XİN belçikalı nazirin Azərbaycana səfəri ilə bağlı məlumat yayıb FOTO


Siyasət 24 Avq 2023 21:48:00 199 0

XİN belçikalı nazirin Azərbaycana səfəri ilə bağlı məlumat yayıb  FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının ölkəmizdə səfərdə olan xarici işlər, Avropa işləri, xarici ticarət və federal mədəni institutlar naziri Haccə Lhəbibi və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) Son.az-a bildirilib ki, nazir Ceyhun Bayramov və nazir Haccə Lhəbib arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Görüş zamanı Azərbaycan-Belçika arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb. Bölgəmizdə yeni reallıqlar kontekstində Belçika ilə iqtisadi, mədəni, ticarət, alternativ enerji, yüksək texnologiyalar, tibb və əczaçılıq və s. istiqamətlərdə müvafiq əməkdaşlığın daha da genişləndirilməsi imkanları olduğu bildirilib.

Müzakirələr zamanı, Ermənistanın 30 ilə yaxın dövr ərzində Azərbaycanın ərazilərinin işğalına, 9 şəhər və 300-dən yuxarı kəndin dağıdılmasına, etnik təmizləmə siyasətinə diqqət yönəldilib.

Post-münaqişə dövründə mövcud regional vəziyyət və reallıqlar, Azərbaycan tərəfindən Ermənistan ilə münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, bölgədə nəqliyyat və kommunikasiyaların açılması, eləcə də sərhədlərin delimitasiyası istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, Ermənistanın davamlı qeyri-konstruktiv yanaşma sərgilədiyini, hərbi-siyasi təxribatlar törətdiyini, öhdəliklərindən boyun qaçırdığını, Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Laçın yolundan hərbi və mina təhdidinin davam etdirilməsi üçün sui-istifadə olunduğunu bildirib.

Görüşdə nazir Ceyhun Bayramov tərəfindən Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh gündəliyi, bu çərçivədə ölkəmizin konstruktiv yanaşması və müvafiq səyləri müqabilində Ermənistanın ziddiyyətli və təxribatçı mövqeyi haqqında müqabil tərəfə məlumat verilib.

Xüsusilə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın hər vəchlə maneçilik törətməsi, Laçın-Xankəndi yolu ətrafında yalan iddialar yayması qeyd olunub. Laçın yolundan gündəlik əsasda erməni sakinlərin keçdiyi, əraziyə böyük həcmli yüklərin daşınması üçün isə Ağdam-Xankəndi yolundan istifadənin Azərbaycan tərəfindən təklif olunduğu xatırlanıb.

Nazir Ceyhun Bayramov eyni zamanda, bölgədə onilliklər boyu Azərbaycana qarşı aparılan işğalçılıq siyasətinə bəzi dövlətlərin göz yummasının, habelə post-münaqişə dövründə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının siyasi manipulyasiyadan başqa bir şey olmadığını diqqətə çatdırıb. Bütün bunlarla əlaqədar, bölgədə Avropa İttifaqı missiyası kimi beynəlxalq təşəbbüslərin Ermənistan tərəfindən sui-istifadə edilməsinə imkan verilməməsinin zəruriliyi vurğulanıb.

Azərbaycanın hər zaman sülh və təhlükəsizlik şəraitində, ölkəmizin ərazi bütövlüyü çərçivəsində birgə yaşayışın, inkişaf və rifahın tərəfdarı olduğu və bu istiqamətdə səylərini davam etdirəcəyi diqqətə çatdırılıb.

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

ABŞ Kadırovun anasına sanksiya tətbiq etdi like
  • 24 Avq 21:44  
Dünya ABŞ Kadırovun anasına sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Çeçenistan rəhbəri Ramzan Kadırovun anası əleyhin

arrow Ətraflı
Nagehandan izləyicisinə: "Övladlarıma söz deyənin..." like
  • 24 Avq 21:36  
Şou-biznes Nagehandan izləyicisinə: "Övladlarıma söz deyənin..."

Belə insanlara nə edək? O qədər "gözəl" sözlər yazardım, dua

arrow Ətraflı
Putin Priqojindən danışdı: Ciddi səhvləri var idi  VİDEO like
  • 24 Avq 21:24  
Digərləri Putin Priqojindən danışdı: Ciddi səhvləri var idi VİDEO

"Vaqner" rəhbəri Yevgeni Priqojini çoxdan tanıyırdım, çətin ta

arrow Ətraflı
Bir neçə rayonda qaz olmayacaq like
  • 24 Avq 21:08  
Digərləri Bir neçə rayonda qaz olmayacaq

"Ağdam 4 yol" ölçü qovşağından qidalanan qaz kəmərinin kipliy

arrow Ətraflı
Faciəvi şəkildə ölən neftçi tanınmış şəxsin atası imiş  FOTO like
  • 24 Avq 21:00  
Digərləri Faciəvi şəkildə ölən neftçi tanınmış şəxsin atası imiş FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Az

arrow Ətraflı
Putin Priqojinin ailəsinə başsağlığı verdi like
  • 24 Avq 20:53  
Digərləri Putin Priqojinin ailəsinə başsağlığı verdi

Rusiya Prezidenti Vladimir Putin Tver vilayətində baş verən təyyarə qəzas

arrow Ətraflı
Abşeronda gənc qız faciəvi şəkildə ÖLDÜ like
  • 24 Avq 20:44  
Digərləri Abşeronda gənc qız faciəvi şəkildə ÖLDÜ

Abşeron rayonunda gənc qız intihar edib.

arrow Ətraflı
"Qırmızı meydan" ziyarətçilər üçün bağlandı like
  • 24 Avq 20:35  
Digərləri "Qırmızı meydan" ziyarətçilər üçün bağlandı

Moskvanın məşhur "Qırmızı meydan"ı bu gündən etibarən ictima

arrow Ətraflı
Qəssabın əlindən qaçan dana ALƏMİ BİRBİRİNƏ QATDI like
  • 24 Avq 20:24  
Digərləri Qəssabın əlindən qaçan dana ALƏMİ BİRBİRİNƏ QATDI

Abşeron rayonunda qəssabın əlindən qaçan dana sakinləri qorxuya salıb.

arrow Ətraflı
Ombudsmanın nümayəndələri Ermənistan kəşfiyyatdiversiya qrupunun üzvü ilə görüşüb  FOTO like
  • 24 Avq 20:13  
Siyasət Ombudsmanın nümayəndələri Ermənistan kəşfiyyatdiversiya qrupunun üzvü ilə görüşüb FOTO

Milli Preventiv Qrup üzvləri tərəfindən başçəkmələr davam etdirilir. O

arrow Ətraflı
DİQQƏT! Dünyada yeni növ COVID yayılır like
  • 24 Avq 20:05  
Dünya DİQQƏT! Dünyada yeni növ COVID yayılır

Dünyada yeni növ COVID sürətlə yayılır.

arrow Ətraflı
Boşansa da, keçmiş ərinin ev kirayəsini ödəyir like
  • 24 Avq 19:53  
Şou-biznes Boşansa da, keçmiş ərinin ev kirayəsini ödəyir

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs həyat yoldaşı

arrow Ətraflı
Küçənin ortasında qızlara hücum çəkdi  Dəhşət yaşadılar  VİDEO like
  • 24 Avq 19:42  
Digərləri Küçənin ortasında qızlara hücum çəkdi Dəhşət yaşadılar VİDEO

Kişi iki qıza çubuqla hücum edib və onlardan birini huşunu itirənə qəd�

arrow Ətraflı
Marsda buz dövrünə aid sübutlar tapıldı like
  • 24 Avq 19:30  
Digərləri Marsda buz dövrünə aid sübutlar tapıldı

Beynəlxalq astronomlar qrupu "Mars Reconnaissance Orbiter" (MRO) kosm

arrow Ətraflı
Müdafiə Nazirliyinin üç polkovniki məhkəmə qarşısına çıxarılır like
  • 24 Avq 19:21  
Kriminal Müdafiə Nazirliyinin üç polkovniki məhkəmə qarşısına çıxarılır

Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilən sabiq vəzifəli ş�

arrow Ətraflı