Yeni səhifə, şanlı tarix! "Cənnətin əgər təsviri varsa,


Siyasət 26 Avq 2023 13:22:00 189 0

Yeni səhifə, şanlı tarix!  "Cənnətin əgər təsviri varsa,

"Bu gün, avqustun 26-da biz - Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".

Prezident İlham Əliyevin bu müjdəli xəbəri tvitterdə, indiki adıyla "X" sosial şəbəkəsində elan etməsindən 1 il ötür. Artıq bir ildir ki, Laçın şəhərinin mərkəzində bayrağımız dalğalanır. Keçən ilin bu günündə general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.

Bu gün Azərbaycanda ilk dəfədir ki, Laçın şəhəri günü kimi qeyd olunur. Laçın şəhəri günü Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd ediləcək.

Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsi qələbəmiz ilə başa çatandan sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci ilin dekabrın 1-də təhvil verilib. Bu vaxta qədər düşmən nəinki Laçını, işğal altında olan digər şəhər və kəndlərimizi də viran edib, talayıb, mədəni irsimizə böyük zərbə vurub, məscidlərimizi dağıdıb. İşğalçı Ermənistan Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc qaynağına çevrilməsi kimi əməllərlə məşğul olub. Hətta, onlar bu torpaqlardan çıxan zaman evlərini yandırıb çıxmasının şahidi olmuşduq.

Bir ildə nələr dəyişdi?

Bir il bu kimi məsələlər üçün çox qısa müddət olmasına baxmayaraq çox uğurlu işlər görülüb, tək Laçında deyil, ümumən Şərqi Zəngəzurda, Qarabağda bir çox ilklərə imza atılıb. Görülən işlər göz qabağındadır, atalarımız demiş, görünən kəndə nə bələdçi? Azad edilmiş ərazilərimiz hazırda yenidən qurulur, minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Bu ərazilərin inkişafına, yenidənqurulma və bərpasına ölkə başçısı xüsusi diqqət ayırır. Onun bu ərazilərə dəfələrlə səfəri, açılışlarda iştirak etməsi, mühüm əhəmiyyətli obyektlərin təməllərini qoyması da bunu deməyə əsas verir.

Laçın şəhəri də dövlət başçısının inkişafını diqqət mərkəzində saxladığı bölgələrimizdən biridir. Bu gün də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən "Laçın Şəhəri Günü" bayram şənliklərində iştirak ediblər, Zabux kəndində görülmüş işlərlə tanış olublar və sakinlərlə görüşüblər. Görüş zamanı maraqlı olay yaşanıb, balaca qız prezident və xanımını evlərinə çay içməyə dəvət edib.

"Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər...".

Bu sözləri ölkə başçısı Laçına səfərlərinin birində deyib. Onun cənnət kimi təsvir etdiyi torpaqlara qayıdış başlayıb. Ötən gün Zabuxa ilk köç baş tutub. İlk mərhələdə 88 nəfərdən ibarət 20 ailə Zabuxa köçürülüb, artıq Laçın şəhəri 234 ailəyə qucaq açıb və 904 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. 30 ildən sonra doğma yurdlarına qayıtmış laçınlıların çöhrəsindəki qürur və sevinc ifadəsini hiss etməmək mümkün deyil.

Artıq bir müddətdir ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına başlanılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən 2023-cü ildə Laçın şəhərinə 700 ailənin, rayonun Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulub.

Bəxtiyar Umarlı Son.az

Əmrahın qəbul etmədiyi oğlu Acundan da küsdü like
  • 26 Avq 13:14  
Şou-biznes Əmrahın qəbul etmədiyi oğlu Acundan da küsdü

Müğənni Emrahın küsülü olduğu və görüşmədiyi oğlu Tayfun Ərdoğan

arrow Ətraflı
Xarici işlər nazirinin müavini Avstriyaya getdi like
  • 26 Avq 13:05  
Siyasət Xarici işlər nazirinin müavini Avstriyaya getdi

22-25 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici iş

arrow Ətraflı
Vaqnerçilər Ukraynada qırğına göndəriləcək like
  • 26 Avq 13:03  
Digərləri Vaqnerçilər Ukraynada qırğına göndəriləcək

"Vaqner" rəhbəri Yevgeni Priqojinin və iki müavininin ölümündə

arrow Ətraflı
Piyada keçidində bir neçə dəqiqəni itirməklə ömrünüzü UZADA BİLƏRSİNİZ.. like
  • 26 Avq 12:52  
Digərləri Piyada keçidində bir neçə dəqiqəni itirməklə ömrünüzü UZADA BİLƏRSİNİZ..

Cari ilin 7 ayı ərzində respublika üzrə piyadaların vurulması ilə nətic

arrow Ətraflı
COVID19un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir like
  • 26 Avq 12:41  
Digərləri COVID19un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir

Bu ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronovirus pan

arrow Ətraflı
Ölkə təhlükədədir, müharibə qaçılmazdır like
  • 26 Avq 12:30  
Digərləri Ölkə təhlükədədir, müharibə qaçılmazdır

Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyanın özü, vali

arrow Ətraflı
Burak Özçivit 10 milyona lüks avtomobil aldı like
  • 26 Avq 12:19  
Şou-biznes Burak Özçivit 10 milyona lüks avtomobil aldı

Türkiyənin məşhur aktyoru Burak Özçivit dünyaya gələn ikinci varisində

arrow Ətraflı
Leysan yağacaq, şimşək çaxacaq like
  • 26 Avq 12:15  
Digərləri Leysan yağacaq, şimşək çaxacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Türkiyədə 1 milyard avro dəyərində yeni magistral yol çəkiləcək like
  • 26 Avq 12:10  
Digərləri Türkiyədə 1 milyard avro dəyərində yeni magistral yol çəkiləcək

Türkiyənin Ankara və İstanbul şəhərləri arasında 1 milyard avro dəyər

arrow Ətraflı
“WhatsApp”a göndərilən videoların keyfiyyəti ilə bağlı like
  • 26 Avq 11:57  
Digərləri “WhatsApp”a göndərilən videoların keyfiyyəti ilə bağlı

"WhatsApp" istifadəçiləri videoları yüksək keyfiyyətlə göndə

arrow Ətraflı
İlham Əliyev və Mehriban Əliyeva “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak ediblər like
  • 26 Avq 11:36  
Siyasət İlham Əliyev və Mehriban Əliyeva “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak ediblər

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Azərbaycanda dəhşətli hadisə: Ata əxlaqsızlıq edən qızını öldürdü like
  • 26 Avq 11:35  
Digərləri Azərbaycanda dəhşətli hadisə: Ata əxlaqsızlıq edən qızını öldürdü

Füzuli rayonunda 1957-ci il təvəllüdlü Etibar qısqanclıq zəminində yara

arrow Ətraflı