Rəfiqəsinin AİLƏSİNİ DAĞITDI, baş leytenant rütbəsi aldı


Şou-biznes 04 Sen 2023 07:38:00 222 0

Rəfiqəsinin AİLƏSİNİ DAĞITDI, baş leytenant rütbəsi aldı

Son.az Kulis.az-a istinadən müğənni Elnarə Xəlilova haqqında maraqlı faktları təqdim edirik.

Elnarə Sabit qızı Xəlilova 1 oktyabr 1980-ci ildə Bakıda anadan olub. 1987-ci ildə 144 saylı ota məktəbə gedib, 1997-ci ildə həmin məktəbi bitirib.

Elə həmin ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. Daha sonra təhsilini Milli Konservatoriyada davam etdirib.

13 yaşında ikən anası onu "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti "Bənövşə" uşaq xoruna aparıb və ilk səhnə fəaliyyətini də belə başlayıb. Əfsər Cavanşirovun rəhbərliyi altında həmin xorun solisti olub.

1999-cu ildə "Qızıl Açar-99" mahnı müsabiqəsinin laureatı olub. 2000-ci ildə Vaqif Gərayzadənin triosuna dəvət alıb. Qrupda çalışdığı vaxtlar Zülfiyyə Xanbabayevanın, Aygün Kazımovanın və bir çox ulduzların bek-vokalisti olub. Qrupdan ayrıldıqdan sonra "Şərq ulduzları" uşaq teatrında çalışıb. Sonradan "Elnarə və onun dostları" qrupunu yaradıb. 2003-cü ildə "SS Production" şirkəti ilə 5 il müddətinə müqavilə bağlayıb və solo karyerasına başlayıb.

Elnarə Xəlilova "Qəm otağı", "Məhəbbət payım", "Uzaqlara", "Yuxulu şəhər", "Çünki gəncsən", "Cibdə varsa pul" kimi mahnıları ilə böyük məşhurluq qazanıb.

O, 2006-cı ildə ailə həyatı qurub. Həmin il "Məhəbbət payım" adlı solo albomunu buraxıb. "Səbuhi" studiyasında yazılan disk 16 mahnıdan ibarət olub.

2006-cı ildə Elnarə Xəlilova əvvəllər "Lider" televiziyasında jurnalist, aparıcı kimi fəaliyyət göstərmiş, hazırda Dövlət Sərhəd xidmətində çalışan hərbçi Rövşən Cahangirovla ailə həyatı qurub. Bir müddət ailəsinə görə sənətdən uzaqlaşan müğənninin 1 qızı, 3 oğlu var. Müğənni müsahibələrinin birində həyat yoldaşı haqqında deyir: "Rövşən mənim arxamda dayandı və sahib çıxdı. Kim deyərdi ki, Rövşən kimi kişi müğənni qızla evlənəcək?! Düzdür, məni yaxından tanıyanlar necə insan olduğumu bilir. Amma adım müğənnidir. Biz evlənəndə hamı şokdaydı.

Heç kim inanmırdı ki, vətənpərvər verilişlərin müəllifi və aparıcısı gedib müğənni alıb. Hamı bu sözü bizim üzümüzə qarşı dedi. Nişanlanmamışdan əvvəl iki il görüşmüşük. Bizim münasibətlərimizin uzanmağına da səbəb Rövşənin ailəsi idi. Onlar məni gəlin kimi istəmirdilər.

Onların narazılığını çox gözəl anlayırdım. Çünki məni tanımırdılar, necə ürəyə malik olduğumu bilmirdilər. Yeganə günahım o idi ki, əlimə mikrofon alıb oxuyuram. Onları qınamırdım. Neyniyim ki, bizim adımız çıxıb?! Bütün dünyada sənət adamlarını birmənalı qarşılamırlar. Biz də təbii ki, baryerlər və maneələrlə rastlaşdıq. Hamı istəyir ki, balası xoşbəxt olsun. Mənim də iki oğlum var. Mən heç vaxt demərəm ki, müğənni qız almayacam. Birmənalı şəkildə bütün müğənnilər pisdir demək olmaz. Rövşən dedi öldü var, döndü yoxdur. Dedi, mən Elnarəni alacam, o, mənim övladlarımın anası olacaq. Hamıya başa saldı ki, bu, mənim seçimimdir. Əks halda pasportlarımızı da götürüb ölkədən gedirdik. Ailə qurduq, üç günə özümü onlara təsdiq etdim".

Elnarənin səhnə fəaliyyətini çox düşünmədən iki hissəyə ayırmaq olar. Evliliyə qədər və evlilikdən sonra. Evliliyə qədər Elnarə Xəlilovanı biz hər addımı yenilik, risk, cəsarət, sərbəstlik fışqıran bir müğənni kimi tanıyırdıq.

Elnarə ailə haqqında suallara cavab verərkən deyir:

"Ailə dağıtmaq 1 saniyədə belə olar, amma qurmağa çox zaman lazımdır. Əlimizdə olanların dəyərini bilmirik. Hər zaman xanımlara dəstək olmuşam. Elə situasiya olur ki, ər içir gəlir evə, pul qazanmır, döyür, söyür. Mən belə hallarda qadına haqq verirəm, buna dözmək olmaz. Mən öz rəfiqəmə "boşan" sözünü demiş, məsləhət vermiş adamam. Onu boşatdırmışam, ona "bu adamdan sənə ər olmaz" demişəm, 7 illik ailə dağılıb. Mən də anayam, mənim də 4 övladım var. Mənim də yoldaşımın işdən əsəbi, ac gəldiyi, əlinin gətirmədiyi vaxtlar olur. Hər xırda şey olanda durub ailəmi dağıtmalıyam? Mən özümü elə aparmaram ki, o məni təhqir etsin. Sən ərinin sözünə qulaq asmalısan. Evdə böyük atadır, ərdir. Hər şey qadının əlindədir. Mən ailə dağıtmağın tərəfdarı deyiləm".

İllər sonra efirdə çıxış edərkən aparıcı ona deyir ki, cırıq kalqotkaların dəbdə olduğu zamanda təzə kalqotkasını cırıb efirə çıxmışdı. Təbii ki, bu nə bəladırsa, səhnə dəlilik tələb edir və Elnarə də həmin illərin bir çox partlayış yaradan müğənniləri kimi efirdə cəsarətli addımlar atırdı.

Ailə qurduqdan sonra isə o, öz dərin dekolteli gəlinlik paltarını belə tənqid edirdi hətta, zarafatyana deyirdi ki, ərimə demişəm, mən bunu geyinmək istəyirdim, istəyirdim, bəs sən hara baxırdın?

Elnarə Xəlilova hərbçidir. Dövlət Sərhəd xidmətində çalışır. Baş leytenant rütbəsi alması ilə bağlı sosial şəbəkədə dolaşan fikirlərə münasibət bildirərkən, müğənni qeyd etmişdi ki, bu rütbə rahatlıqla alınmır.

"Hamı deyir ki, birdən-birə necə Baş leytenant rütbəsi aldın? Mən də izah edirəm ki, bu rütbələri elə-belə adama vermirlər. Mən iki universitet bitirmişəm. Azərbaycan Dillər Universitetini bitirmişəm. Fövqəladə Hallar Nazirliyində tibb bacısıyam. 2004-cü ildən bu günə qədər təmənnasız hərbi xidmətdə olmuşam. Hara çağırıblarsa, getmişəm".

Yasamalda 39 yaşlı qadın ŞOK YAŞADI: Naməlum şəxslər... like
  • 04 Sen 07:22  
Digərləri Yasamalda 39 yaşlı qadın ŞOK YAŞADI: Naməlum şəxslər...

Bakının Yasamal rayonunda qadın tanımadığı şəxlər tərəfindən döyü

arrow Ətraflı
Ərdoğan bu gün Putinlə görüşəcək like
  • 04 Sen 07:15  
Dünya Ərdoğan bu gün Putinlə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Soçidə Rusiya Federasiya

arrow Ətraflı
Ağız qoxusu nədən yaranır? like
  • 04 Sen 07:00  
Digərləri Ağız qoxusu nədən yaranır?

Ağız qoxusu bir çox insanın qarşılaşdığı problemdir. Asanlıqla keçm�

arrow Ətraflı
Azərbaycanda daha bir zəlzələ oldu  Bu dəfə... like
  • 04 Sen 06:45  
Digərləri Azərbaycanda daha bir zəlzələ oldu Bu dəfə...

Sentyabrın 4-də Kürdəmir stansiyasından 18 kilometr cənubda - Kürdəmir r

arrow Ətraflı
Estetik əməliyyatda zəhərlənən model öldü like
  • 04 Sen 06:30  
Şou-biznes Estetik əməliyyatda zəhərlənən model öldü

Argentinalı məşhur aktrisa və model Silvina Luna plastik cərrahiyyədəki s

arrow Ətraflı
Limonlu su içməyin, like
  • 04 Sen 05:55  
Digərləri Limonlu su içməyin,

"Veçernyaya Moskva" qəzetinə müsahibəsində qastroenteroloq Nikit

arrow Ətraflı
Aktrisanın səsini oğurlayıb porno filmdə istifadə etdilər like
  • 04 Sen 05:14  
Şou-biznes Aktrisanın səsini oğurlayıb porno filmdə istifadə etdilər

Rusiyalı aktrisa Alyona Andronova "Tinkoff" bankını məhkəməyə v

arrow Ətraflı
Bu tərəvəz böyrəkdəki daşları əridir like
  • 04 Sen 04:30  
Digərləri Bu tərəvəz böyrəkdəki daşları əridir

Mütəxəssislər böyrəklərdəki daşları əridən kömək edən tərəvəz

arrow Ətraflı
"Gecenin ucunda"nın aktyoru yeni serialda like
  • 04 Sen 03:54  
Şou-biznes "Gecenin ucunda"nın aktyoru yeni serialda

"TRT 1" kanalında yayımlanan "Teşkilat" serialının hey�

arrow Ətraflı
Sakitləşmək üçün bunun 1 dilimi kifayət edir  FOTO like
  • 04 Sen 03:07  
Digərləri Sakitləşmək üçün bunun 1 dilimi kifayət edir FOTO

Həkimlər bir dilim limonla necə sakitləşmək lazım olduğunu açıqlayıb.

arrow Ətraflı
DYPnin rəisi nəvəsinə qalmaqallı ziyafət təşkil etdi  VİDEO like
  • 04 Sen 03:03  
Dünya DYPnin rəisi nəvəsinə qalmaqallı ziyafət təşkil etdi VİDEO

Qazaxıstanın Pavlodar şəhər DYP-nin rəisi nəvəsinin 1-ci sinfə getməsi

arrow Ətraflı
Yeni layihəsi bəlli oldu like
  • 04 Sen 02:28  
Şou-biznes Yeni layihəsi bəlli oldu

Türkiyəli aktyor Sinan Tuzcunun yeni layihəsi bəlli olub.

arrow Ətraflı
Bu qidaları bişirmədən yeyin, yoxsa... like
  • 04 Sen 01:55  
Digərləri Bu qidaları bişirmədən yeyin, yoxsa...

Bir sıra məhsullar bişirdikdə tərkibindəki vitaminləri, faydalılıq xüs

arrow Ətraflı
Aparıcı Zümrüd qızı Ləman ilə like
  • 04 Sen 01:22  
Digərləri Aparıcı Zümrüd qızı Ləman ilə

Tanınmış aparıcı Zümrüd Bədəlova sosial şəbəkədə paylaşım edib.

arrow Ətraflı
Ürəyimizin “dostu"  Kişilər üçün vacib, qadınlara isə... like
  • 04 Sen 00:43  
Digərləri Ürəyimizin “dostu" Kişilər üçün vacib, qadınlara isə...

Əncir liflərlə ən zəngin meyvələrdən biri olduğundan mədə və bağır

arrow Ətraflı