QAİ Ermənistandan itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirməyi tələb edib


Siyasət 30 Avq 2023 09:56:00 267 0

QAİ Ermənistandan itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirməyi tələb edib

Qərbi Azərbaycan İcması 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı bəyanat yayıb.

İcmadan Son.az-a daxil olan bəyanata görə, Ermənistandan olan çoxlu sayda azərbaycanlı etnik təmizləmə zamanı və eləcə də, onların pənah gətirdiyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşüb.

Ermənistan tərəfindən törədilmiş məcburi itkin düşmələr insan hüquqlarının kobud şəkildə pozulmasıdır.

Məcburi itkin düşmədən qorunma hüququ insan hüquqlarına dair müxtəlif beynəlxalq sənədlərdə, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktda və "Bütün şəxslərin məcburi itkin düşmələrdən qorunması haqqında Beynəlxalq Konvensiya"da təsbit edilib.

Ermənistan bu şəxslərin taleyi və harada olduğu barədə aydınlıq gətirməkdən, qətlə yetirdiyi azərbaycanlıların kütləvi məzarlıqlarının və digər dəfn yerlərinin dəqiq yerini açıqlamaqdan imtina edir və bununla onların ailələrinin yaşadığı ağrı və qeyri-müəyyənlik iztirabını daha da dözülməz edir.

Bu zorakı itkin düşmələr məsələsinə baxılması insan hüquqlarının müdafiəsi, zərər çəkmiş ailələrə onların yaxınlarının taleyinə aydınlıq gətirmək və ədalətin təmin edilməsi üçün zəruridir.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən məcburi itkin düşməyə məruz qoyduğu azərbaycanlıların taleyinə aydınlıq gətirməyi, məcburi itkin düşmüş şəxslərin qalıqlarını tapmaq və geri qaytarmaq məqsədilə Azərbaycanla tam əməkdaşlıq etməyi və məcburi itkin düşməni törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməyi tələb edir.

Sentyabrda bu bürcün həyatı dəyişəcək like
  • 30 Avq 09:45  
Digərləri Sentyabrda bu bürcün həyatı dəyişəcək

"Sentyabrda oğlaqların həyatı dəyişəcək"

arrow Ətraflı
Zakir Həsənov Türkiyəyə getdi like
  • 30 Avq 09:39  
Digərləri Zakir Həsənov Türkiyəyə getdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov

arrow Ətraflı
Milli Məclisin deputatları iş başına qayıdır like
  • 30 Avq 09:24  
Digərləri Milli Məclisin deputatları iş başına qayıdır

Bu gün Milli Məclisin deputatlarının tətili başa çatır.

arrow Ətraflı
Türkiyə Zəfər bayramı və Silahlı Qüvvələr Gününü qeyd edir like
  • 30 Avq 09:13  
Digərləri Türkiyə Zəfər bayramı və Silahlı Qüvvələr Gününü qeyd edir

Türkiyədə 30 avqust Zəfər bayramı və Silahlı Qüvvələr Günüdür. Tü

arrow Ətraflı
Kiyevə raket hücumu olub, ölənlər və yaralananlar var like
  • 30 Avq 09:02  
Dünya Kiyevə raket hücumu olub, ölənlər və yaralananlar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə raket hücumunda h

arrow Ətraflı
Qazaxıstan Konstitusiya Gününü qeyd edir like
  • 30 Avq 09:00  
Siyasət Qazaxıstan Konstitusiya Gününü qeyd edir

30 avqust - 1995-ci ildə ümumxalq referendumunda Qazaxıstan Respublikasının

arrow Ətraflı
Əri ölən qadın 16 yaşlı qaynını qaçırtdı  Sevirəm onu, like
  • 30 Avq 08:51  
Digərləri Əri ölən qadın 16 yaşlı qaynını qaçırtdı Sevirəm onu,

Türkiyənin ATV kanalında Esra Erolun aparıcılığı ilə yayımlanan verili

arrow Ətraflı
Priqojinin Afrikadakı son görüntüləri tapıldı  FOTO like
  • 30 Avq 08:41  
Dünya Priqojinin Afrikadakı son görüntüləri tapıldı FOTO

Təyyarə qəzasında həlak olan "Vaqner" özəl hərbi şirkətinin

arrow Ətraflı
Amerikalıların 80 %dən çoxu ölkədəki demokratiyanın vəziyyətindən narahatdır like
  • 30 Avq 08:34  
Dünya Amerikalıların 80 %dən çoxu ölkədəki demokratiyanın vəziyyətindən narahatdır

Seçicilərin 80 %-dən çoxu ABŞ-dəki demokratiyanın vəziyyətindən naraha

arrow Ətraflı
Axşam idman zalına gedənlərin nəzərinə  Yuxu əvəzinə... like
  • 30 Avq 08:23  
Digərləri Axşam idman zalına gedənlərin nəzərinə Yuxu əvəzinə...

Somnoloqlar tez yuxuya gedə bilməyin metodlarını açıqlayıb.

arrow Ətraflı
Bakıdan 40 ton humanitar yardım aparan karvan AğdamXankəndi yolunda gözləyir like
  • 30 Avq 08:14  
Digərləri Bakıdan 40 ton humanitar yardım aparan karvan AğdamXankəndi yolunda gözləyir

Bir gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda

arrow Ətraflı
Şaxtadan meyiti tapılan 17 yaşlı Yasəmənin ölüm səbəbi like
  • 30 Avq 08:11  
Dünya Şaxtadan meyiti tapılan 17 yaşlı Yasəmənin ölüm səbəbi

17 yaşlı qızın ölümü ilə bağlı təfərrüat üzə çıxıb.

arrow Ətraflı
Ombudsmandan əsassız ittihamlara cavab like
  • 30 Avq 08:04  
Siyasət Ombudsmandan əsassız ittihamlara cavab

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)

arrow Ətraflı
Rusiyada hava məkanları bağlandı like
  • 30 Avq 08:02  
Dünya Rusiyada hava məkanları bağlandı

Rusiyanın paytaxtı Vnukovo və Domodedovo hava limanlarında "Xalça"

arrow Ətraflı