Ceyhun Bayramov Macarıstan Milli Assambleyasının sədri ilə görüşdü


Siyasət 05 Sen 2023 15:26:00 234 0

Ceyhun Bayramov Macarıstan Milli Assambleyasının sədri ilə görüşdü

5 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan Milli Assambleyasının sədri Laslo Köver ilə görüşüb.

Bu barədə Son.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, görüşdə iki ölkə arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, parlamentlərarası əlaqələr, o cümlədən regionda mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Macarıstan arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar, təhsil, mədəniyyət və s. sahələr üzrə inkişaf edən əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu qeyd edib.

Ölkələrimiz arasında son illərdə daha da intensivləşən yüksək səviyyəli səfərlərin münasibətlərin inkişafına daha da təkan verdiyi vurğulanıb. 4 sentyabr tarixində xarici işlər nazirləri arasında keçirilmiş Azərbaycan-Macarıstan Strateji Dialoqunun gələcək əməkdaşlıq istiqamatlərinin müəyyənləşdirilməsi və praktiki implementasiyası üçün faydalı olduğu qeyd edilib.

İkitərəfli münasibətlərin inkişaf dinamikasının davamı olaraq, bir sıra beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb. Əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edən parlament diplomatiyasının, o cümlədən parlamentlərarası dostluq qruplarının fəaliyyətinin intensivliyinin daha da artırılmasının vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin Ermənistanın 30 ilə yaxın müddətdə ərazilərimizin işğalının fəsadları, 2020-ci ildən sonra post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycanın normallaşma prosesinin irəlilədilməsi istiqamətində göstərdiyi səylərə baxmayaraq, Ermənistanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi-siyasi təxribatlarını davam etdirməsinin, Azərbaycan ərazilərində mövcud olan silahlı qüvvələrini hələ də tam olaraq ölkəmizin ərazilərindən çıxarılmamasının bölgədə dayanıqlı sülhün bərqərar olmasına maneə törətdiyi, əsas təhdid mənbəyi olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, bölgəmizdə davam edən genişmiqyaslı mina təhdidi diqqətə çatdırılıb.

Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış erməni sakinlərin cəmiyyətimizə reinteqrasiya prosesinin tərkib hissəsi kimi onların tələbatlarının ödənməsi üçün "Ağdam-Xankəndi" yolunun açılmasının və buna parallel olaraq Laçın yolundan istifadənin intensivləşməsi təklifinin rədd olunduğu qeyd edilib. Azərbaycan tərəfinin bu təkliflərinin rədd olunmasının, Laçın yolu ətrafında hazırki vəziyyətin heç də Ermənistanın iddia etdiyi kimi humanitar deyil, əksinə siyasi xarakter daşıdığını göstərdiyi bildirilib.

Milli Assambleyasının sədri Laslo Köver, Azərbaycan və Macarıstan arasında strateji xarakter daşıyan əlaqələrin inkişafında ali və yüksək səviyyəli təmasların, Parlament sədrləri ilə yanaşı, Parlament dostluq və ekspert qrupları arasında sıx əməkdaşlığın rolunun vacibliyini qeyd edib. Münasibətlərin daha da inkişaf etdirilməsi üçün perspektivlərin mövcudluğu, bu istiqamətlərdə imkanlardan istifadənin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

BakıQazax yolu sürücüləri qaydaları pozmağa məcbur edir like
  • 05 Sen 14:51  
Digərləri BakıQazax yolu sürücüləri qaydaları pozmağa məcbur edir

Azərbaycanda yolun sağ zolağında asfalt yararsız olduğu üçün, sürücü

arrow Ətraflı
Slovakiyanın Milli Şurasının sədri Azərbaycana gəldi like
  • 05 Sen 14:50  
Siyasət Slovakiyanın Milli Şurasının sədri Azərbaycana gəldi

Slovakiyanın Milli Şurasının sədri Boris Kolların başçılıq etdiyi nüm

arrow Ətraflı
Snoop Doggdan Azərbaycana hörmətsizlik like
  • 05 Sen 14:40  
Şou-biznes Snoop Doggdan Azərbaycana hörmətsizlik

Tanınmış repçi Snoop Dogg öz paylaşımında Azərbaycanın ərazisini Erm�

arrow Ətraflı
İzmirdə FETÖyə qarşı əməliyyat keçirilib, 9 şübhəli saxlanılıb like
  • 05 Sen 14:20  
Digərləri İzmirdə FETÖyə qarşı əməliyyat keçirilib, 9 şübhəli saxlanılıb

Türkiyənin İzmir şəhərində FETÖ/PDY terror təşkilatlarına qarşı əm

arrow Ətraflı
Qərb liderləri Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıya can atırlar like
  • 05 Sen 14:16  
Siyasət Qərb liderləri Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıya can atırlar

Bu gün Qərb liderləri Azərbaycan Prezidenti İlham Əliyevlə şəkil çəkd

arrow Ətraflı
Qalmaqallı müavinin yerinə o təyin edildi like
  • 05 Sen 14:10  
Digərləri Qalmaqallı müavinin yerinə o təyin edildi

Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

arrow Ətraflı
"Kurtlar Vadisi"ndəki səhnə gerçək oldu like
  • 05 Sen 13:58  
Dünya "Kurtlar Vadisi"ndəki səhnə gerçək oldu

Venesuelada narkobaronlar arasında "vətəndaş müharibəsi" tüğya

arrow Ətraflı
Ermənistanın NATO üzvlüyü: like
  • 05 Sen 13:25  
Dünya Ermənistanın NATO üzvlüyü:

NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlingerin Ermənistanın

arrow Ətraflı
Azər Aydəmirin Damla ilə bağlı paylaşımı tənqid olundu like
  • 05 Sen 13:14  
Şou-biznes Azər Aydəmirin Damla ilə bağlı paylaşımı tənqid olundu

Aktyor Azər Aydəmirin müğənni Damlanın "Hazırlaşır" mahnısı

arrow Ətraflı
Ehtiyatda olan hərbi vəzifəlilər təlimə çağırıldı  FOTO like
  • 05 Sen 13:08  
Digərləri Ehtiyatda olan hərbi vəzifəlilər təlimə çağırıldı FOTO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsas

arrow Ətraflı
Rəşad Dağlının ailəsinə böyük jest edən şəxs kimdir? like
  • 05 Sen 12:52  
Şou-biznes Rəşad Dağlının ailəsinə böyük jest edən şəxs kimdir?

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının övladlarının təhsi

arrow Ətraflı
Bakı Hava Limanı taksilərlə bağlı sərnişinlərə müraciət etdi like
  • 05 Sen 12:41  
Digərləri Bakı Hava Limanı taksilərlə bağlı sərnişinlərə müraciət etdi

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin və ziyarətçilərin tə

arrow Ətraflı
Separatçılar döyüş mövqelərinə silahsursat daşıyır like
  • 05 Sen 12:25  
Siyasət Separatçılar döyüş mövqelərinə silahsursat daşıyır

Qarabağdakı separatçılar rusiyalı sülhməramlı kontingentin müşayiəti

arrow Ətraflı