Yalan, çiçəklər, absurd: ailəsindən imtina edən nazir Bakıya gəlir


Siyasət 23 Avq 2023 23:54:00 231 0

Yalan, çiçəklər, absurd: ailəsindən imtina edən nazir Bakıya gəlir

Əvvəl ailəsindən, sonra valideynlərindən, daha sonra ölənədək sadiq qalacağını dediyi demokratiya ideallarından və dəyərlərindən, ən sonda da məntiqdən imtina edən siyasətçini ciddi qəbul etmək olarmı?

53 yaşlı, əlcəzairli mühacir ailəsində doğulmuş Haca Ləbib Belçikanın xarici işlər, xarici ticarət və mədəni institusiyalar naziridir.

Cənubi Qafqaz ölkələrinə turnesi çərçivəsində ilk əvvəl Gürcüstana baş çəkən Labib sonra Ermənistana yollanıb.

İrəvanda o, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşərək danışıqlar aparıb.

Mirzoyanla görüşündə o, deyib: "Son danışıqlar göstərdi ki, sülh sazişinin imzalanması yaxındır. Əvvəlcə Brüsseldə, daha sonra İrəvan və Bakıda məsləhətləşmələr keçirilməlidir. Ümid edirik ki, onlar tarixi dönüşə gətirib çıxaracaqlar".

H.Labibin sözlərinə görə, yekun sülh sazişinin imzalanması prosesində Azərbaycanla Ermənistan Avropa İttifaqının köməyinə ümid edə bilər.

İrəvanda H.Labib yaralı erməni əsgərlərə də baş çəkib, onlara çiçək paylayıb.

Haca Ləbib İrəvanda olarkən onu da vurğulayıb ki, "qarabağlı ermənilərin yaşadıqları problemlər və üzləşdikləri çətinliklər onu çox narahat edir, təlaşlandırır": "Bakıda olarkən azərbaycanlı həmkarımla bu məsələləri mütləq müzakirə edəcəyəm".

Madam Haca Labibin mövqeyi, onun davranışı, siyasi kredosu və ümumiyyətlə, bələd olmadığı məsələlərlə bağlı belə "iradəli və qətiyyətli fikir yürütmək" şakəri təəccüblü deyil.

Daha doğrusu, Labibin diletantlığı bizə qəribə gələ bilər - amma Belçika sakinləri, flamandlar və vallonlar onu "Sürüşkən Haca" adlandırır, naziri yaxşı tanıdıqlarına işarə vururlar.

Belədirsə, kimdir Haca Labib?

Belçikanın Eno əyalətində, kiçik Bussyu şəhərində əlcəzaili şaxtaçının evində doğulmuş Haca 4 qardaş-bacı ilə böyüyüb. Katolik məktəbdə təhsil alan Haca 17 yaşı olanda "İslamdakı radikal qaydalar və şərtlər"dən, bir il sonra, yəni 18 yaşı tamam olanda isə ailəsindən imtina edib, qohumları və ümumiyyətlə, ərəb icması ilə bütün əlaqələri kəsib.

Brüssel Azad Universitetinin jurnalistika fakultəsində təhsil almış H.Labib 1997-ci ildə Belçikanın RTBF dövlət teleradio şirkətində işə düzəlib.

Yaxın Şərq ölkələrində, Əfqanıstanda, Pakistanda və Hindistanda olan proseslərdən reportajlar hazırlayıb.

2021-ci ildə o, jurnalist kimi Krım yarımadasına yollanıb: amma Rusiya Federasiyasından viza alaraq. Təbii ki, Ukrayna bu demarşı hiddətlə qarşılayıb, Labibin səfərini qanunsuzluq və Ukraynanın suverenliyinə sayğısızlıq, separatçılara isə dəstək kimi qiymətləndirib.

Haca Labibin həmin səfəri Belçika parlamentində də müzakirə edilmiş, qalmaqala səbəb olmuşdu.

2022-ci ilin iyulun 15-də isə o, Belçikanın xarici siyasət departamentinin rəhbəri postunda Sofi Vilmesi əvəzləyib.

Ötən ilin avqustun 31-də isə o, Avropa İttifaqı Şurasının Praqada keçirilən sammitində XİN başçıları Şurasının iclasında ciddi etirazlara səbəb olan "təklif"lə çıxış etmişdi. Lababın fikrincə, Mərkəzi Avropa ölkələrinin "Rusiya Federasiyasının bütün vətəndaşlarına Şengen vizasının verilməsi yasaqlanmalıdır" təşəbbüsü yolverilməzdir.

Haca Lababın bu təklifini avropalı həmkarları şiddətlə tənqid etmiş, "Rusiyaya aşkar tərəfkeşlik", "Moskvanı dəstəkləmək" və "təhlükəli kollaborasionizm" kimi dəyərləndirmişdilər.

Bu xanımın Belçikanın XİN başçısı postunda çalışdığı ilk gündən bəri eksentrik davranışı, nazir statusu ilə çətin uyğunlaşa biləcək açıqlamaları, islamofobiya həddində ləngər vuran bəyanatları və ən nəhayət, yaxşı bələd olmadığı mövzularda"qəti fikir yürütmək" kimi zərərli şakəri ciddi rezonsnslar doğurub, sərt tənqidlərə səbəb olub.

Məsələn, Somali və Somalilend arasındakı qarşıdurmada o, regiondakı proseslərə dərindən, təfərrüatı ilə, detallı şəkildə bələd olmamasına rəğmən "Somalilendin haqlı tələblərini Avropa dinləməlidir" deyərək rəsmi Xartumu hiddətləndirmişdi.

Haca Labibin Polşa, Monqolustan, Tayvan, Şri-Lanka, Liberiya, Venesuela ilə bağlı bəyanatları Belçikada karikaturaçıların sevimli mövzularıdır.

Azərbaycanla Ermənistan arasındakı problemə, xüsusilə də Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan qarabağlı ermənilərlə bağlı situasiyaya gəldikdə isə, H.Labib mövzu barədə səthi məlumatlara malikdir, proseslərin xronologiyasından, səbəblərindən və gedişatından xəbərsizdir. Vəziyyəti ağırlaşdıran digər məqam isə Haca Labibin aşkar, pərdələməyə çalışmadığı ermənipərəstliyidir.

Sabah Azərbaycana səfəri başlayan Haca Labibə "intellekt"inə, mövqeyinə və demaqogik populizminə uyğun münasibət göstərilməlidir.

Anlayırıq, diplomatik protokol var, qaydalar mövcuddur və s. Lakin İrəvanda yaralı erməni əsgərlərə çiçək verən Belçikanın XİN başçısının Şəhidlər Xiyabanına aparılması nə dərəcədə dürüst olardı?

Azərbaycan bütün ölkələrlə normal, sivil və səmimi münasibətlərdə maraqlıdır, buna tərəfdardır.

Lakin köhnə sirkin arenasındakı tapyor kloununu davranışlarına bənzər hərəkətləri ilə tanınan, qeyri-adekvat bəyanatlar verən, diletantlığı və ən pisi, subyektivliyi ilə tanınan Haca Labiblə niyə sayğı ilə davranmalıyıq ki...

Elçin Alıoğlu

Trend

Hüseyn Məhəmmədoğlunun yeni avtomobili  FOTO like
  • 23 Avq 23:47  
Şou-biznes Hüseyn Məhəmmədoğlunun yeni avtomobili FOTO

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu yeni avtomobil alıb

arrow Ətraflı
Bakı çimərliyində inanılmaz olay: “Əvvəl öldürdü, sonra...” like
  • 23 Avq 23:40  
Digərləri Bakı çimərliyində inanılmaz olay: “Əvvəl öldürdü, sonra...”

Bakı çimərliyində 99-NU-019 dövlət nömrə nişanlı avtomobilin sürücü

arrow Ətraflı
MÜJDƏ: 2026da xərçəngə qarşı yeni dərmanlar...  FOTO like
  • 23 Avq 23:33  
Digərləri MÜJDƏ: 2026da xərçəngə qarşı yeni dərmanlar... FOTO

COVİD-19-a qarşı hazırladığı peyvəndlə dünyada tanınan "BioNTech

arrow Ətraflı
Rusiya dövlət televiziyası Priqojinin öldüyünü dedi like
  • 23 Avq 23:26  
Digərləri Rusiya dövlət televiziyası Priqojinin öldüyünü dedi

Musavat.com-un məlumatına görə, "Rossiya-24" dövlət televiziyas�

arrow Ətraflı
Putin 1 dəqiqəlik sükut elan etdi  VİDEO like
  • 23 Avq 23:21  
Digərləri Putin 1 dəqiqəlik sükut elan etdi VİDEO

Rusiya Prezidenti Vladimir Putin Kursk döyüşündə Qələbənin 80 illiyi il�

arrow Ətraflı
Priqojinin “sağ əli” də ölüb: Təyyarəni Rusiyanın HHM sistemləri vurub?  FOTO like
  • 23 Avq 23:15  
Dünya Priqojinin “sağ əli” də ölüb: Təyyarəni Rusiyanın HHM sistemləri vurub? FOTO

Rusiyada "Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqo

arrow Ətraflı
Narkotikin pulunu vermədiyi üçün DOSTUNU ÖLDÜRDÜ like
  • 23 Avq 23:07  
Kriminal Narkotikin pulunu vermədiyi üçün DOSTUNU ÖLDÜRDÜ

Türkiyədə 36 yaşlı kişi qətlə yetirilib.

arrow Ətraflı
“Fədayə ilə yaxın münasibətimiz olub, gecə deyirdim ki...” like
  • 23 Avq 23:00  
Şou-biznes “Fədayə ilə yaxın münasibətimiz olub, gecə deyirdim ki...”

Tacir Şahmalıoğlu keçmiş duet ortağı Fədayə Laçınla aralarında olan

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 23 Avq 22:39  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin Ağrı vilayətinin Doğubəyazıt rayonunda 4,1 maqnitudalı zəlz

arrow Ətraflı
Afaqdan sonra o da getdi like
  • 23 Avq 22:30  
Şou-biznes Afaqdan sonra o da getdi

Aparıcı Tural Əsədov yeni mövsümdən "Səhər mərkəzi" proqram

arrow Ətraflı
KİV: Priqojinin təyyarəsi raket vasitəsi ilə vurulub like
  • 23 Avq 22:23  
Dünya KİV: Priqojinin təyyarəsi raket vasitəsi ilə vurulub

Rusiyada "Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqo

arrow Ətraflı
"Qız uşağı belə oynamaz" like
  • 23 Avq 22:00  
Şou-biznes "Qız uşağı belə oynamaz"

"İnstaqram və TikTok-da çox bərbad, nataraz, əyilə-bükülə, ayaqlar

arrow Ətraflı
Qərbi Azərbaycan İcması BƏYANAT YAYDI like
  • 23 Avq 21:49  
Siyasət Qərbi Azərbaycan İcması BƏYANAT YAYDI

Kanada Azərbaycana qarşı ittihamlar səsləndirmək üçün mənəvi hüququn

arrow Ətraflı
Priqojin Rusiyadakı təyyarə qəzasında öldü? like
  • 23 Avq 21:47  
Dünya Priqojin Rusiyadakı təyyarə qəzasında öldü?

Rusiya Aviasiya Xidmətinin məlumatına görə, bu gün Tver əyalətində qəz

arrow Ətraflı