsa da, hisslərinizə hakim olun. Gözəl, amma gərəksiz əşya almayın. Qənaətlə davranın, bədxərclik etməyin. Axşam saatlarında aktiv istirahət edin.

Oğlaq - səhər saatlarında yaranan çətinliklərin öhdəsindən sürətlə gəlin. Problemləri tez çözün. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Pis gün deyil. Bir zamanlar dəyər verdiyiniz və ya rəğbət bəslədiyiniz insanla qəfil görüş ola bilər.

Günün ikinci yarısında xatirələr sizi təbdən çıxara bilər. Özünüzü ələ alın.

Səfər və ya səyahət istisna deyil. Bir neçə saatlıq yoldan sonra da ciddi yorğunluq hiss etməyəcəksiniz.

Axşam saatlarını açıq havada keçirin.

Dolça - günün ilk yarısından etibarən işlər pis alınmayacaq. Əsas məsələ odur ki, emosional fon stabil olmayanda münaqişə yaratmayın. Qıcıqlı davranmayın. Qohumlarınız və ya ailə üzvlərinizdən biri barədə xəbər sizi sevindirəcək.

Peşəkar fəaliyyət müstəvisində yeni imkanlar yaranacaq. Buna görə bir zamanlar yaxşılıq etdiyiniz insana minnətdarlıq edin.

Günün ikinci yarısında aldığınız məlumatlar pis olmayacaq. Şəxsi münasibətlərlə bağlı təcrübəniz zənginləşəcək. Həmin təcrübə az sonra karınıza gələ bilər.

Axşam saatları alış-veriş üçün münasibdir.

Balıqlar - insanlara həddən artıq inanmayın. Fırıldaqçılar və saxtakarlar etimadınızdan sui-istifadə etməyə çalışacaqlar. Sevdiyiniz insanla bağlı şübhələr yarana bilər. Həmin şübhələrin nə dərəcədə əsaslı olduğu bir qədər sonra bilinəcək. Ona görə özünüzə və dəyər verdiyiniz insana əzab verməyin.

Günün ikinci yarısında yaradıcı potensialınızın səviyyəsi yüksək olacaq. Maraqlı işlə məşğul olsanız, pozitiv emosiyaların sayı az olmayacaq.

Maraq və məqsədlərinizi bölüşəcək insanla tanış ola bilərsiniz.

Son.az

Xoruldamağa səbəb olan like
  • 13 Sen 23:57  
Digərləri Xoruldamağa səbəb olan

Yatmadan əvvəl yeyilən bəzi qidalar xoruldamağa səbəb ola bilər. Son.

arrow Ətraflı
İtkin düşən 13 yaşlı qız tapıldı like
  • 13 Sen 23:52  
Digərləri İtkin düşən 13 yaşlı qız tapıldı

Şəmkir rayon Dəllər-Cəyir kənd sakini olan 13 yaşlı qız tapılaraq ail�

arrow Ətraflı
Məşhur müğənni tərzi ilə diqqət çəkdi like
  • 13 Sen 23:48  
Şou-biznes Məşhur müğənni tərzi ilə diqqət çəkdi

Türkiyənin məşhur müğənnisi Ebru Yaşar tərzi ilə diqqət çəkib.

arrow Ətraflı
Repetitorların qiyməti yüksəldi: like
  • 13 Sen 23:42  
Digərləri Repetitorların qiyməti yüksəldi:

Yeni tədris ili valideynlərin qayğılarını artıb.

arrow Ətraflı
"GÜRZ"ün dünyada ekvivalenti yoxdur  Türkiyəli ekspert like
  • 13 Sen 23:38  
Digərləri "GÜRZ"ün dünyada ekvivalenti yoxdur Türkiyəli ekspert

"GÜRZ" hava hücumundan müdafiə sisteminin dünyada ekvivalenti yox

arrow Ətraflı
Masazırda 30 yaşlı qadın QƏTLƏ YETİRİLDİ like
  • 13 Sen 23:34  
Digərləri Masazırda 30 yaşlı qadın QƏTLƏ YETİRİLDİ

Sentyabrın 13-də saat 21 radələrində Abşeron rayonu Masazır qəsəbəsind

arrow Ətraflı
Könül Kərimova "Çalıkuşu"nun evində like
  • 13 Sen 23:30  
Şou-biznes Könül Kərimova "Çalıkuşu"nun evində

Əməkdar artist Könül Kərimova məşhur "Çalıkuşu"nun çəkildi

arrow Ətraflı
"MTV VMA 2023" gecəsinə ulduz axını like
  • 13 Sen 23:23  
Şou-biznes "MTV VMA 2023" gecəsinə ulduz axını

Nyu-Yorkda "Prudential Center"də "MTV Video Music Awards 2023&qu

arrow Ətraflı
Gözdə “itdirsəyi” – like
  • 13 Sen 23:15  
Digərləri Gözdə “itdirsəyi” –

Gözdə itdirsəni sıxmaq, onun üzərinə sidik və müxtəlif məhlullar çə

arrow Ətraflı
Paşinyan Rusiyadan üz çevirdiyini like
  • 13 Sen 23:08  
Dünya Paşinyan Rusiyadan üz çevirdiyini

Ermənistanın Baş naziri Paşinyanın ABŞ-ın "Politiko" nəşrinə

arrow Ətraflı
Bu gün şəhid olan hərbçimizin FOTOSU like
  • 13 Sen 23:00  
Digərləri Bu gün şəhid olan hərbçimizin FOTOSU

Xəbər verdiyimiz kimi, sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə h

arrow Ətraflı
Oktyabrın 1dən taksi qiymətləri ARTACAQ?  ŞƏRH  FOTO like
  • 13 Sen 22:53  
Digərləri Oktyabrın 1dən taksi qiymətləri ARTACAQ? ŞƏRH FOTO

"Avtomobil nəqliyyatı haqqında" qanunda edilmiş dəyişikliklər o

arrow Ətraflı
Şakira səhnədə fırtına yaratdı like
  • 13 Sen 22:45  
Şou-biznes Şakira səhnədə fırtına yaratdı

Xəbər verdiyimiz kimi, ötən gün Nyu-Yorkda "Prudential Center"də

arrow Ətraflı
Goranboyda yeniyetmə qız dəm qazından zəhərləndi like
  • 13 Sen 22:40  
Digərləri Goranboyda yeniyetmə qız dəm qazından zəhərləndi

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

arrow Ətraflı
Cennifer Lopezin dırnaqları trendə çevrildi like
  • 13 Sen 22:30  
Şou-biznes Cennifer Lopezin dırnaqları trendə çevrildi

Dünyaca məşhur müğənni Cennifer Lopezin Nyu-York moda həftəsindəki dır

arrow Ətraflı