Kamaləddin Qafarov: “Laçın sərhədburaxılış məntəqəsinin yaradılması tarixi zərurət idi”


Siyasət 03 Sen 2023 11:00:00 198 0

Kamaləddin Qafarov: “Laçın sərhədburaxılış məntəqəsinin  yaradılması tarixi zərurət idi”

"Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə apardığı Vətən müharibəsini həm döyüş meydanında, həm də siyasi müstəvidə əldə etdiyi tarixi Qələbə ilə başa vurdu. Bunun nəticəsi olaraq torpaqlarımızın otuz illik işğalına son qoyuldu,  ərazi bütövlüyümüz bərpa edildi. Müharibənin başa çatmasından artıq üç ilə yaxın bir müddət keçsə də, Azərbaycan siyasi-diplomatik müstəvidə ardıcıl olaraq yeni qələbələr əldə etməkdədir. Bu baxımdan 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində - Laçın rayonu ərazisindəki Həkəri çayının üzərində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması da mühüm tarixi əhəmiyyət kəsb edən hadisədir. Məhz bu məntəqənin qurulması ilə Azərbaycanın dövlət sərhədlərinin bütövlüyü tam təmin olundu. Əlbəttə ki, nə ermənilər, nə də onların himayədarları bu faktı həzm edə bilirlər. Buna görə də həmin qüvvələr artıq neçə müddətdir ki, ölkəmizə qarşı çirkin anti-təbliğat kampaniyası aparır, Azərbaycanı guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır. Lakin bu kimi cəhdlər heç bir nəticə verə bilməz. "Laçın" sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır və beynəlxalq hüquq normalarına da tam uyğundur." Bu sözləri mətbuata  açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması hərbi-siyasi qələbənin təcəssümüdür: "Birmənalı olaraq Azərbaycan-Ermənistan sərhəddində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulmasını Vətən müharibəsi başa çatdıqdan sonra ölkəmizin əldə etdiyi ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi qiymətləndirmək lazımdır. Bu hadisə tarixi ədalətin daha bir təntənəsidir. Bir zamanlar torpaqlarımızı işğal edən, azərbaycanlıları öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən düşmənin indi şanlı bayrağımızın altından keçməsini, sərhədçilərimizin önündə dinməz-söyləməz farağat dayanmasını izləmək olduqca qürurverici haldır. Eyni zamanda,  sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizə və xalqımıza qarşı hərbi cinayətlər törətmiş şəxslərin müəyyən edilib saxlanması baxımından da mühüm əhəmiyyət kəsb edir. 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş Vaqif Xaçaturyan adlı şəxsin saxlanılması da buna əyani misaldır. Ermənilərin və onların havadarlarının bu məsələyə münasibətindən asılı olmayaraq "Laçın" sərhəd-buraxılış məntəqəsinin açılışı regionun geosiyasi mənzərəsini dəyişdirdi və Qələbəmizin beynəlxalq müstəvidə təkrar rəsmiləşdirilməsinə səbəb oldu."

K.Qafarov "Laçın" sərhəd-buraxılış məntəqəsinin təyinatından bəhs edərək  deyib: "Aydındır ki, sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir. Bu məntəqənin qurulması ilə Azərbaycan ərazisində hələ də qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısı alınıb.  "Laçın" sərhəd-buraxılış məntəqəsi ərazidən təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısını alır. Diqqətəlayiq haldır ki, bir müddət əvvəl "Laçın" sərhəd-buraxılış məntəqəsinin beynəlxalq legitimliyi də öz təsdiqini tapıb. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı ilə Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbi rədd olunub, "Laçın" keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialar qəti şəkildə təkzib edilib. Bu qərar, şübhəsiz,  Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin daha bir təntənəsinin bariz təzahürüdür".

Tayvan aviaşirkətinin təyyarəsi təcili Bakıya eniş etdi like
  • 03 Sen 10:49  
Digərləri Tayvan aviaşirkətinin təyyarəsi təcili Bakıya eniş etdi

Tayvanın "EVA Air" aviaşirkətinin Taypey-Milan marşrutu üzrə uç

arrow Ətraflı
Azərbaycanda ilk dəfə “Kibermüharibə” yarışı keçiriləcək like
  • 03 Sen 10:37  
Digərləri Azərbaycanda ilk dəfə “Kibermüharibə” yarışı keçiriləcək

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dö

arrow Ətraflı
Türkiyəyə meteorit düşdü like
  • 03 Sen 10:25  
Digərləri Türkiyəyə meteorit düşdü

Türkiyənin şərq vilayətlərində - Diyarbəkir, Malatya, Elazığ, Tunceli,

arrow Ətraflı
Mərkəzi Klinik Xəstəxananın işçiləri qəzaya düşdü, like
  • 03 Sen 10:01  
Digərləri Mərkəzi Klinik Xəstəxananın işçiləri qəzaya düşdü,

Gəncədə minik maşını darvazaya çırpılıb.

arrow Ətraflı
QAİ Paşinyanın təxribatını şiddətlə qınayıb like
  • 03 Sen 10:00  
Digərləri QAİ Paşinyanın təxribatını şiddətlə qınayıb

"Biz, Qərbi Azərbaycan İcması olaraq, Ermənistanın Baş naziri Nikol

arrow Ətraflı
Bədəni çürüyən azərbaycanlı modelin like
  • 03 Sen 09:48  
Şou-biznes Bədəni çürüyən azərbaycanlı modelin

Depressiyadayam, danışmağa halım yoxdur. Neyləyək, qismətim belə imiş..

arrow Ətraflı
"İnstagram"da vacib yenilik  FOTO like
  • 03 Sen 09:36  
Digərləri "İnstagram"da vacib yenilik FOTO

"Instagram" reels videolarının uzunluğunu 90 saniyədən 10 dəqiq�

arrow Ətraflı
Nigerdə Fransa əleyhinə aksiya keçirildi like
  • 03 Sen 09:24  
Dünya Nigerdə Fransa əleyhinə aksiya keçirildi

Nigerin paytaxt Niameydə Fransanın hərbi mövcudluğuna qarşı yeni etiraz a

arrow Ətraflı
Maqnit qasırğası zamanı baş ağrısından xilas olmağın yolu like
  • 03 Sen 09:12  
Digərləri Maqnit qasırğası zamanı baş ağrısından xilas olmağın yolu

Maqnit qasırğası zamanı çox vaxt insanlar halsızlıqdan, başağrısından

arrow Ətraflı
Göndərdiyimiz 40 ton un yüklü karvan 6 gündür AğdamXankəndi yolunda gözləyir  FOTO like
  • 03 Sen 09:00  
Digərləri Göndərdiyimiz 40 ton un yüklü karvan 6 gündür AğdamXankəndi yolunda gözləyir FOTO

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan

arrow Ətraflı
Mövqelərimiz yenə atəşə tutuldu like
  • 03 Sen 08:50  
Digərləri Mövqelərimiz yenə atəşə tutuldu

Sentyabrın 2-si saat 21:15-dən sentyabrın 3-ü saat 01:45-dək Ermənistan si

arrow Ətraflı
Kirkorov oğluna görə məktəbinə 14 min ödəyəcək like
  • 03 Sen 06:07  
Şou-biznes Kirkorov oğluna görə məktəbinə 14 min ödəyəcək

Rusiyalı ulduz Filipp Kirkorov oğlu Martini regional texnoliseyə göndərmə

arrow Ətraflı
Bu qidalar uşaqlarda piyləndirir like
  • 03 Sen 05:20  
Digərləri Bu qidalar uşaqlarda piyləndirir

Son illərdə uşaqlarda qeyri-sağlam qidalanma, hərəkətsizlik, piylənmə,

arrow Ətraflı