Rusiya və Ermənistan arasında gərginlik gözlənilən idi


Dünya 09 Sen 2023 23:48:00 280 0

Rusiya və Ermənistan arasında gərginlik gözlənilən idi

Son günlər Rusiya-Ermənistan münasibətlərində müşahidə olunan gərginlik gözlənilən idi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri açıqlamasında Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin deyib.

O qeyd edib ki, son günlər Ermənistan rəhbərliyi tərəfindən Rusiya əleyhinə bir sıra addımlar atılıb:

"Əvvəlcə Baş nazir Nikol Paşinyanın "respublikanın təhlükəsizlik sahəsində yalnız bir ölkədən asılılığının strateji səhv olduğu" barədə bəyanatı, sonra Ermənistan hökuməti tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun ratifikasiya üçün parlamentə göndərilməsi, bu, BCM-nin mart ayında həbs olunması üçün order verdiyi Rusiya Prezidenti Vladimir Putinin bu ölkəyə gəlməsinin mümkünsüzlüyü deməkdir; daha sonra ölkə KTMT-dəki daimi nümayəndəsini geri çağırıb və hələ də yeni təyinat etməyib. Ermənistan Müdafiə Nazirliyi 11-20 sentyabr tarixlərində ölkədə ABŞ ilə birgə "EAGLE PARTNER 2023" ("Tərəfdaş Qartal-2023") hərbi təlimlər keçirəcəyini elan edib. Bir gün əvvəl bununla əlaqədar olaraq Rusiya XİN-ə Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan çağırılaraq ona kəskin etiraz bildirilib və nota verilib".

"Biz hər zaman bu barədə demişik, bizim Prezidentimiz deyib ki, Azərbaycan etibarlı tərəfdaşdır. Hər iki ölkə tərəfdaşlıq əlaqələri saxlayır. Xüsusilə, məlum olduğu kimi, iki ölkə müttəfiqlik, qarşılıqlı fəaliyyət haqqında Bəyannamə imzalayıb. Biz hər zaman Rusiyanın müxtəlif strukturlarında, istər Dövlət Dumasında, istərsə də Federasiya Şurasında deputatlar ilə görüşlərdə deyirdik ki, Ermənistan etibarsız tərəfdaş və müttəfiqdir, bu ölkə istənilən zaman xəyanət edə bilər. Bu, hər zaman və Azərbaycana qarşı da baş verib. Hələ sovet vaxtı və ondan əvvəl biz Azərbaycanda bir ailə kimi, dinc şəraitdə yaşayırdıq. Azərbaycan hər zaman multimədəni dövlət olub. Burada hər kəs Azərbaycan xalqının sevgisini və hörmətini görüb. Təəssüflər olsun ki, sonradan biz Ermənistanın arxadan necə zərbə vura biləcəyini gördük", - deyə Rus İcmasının sədri qeyd edib.

M.Zabelinin sözlərinə görə, Rusiya indi Ermənistan rəhbərliyinin, onun millətçi dairələrinin hər şeydən üstün, "dənizdən-dənizə" olduğuna inananların əsl simasını öyrənir.

"Rusiya Azərbaycana qarşı ədalətli mövqe və Ermənistanla münasibətlərin normallaşdırılması üzrə səylərə dəstəyi aktivləşdirən kimi Ermənistan rəhbərliyi yüksək dərəcədə millətçi olaraq özünü tam "gözəlliyi" ilə göstərdi. Bu millətçilər faktiki olaraq Rusiyanı rədd etmək və təhqir etmək yolunu seçdilər, lakin bu, yanlış yoldur", - deyə icma rəhbəri bildirib.

Prezident İlham Əliyevin Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları olduğu, Azərbaycanın sülh və dostluq şəraitində yaşamaq, münasibətlər qurmaq, Xankəndi də daxil olmaqla, bütün Qarabağ bölgəsinin çiçəklənməsini təmin etmək istədiyi barədə sözlərini xatırladan Mixail Zabelin Ermənistanın özü üçün çuxur qazdığını vurğulayıb.

"Erməni xalqının beynində nə baş verdiyini bilmirəm. Bu ölkədə həm iqtisadi, həm də sosial xarabalıq hökm sürür, lakin erməni millətçiliyi və şovinizmi onlara bu keyfiyyətlərin üzərindən keçməyə, bütün xalqlarla sülh şəraitində yaşamağa imkan vermir. Gürcüstan, Türkiyə, Azərbaycan, indi də Rusiya ilə münasibətlərdə problemlər mövcuddur. Ermənistan öz gələcəyini necə təsəvvür edir? Bu suala cavab vermək çətindir. Lakin düşünürəm ki, biz ümumi səylərlə hər halda Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur edəcəyik və Xankəndi də nəzarətimizə qayıdacaq və xalqımızla dostluq şəraitində yaşamaq istəyən ermənilər özləri belə bir istəyi ifadə edəcəklər", - deyə Azərbaycanın Rus İcmasının sədri sözlərini yekunlaşdırıb.

Bu bürclər ilə ailə qurmaq istəyənlər iki dəfə düşünsün  Sadiq olmaya bilərlər... like
  • 09 Sen 23:39  
Digərləri Bu bürclər ilə ailə qurmaq istəyənlər iki dəfə düşünsün Sadiq olmaya bilərlər...

Evlənmədən əvvəl yoldaşınızı çox yaxşı tanıdığınızı düşünə

arrow Ətraflı
Mərakeşdə matəm elan olundu like
  • 09 Sen 23:28  
Dünya Mərakeşdə matəm elan olundu

Mərakeşdə zəlzələ nəticəsində yüzlərlə insanın ölməsi ilə əlaq�

arrow Ətraflı
Fidan Hacıyeva evliliyinin 20ci ilini əri ilə belə qeyd etdi  VİDEO like
  • 09 Sen 23:19  
Şou-biznes Fidan Hacıyeva evliliyinin 20ci ilini əri ilə belə qeyd etdi VİDEO

Xalq artisti Fidan Hacıyeva sosial media hesabındakı paylaşımı ilə diqqə

arrow Ətraflı
YDMdə qorxulu anlar  Mopedin oturacağının altından like
  • 09 Sen 23:08  
Dünya YDMdə qorxulu anlar Mopedin oturacağının altından

Aksarayda ( Türkiyə ) ilan yanacaq doldurma məntəqəsi işçilərinə qorxu

arrow Ətraflı
Siqaret çəkənlər ən çox bu meyvədən yeməlidir like
  • 09 Sen 22:57  
Digərləri Siqaret çəkənlər ən çox bu meyvədən yeməlidir

Orqanizmi tütün qalığı nikotinindən təmizləyən 3 super qida var.

arrow Ətraflı
"Səndən çox şey öyrənirəm"  İradə İbrahimova  FOTO like
  • 09 Sen 22:46  
Şou-biznes "Səndən çox şey öyrənirəm" İradə İbrahimova FOTO

Müğənni İradə İbrahimova sosial media hesabında ailəsi ilə olan fotolar

arrow Ətraflı
"Seçkilər"i tanımayan Avropanın Qarabağ erməniləri arasında like
  • 09 Sen 22:35  
Siyasət "Seçkilər"i tanımayan Avropanın Qarabağ erməniləri arasında

Avropa İttifaqı rəsmiləri sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsi

arrow Ətraflı
54 yaşlı kişi bıçaqlandı like
  • 09 Sen 22:26  
Digərləri 54 yaşlı kişi bıçaqlandı

İsmayıllıda 54 yaşlı kişi kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxa

arrow Ətraflı
Gecə yemək yeyən kişilərin nəzərinə  Prostat... like
  • 09 Sen 22:17  
Digərləri Gecə yemək yeyən kişilərin nəzərinə Prostat...

Bu xəbəri oxuyan kişilər gecə yemək yemək istəməyəcəklər

arrow Ətraflı
"İşimiz çox idi deyə ayrıldıq"  FOTO like
  • 09 Sen 22:08  
Şou-biznes "İşimiz çox idi deyə ayrıldıq" FOTO

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni İrem Derici ilə sevgilisi Atak

arrow Ətraflı
Diqqət: Sentyabrın 9da saat 23:59da... like
  • 09 Sen 21:56  
Digərləri Diqqət: Sentyabrın 9da saat 23:59da...

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) o

arrow Ətraflı
Rəsmi Bakı daha bir istəyinə nail oldu: AğdamXankəndi like
  • 09 Sen 21:54  
Siyasət Rəsmi Bakı daha bir istəyinə nail oldu: AğdamXankəndi

Rusiyadan göndərilən bir Tır yük Ağdam-Əsgəran yolu ilə ünvanına çat

arrow Ətraflı
22 “səs”lə “prezident seçilən” Şahramanyan – like
  • 09 Sen 21:44  
Digərləri 22 “səs”lə “prezident seçilən” Şahramanyan –

Məşhur riyazi qaydanı bir azca dəyişdirsək, belə yazmaq olar: separatçı

arrow Ətraflı
Evli modelin çılpaq şəkilləri müzakirə yaratdı  FOTO like
  • 09 Sen 21:32  
Digərləri Evli modelin çılpaq şəkilləri müzakirə yaratdı FOTO

Avstraliyalı model Natalie Roser bikini reklamı üçün kamera qarşısına k

arrow Ətraflı
Cümə namazında dava düşdü  Məsciddə biabırçılıq  VİDEO like
  • 09 Sen 21:20  
Dünya Cümə namazında dava düşdü Məsciddə biabırçılıq VİDEO

İstanbulda cümə namazı zamanı dava düşüb.

arrow Ətraflı