Azərbaycan Ermənistan nümayəndəliyinin BMTnin mənzilqərargahında keçirdiyi gizli iclası pisləyib


Siyasət 25 Avq 2023 07:38:00 245 0

Azərbaycan Ermənistan nümayəndəliyinin BMTnin mənzilqərargahında keçirdiyi gizli iclası pisləyib

Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi Təşkilatın mənzil-qərargahında üzv ölkələrin əksəriyyətindən gizlincə iclas keçirib. Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi erməni diplomatların bu davranışını pisləyərək, onları dünya təşkilatının platformasından "sui-istifadə etməkdə" suçlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyinin avqustun 24-də yaydığı press-relizində bildirilib.

Məlumatda deyilir: "Avqustun 23-də Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi Laçın yolu ilə bağlı BMT-nin mənzil-qərargahında ədat üzrə dezinformasiya yaymaq və vəziyyəti təhrif etmək məqsədi daşıyan növbəti təxribat xarakterli tədbir keçirib. Birləşmiş Millətlər Təşkilatının formalaşmış ənənələrini kobud şəkildə pozaraq Ermənistanın daimi nümayəndəliyi BMT üzvlərinin böyük əksəriyyətindən gizlincə yalnız kiçik bir qrup ölkələri və qərəzli ekspertləri dəvət edərək bütün digər BMT üzvlərinə qapıları bağlayaraq, hətta sadəcə olaraq nəyin bahasına olursa-olsun vicdanlı müzakirələrdən qaçınmaq və qaçılmaz ifşadan özünü qorumaq üçün iclas otağının qarşısında mühafizə yerləşdirərək qapalı iclas təşkil edib. Məlum olduğu kimi, BMT-nin divarları daxilində ictimai müzakirələr, həqiqətən də, qərəzsiz və vicdanlı fikir mübadiləsinə yönəldiyi hallarda, açıq formatda, üzv dövlətləri tədbirin vaxtı və yeri barədə öncədən bilgiləndirməklə və qatılmağa dəvət etməklə keçirilir. Beləliklə, erməni diplomatların seçdiyi format bu platformadan mütəmadi olaraq yalan xəbərlər yaymaq üçün sui-istifadə edən Ermənistanın halında olduğu kimi getdikcə adətə çevrilməsəydi, BMT üçün misilsiz adlandırıla bilərdi. Bu kontekstdə Ermənistanın Daimi Nümayəndəliyinin bütün BMT üzvlərinin müzakirəyə qatılmaq üçün elementar hüququndan nəinki imtina etdiyi, hətta onları polislə hədələdiyi bir neçə ölkənin diplomatlarının çaşqınlığını və hiddətini başa düşmək asandır. Xarakterikdir ki, bir neçə gün öncə BMT Təhlükəsizlik Şurasının iclasında olduğu kimi, Ermənistan həqiqətən də açıq və substantiv müzakirələr zamanı layiqli və faktiki dəqiq cavab aldıqdan sonra bu cür meyllər daha da güclənir. Təəccübləndirmir ki, açıq debatlarda Azərbaycana növbəti dəfə böhtan atmaq cəhdlərinin nəticəsizliyi ilə üzləşən Ermənistanın Daimi Nümayəndəliyinin bunu gizli, bağlı qapılar arxasında etməkdən başqa çarəsi yoxdur. Aydındır ki, bu cür yanaşma BMT Nizamnaməsinin ruhu və hərfi, Təşkilatın məqsədləri ilə bir araya sığmır. Beləliklə, təsadüfi deyildi ki, BMT Katibliyi konfrans zalının məlumat ekranında bu tədbirin sponsor ölkəsi olan Ermənistanın təşəbbüsü və yalnız məsuliyyəti ilə keçirildiyi barədə xüsusi qeyddə bunun BMT tərəfindən təsdiqlənmədiyi və çoxtərəfli prosesin bir hissəsi olmadığını bildirib. Azərbaycanın Daimi Nümayəndəliyi bu qəbildən olan təxribat xarakterli hərəkətləri, o cümlədən münasibətlərin normallaşdırılması və regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə xələl gətirən yanlış interpretasiyaların formalaşdırılması və təşviq edilməsi üçün BMT platformasından sui-istifadəni pisləyir", - deyə məlumatda qeyd olunur.

Priqojin başqa adla yaşayacaq – "Vaqner" qurucusu barədə like
  • 25 Avq 07:30  
Dünya Priqojin başqa adla yaşayacaq – "Vaqner" qurucusu barədə

Sırğa oğurluğu  edib 10 il həbsxanada qalan, çıxdıqdan sonra hazırlad�

arrow Ətraflı
Polisə atəş açıldı: Ağır yaralılar var like
  • 25 Avq 07:26  
Digərləri Polisə atəş açıldı: Ağır yaralılar var

İstanbulda keçirilən əməliyyat zamanı şübhəlilərlə polis arasında si

arrow Ətraflı
Eşqləri 10 ay çəkdi like
  • 25 Avq 07:17  
Şou-biznes Eşqləri 10 ay çəkdi

Türkiyəli aktyor Şükrü Özyıldız şəxsi həyatı ilə gündəmə gəlib.

arrow Ətraflı
Zabux kəndinə ilk köç başlayıb  FOTO like
  • 25 Avq 07:08  
Digərləri Zabux kəndinə ilk köç başlayıb FOTO

Laçının Zabux kəndinə ilk köç başlayıb.

arrow Ətraflı
Arıqlamaq üçün səhər like
  • 25 Avq 07:00  
Digərləri Arıqlamaq üçün səhər

Dietoloq Trista Best arıqlamaq istəyənlər üçün ən yaxşı meyvəni açı

arrow Ətraflı
Plastik əməliyyat etdirdi like
  • 25 Avq 06:30  
Şou-biznes Plastik əməliyyat etdirdi

Aparıcı və aktrisa Xəyalə Quliyeva plastik əməliyyat etdirib.

arrow Ətraflı
DİQQƏT! like
  • 25 Avq 05:47  
Digərləri DİQQƏT!

Dietoloq Trista Best həzm problemlərinin səbəbini izah edib.

arrow Ətraflı
Məlahət Abbasova Anar Heybətovla bir arada like
  • 25 Avq 05:05  
Şou-biznes Məlahət Abbasova Anar Heybətovla bir arada

Aktrisa Məlahət Abbasova Əməkdar artist Anar Heybətovla bir araya gəlib.

arrow Ətraflı
Yayda balıq yemək olarmı?  CAVAB like
  • 25 Avq 04:18  
Digərləri Yayda balıq yemək olarmı? CAVAB

Maraqlıdır, görəsən, yay fəslində balıq yemək olarmı?

arrow Ətraflı
"Teşkilat"ın aktrisası yeni serialda like
  • 25 Avq 03:34  
Şou-biznes "Teşkilat"ın aktrisası yeni serialda

Türkiyəli aktrisa Deniz Baysalın yeni layihəsi bəlli olub.

arrow Ətraflı
Siqaret çəkən yeniyetmələr daha aqressiv olur – like
  • 25 Avq 02:54  
Digərləri Siqaret çəkən yeniyetmələr daha aqressiv olur –

Alimlər siqaretin yeniyetmələrin zehni qabiliyyətinə təsirini araşdırıb

arrow Ətraflı
Hüseyn Məhəmmədoğlu özünə dəbdəbəli avtomobil aldı like
  • 25 Avq 02:19  
Şou-biznes Hüseyn Məhəmmədoğlu özünə dəbdəbəli avtomobil aldı

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu özünə yeni, dəbdəbəli avtomobi

arrow Ətraflı
DİQQƏT! Uşaqlıqda piylənmə bu xəstəliyə səbəb olur like
  • 25 Avq 01:45  
Digərləri DİQQƏT! Uşaqlıqda piylənmə bu xəstəliyə səbəb olur

Uşaqlıqda piylənmənin yeni təhlükəli nəticələri məlum olub.

arrow Ətraflı
Nigardan yenidən ailə qurması ilə bağlı suala cavab like
  • 25 Avq 00:35  
Şou-biznes Nigardan yenidən ailə qurması ilə bağlı suala cavab

Əməkdar artist Nigar Şabanova sosial mediada izləyicilərindən gələn sual

arrow Ətraflı
ABŞ Ədliyyə Nazirliyi “SpaceX”i məhkəməyə verib like
  • 25 Avq 00:21  
Dünya ABŞ Ədliyyə Nazirliyi “SpaceX”i məhkəməyə verib

ABŞ Ədliyyə Nazirliyi milyarder İlon Maskın "SpaceX" şirkətini

arrow Ətraflı