AğdamXankəndi yolu açıldı: Paşinyan Moskvaya meydan oxuyur


Siyasət 12 Sen 2023 12:24:00 227 0

AğdamXankəndi yolu açıldı: Paşinyan Moskvaya meydan oxuyur

Elçin Alıoğlu

Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə bir TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndinə doğru hərəkət edib.

"Scania" markalı ağırtonnajlı yük maşını artıq Xankəndindədir.

Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə bir TIR ərzaq yükü 2 gündür Bərdə şəhərində gözlədilirdi. Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi.

Separatçıların iddialarına görə, Xankəndindəki xunta Ağdam-Xankəndi yolunda, Əsgəran yaxınlığında yolu bağlamış ermənilərə qarşı "güc" tətbiq edib və Rusiya Sülhməramlı Kontingentinin (RSK) iştirakı ilə yolu açıb.

Əsgəranın "mer"i Hayk Şamiryanın dediyinə görə, "Tank" abidəsinin yaxınlığına toplaşaraq yolu bağlamış şəxslər ilk əvvəl etiraz aksiyası keçirərək Rusiyanın humanitar yardımını buraxmasalar da, sonradan fikirlərini dəyişiblər: "Danışdıq, razılaşdıq, yolu açdıq və maşın hərəkət etdi".

Ermənistandakı revanşistlər və radikallar qarabağlı ermənilərin əvvəl etiraz edərək yolu bağlamalarını, sonra fikirlərindən vaz keçərək yolu açmalarını "murdar davranış", "xəyanət", "türklərin pulu və rusların əmri ilə hərəkət edən bədbəxtlərin satqınlığı" kimi dəyərləndiriblər.

Ermənilər, deyəsən, yenə illüziyalara qapılıblar. Belə ki, bu gün Ermənistan mediasında və sosial şəbəkələrində yer alan iddialara görə, guya "Laçın dəhlizi humanitar yüklərin Xankəndinə çatmasından 12 saat sonra açılmalıdır: "Bunu Rusiya tərəfi təmin edib".

Rusiya Qızıl Xaç Cəmiyyətinin (RQXC) yük maşını Xankəndində olması və Ağdam-Xankəndi marşrutunun açılması heç də o demək deyil ki, Laçın yolu Ermənistandan Xankəndinə və əks istiqamətdə "tam sərbəst, nəzarətsiz hərəkət" üçün açılacaq.

Laçın yolunun Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobillərin tam sərbəst hərəkəti üçün açılması da gündəmdə deyil. Prosesləri qarışdırmamalı, səhv salmamalıyıq.

Laçın yolunun Azərbaycan qanunvericiliyinə uyğun şəkildə, sərhəd və gömrük nəzarət-təftiş prosedurlarının həyata keçirilməsi şərti ilə BQXK üçün tam açılması üçün bu qurumun Xankəndinə ünvanladığı humanitar yardımlar yalnız Ağdam-Xankəndi yolu ilə daşınmalıdır.

Laçındakı SBNM-in qarşısında, Ermənistan ərazisində "Spayka" şirkətinin 20 TIR-ına gəldikdə isə, bu maşınlar çürüyənədək orada saxlana bilər.

İrəvanın "humanitar yardımı" Xankəndinə nəzarətsiz və gömrük sənədləşdirilməsi olmadan buraxılmayacaq.

Proseslər sürətlə inkişaf edir və yaşananların tərkib hissələrindən biri də ermənilərin amerikalılarla birgə keçirdikləri "Eagle Partner 2023" hərbi təlimlərdir.

Ermənistan Müdafiə Nazirlyiinin "Zor" poliqonundakı təlimlərdə 85 amerikalı hərbçi iştirak edir. Sentyabrın 20-də başa çatacaq təlimlərlə bağlı rəsmi bəyanatlara görə, "Ermənistan və ABŞ hərbçiləri beynəlxalq sülhməramlı missiyalara hazırlıq məqsədilə birgə fəaliyyət təlimlərini məşq edəcəklər".

Təlimlər Rusiya Federasiyasının hakimiyyət dairələri tərəfindən çox ciddi narazılıqla qarşılanıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Moskva Ermənistanın timsalında müttəfiqimizi itirməkdən qorxmur: "Ermənistanla çox yaxın müttəfiq və tərəfdaş olmuşuq və əminəm ki, bundan sonra da olacağıq. Bizim müəyyən problemlərimiz ola bilər və onları dialoq yolu ilə həll etmək lazımdır.Ermənistan 1991-ci il sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra vəziyyət dəyişib: "Əgər söhbət Ermənistanın ərazisindən gedirsə, bilirsiniz ki, bizim KTMT çərçivəsində öhdəliklərimiz var. Ermənistan 1991-ci il sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra orada vəziyyət bir qədər dəyişdi, bunu da nəzərə almaq lazımdır. Bu, İrəvanın qərarı idi".

D.Peskov Ermənistanın KTMT-dən çıxması ehtimalını belə şərh edib: "Bu mövzuda çox müzakirələr aparılıb. O cümlədən Ermənistanda olan qərbyönlü analitiklər bunu dəfələrlə vurğulayıblar. Amma bu barədə heç bir rəsmi siqnal almamışıq".

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller isə söyləyib: "Ermənistanla hərbi təlimlərimiz rutin xarakterlidir, əvvəlcədən planlaşdırılmışdı və heç bir halda İrəvanla Bakı arasında gərginliyin artması ilə bağlı deyil".

Ermənistanın baş naziri Nikol Paşinyansa dünən yerli İctimai Televiziyaya verdiyi müsahibəsində təlimlərlə bağlı sualı cavablandırarkən söyləyib: "ABŞ ilə birgə hərbi təlimlər Ermənistanda ilk dəfə deyil ki, keçirilir. Əvvəlcədən nəzərdə tutulmuş təlimlərdir. Bundan başqa, 2020-ci ildə Ukraynada səfərdə olmamışdıq, Roma statutunu ratifikasiya etməmişdik, ABŞ ilə təlimlər keçirməmişdik. Lakin bu, Azərbaycanla müharibənin başlanmasına mane olmadı".

Xankəndindəki separatçı xuntanın yeni rəhbəri Samvel Şahramanyanın "seçilməsi" və onun rəsmi İrəvan tərəfindən təbrik edilməməsi ilə bağlı Paşinyan bəyan edib ki, Araik Arutyunyanın istefasına təəssüflənir: "Qarabağlı ermənilərin yeni liderinə gəldikdə isə, onu təbrik etmək üçün ciddi səbəb görmürəm. Şahramanyanın üzərində böyük məsuliyyət var. Bizim indi mövqeyimiz beynəlxalq birliyin məntiqinə uyğunr olmaq və həmin yanaşmaya əks çıxmamaqdır".

Yəni N.Paşinyan demək istəyir ki, Şahramanyanı təbrik etməklə qondarma "seçki"ni qınayan və tanımayan beynəlxalq birliyə qarşı getmək istəmirlər.

Mahiyyət etibarilə, Nikol Paşinyan qarabağlı erməni separatçılarının yeni liderini "prezident" qismində tanımaq fikrində olmadığını, "seçkilər"in saxtakarlıq olduğunu etiraf edib, ən əsası isə Qaraabğı Azərbaycan ərazisi hesab etdiyi bu dəfə dolayısı ilə olsa da, bir daha söyləyib.

Beləliklə, Ermənistanı Rusiyanın total və qeyd-şərtsiz təzyiq dairəsindən çıxarmaqda, İrəvanın Moskvadan əmrlər və göstərişlər almadan ən müxtəlif dövlətlərlə intensiv əlaqələr qurmaqda, Rusiyanın Cənubi Qafqaz bölgəsini tərk etməsini və ümumiyyətlə, Ermənistanın Rusiya ilə indiyədək davam edərək "kiçik-böyük" prinsipinə əsaslanan "strateji müttəfiqlik" münasibətlərinə son qoymaqda maraqlı olmasını Nikol Paşinyan ilk dəfə belə açıq şəkildə bəyan edib.

İtaliyanın "La Repubblica" qəzetinə müsahibə Paşinyanın anti-Rusiya ritorikaının gücləndirməsində ilkin mərhələ idisə, Ermənistan İctimai Televiziyasına müsaşibə həmin kursun sürətli və impulsiv davamı sayıla bilər.

Qərblə əlaqələri aktivləşdirərək genişləndirən N.Paşiyan Rusiyanın bölgədəki geosiyasi təsir rıçaqlarının zəifləməsini istəyir.

Sadalıdığız proseslərlə yanaşı, rəsmi İrəvan Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yaşayan qarabağlı ermənilərin problemlərinin həlli üçün variantların azalaraq tək yol qaldığını da görür.

Həmin yol qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasıdır.

Qarabağlı ermənilərin rəsmi Bakı ilə dialoquna mane olmağa çalışan N.Paşinyan bəyanatlarına və açıqlamalarına rəğmən, hələ də Xankəndindəki xuntanı dəstəkləməyə davam edir.

O, Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarqsyan duetinin rəhbərlik etdikləri, Xankəndində sabiq "rəhbər"lər Arkadi Qukasyan və Bako Saakyan tərəfindən təşkilati, Rusiyanın Xankəndinə yolladığı emissarı Ruben Vardanyan tərəfindən maliyyə dəstəyi alan "qarabağlılar klanı"nın yenidən İrəvanda hakimiyyətə yiyələnməsinə imkan vermək istəmir.

Nikol Paşinyan indi bir neçə cəbhəyə oynamaqda olduğunu düşünür və məhz bu məqsədlə Ermənistan Müdafiə Nazirliyinin RSK nəzarətindəki areallarda olan minlərlə hərbçisinin 17 nəfərini "tələbə" adı ilə Laçın yolundan keçirərək İrəvana qaytarıb.

Proseslər sürətlənib, bəzi proseslər isə yeni başlanıb.

Ermənistanın və ümumiyyətlə, ermənilərin seçim imkanları tamamən tükənməkdədir.

Onlar indi dürüst seçim etməlidir.

Əks təqdirdə, Ermənistanı çox ağır problemlər gözləyir.

Trend

“Tarqovı”da qadına əxlaqsız hərəkət edən şəxs həbs edildi like
  • 12 Sen 12:17  
Digərləri “Tarqovı”da qadına əxlaqsız hərəkət edən şəxs həbs edildi

Bir neçə gün əvvəl Bakı şəhərinin Səbail rayonu ərazisində - "T

arrow Ətraflı
Azərbaycanlı iş adamının oğlunun Moskvadakı toyuna ulduzlar axın etdi like
  • 12 Sen 12:15  
Şou-biznes Azərbaycanlı iş adamının oğlunun Moskvadakı toyuna ulduzlar axın etdi

Ötən axşam Moskvada əslən Şəmkirdən olan azərbaycanlı iş adamının o

arrow Ətraflı
Salyanda küçədən yeni doğulmuş qız uşağı tapıldı like
  • 12 Sen 11:53  
Digərləri Salyanda küçədən yeni doğulmuş qız uşağı tapıldı

Bu səhər saat 5 radələrində Salyan rayonunun Qarabağlı kəndi ərazisind�

arrow Ətraflı
Viza mərkəzləri süni əngəllər yaradır  AÇIQLAMA like
  • 12 Sen 11:45  
Digərləri Viza mərkəzləri süni əngəllər yaradır AÇIQLAMA

Bəzi viza mərkəzlərinin fəaliyyəti turizmə problem yaradır.

arrow Ətraflı
Ceyhun Bayramov BQXKnin prezidenti ilə görüşdü like
  • 12 Sen 11:44  
Siyasət Ceyhun Bayramov BQXKnin prezidenti ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç

arrow Ətraflı
Mövqelərimiz atəşə tutuldu like
  • 12 Sen 11:25  
Siyasət Mövqelərimiz atəşə tutuldu

Sentyabrın 11-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin

arrow Ətraflı
Dövlət bu şəxslərə pulsuz mənzil verəcək  Qanun dəyişdi like
  • 12 Sen 11:20  
Digərləri Dövlət bu şəxslərə pulsuz mənzil verəcək Qanun dəyişdi

Valideyin himayəsindən məhrum olmuş 18 yaşına çatan şəxslər üçün ye

arrow Ətraflı
İlkin yeni doğulan körpəsini göstərdi like
  • 12 Sen 11:09  
Şou-biznes İlkin yeni doğulan körpəsini göstərdi

Aparıcı İlkin Həsəninin ikinci övladı dünyaya gəlib. 

arrow Ətraflı
İrem xəstəxanada dava saldı! Yaralanan var like
  • 12 Sen 10:58  
Şou-biznes İrem xəstəxanada dava saldı! Yaralanan var

Ötən həftə müğənni İrem Derici Nişantaşıdakı lüks klinikalardan bir

arrow Ətraflı
XİNdən AğdamXankəndi yolunun açılmasına dair AÇIQLAMA like
  • 12 Sen 10:56  
Siyasət XİNdən AğdamXankəndi yolunun açılmasına dair AÇIQLAMA

Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əlaqələndirilmiş şəkil

arrow Ətraflı
"Əməkdaşlar döndükdən sonra onlarla söhbət etmək imkanımız olacaq" like
  • 12 Sen 10:52  
Siyasət "Əməkdaşlar döndükdən sonra onlarla söhbət etmək imkanımız olacaq"

Bu gün səhər saat 7 radələrində Rusiya sülhməramlılarının blok postun

arrow Ətraflı
Bakıda qəbiristanlıqda tapança və qumbara tapıldı like
  • 12 Sen 10:49  
Digərləri Bakıda qəbiristanlıqda tapança və qumbara tapıldı

Bakı şəhərinin Xəzər rayonu ərazisində hərbi sursat aşkarlanıb.

arrow Ətraflı
Bu xəstəxanaya yeni direktor təyin edildi like
  • 12 Sen 10:29  
Digərləri Bu xəstəxanaya yeni direktor təyin edildi

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi.

arrow Ətraflı
Məşhur blogerin atalığı: "Oğlum orduya yararsızdır" like
  • 12 Sen 10:25  
Şou-biznes Məşhur blogerin atalığı: "Oğlum orduya yararsızdır"

Rusiyalı bloger Dani Miloxinin övladlığa götürən atası Dmitri Tyulenev o

arrow Ətraflı
Ermənistan minaları “boz zona”nın hər perimetri boyunca yerləşdirməyə davam edir  Hikmət Hacıyev like
  • 12 Sen 10:14  
Siyasət Ermənistan minaları “boz zona”nın hər perimetri boyunca yerləşdirməyə davam edir Hikmət Hacıyev

Siyasət Materials 12 Sentyabr 2023 09:19 (UTC +04:00)[Ermənistan minaları &

arrow Ətraflı