Qarabağda separatizm can verməyə başladı


Siyasət 21 Avq 2023 12:32:00 210 0

Qarabağda separatizm can verməyə başladı

Elçin Alıoğlu TREND

Bu səhər 60-a yaxın erməni Xankəndi-Gorus istiqamətində getmək üçün "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçib.

Azərbaycan qanunvericiliyinin tələblərinə və prosedur qaydalarına uyğun olaraq ilk əvvəl həmin şəxslərin sənədləri yoxlanılıb, sonra onların sərbəst keçidi təmin edilib.

Bu şəxslər ölkəmizə qarşı hərbi əməliyyatlarda bilavasitə iştirak etməsələr də, qarabağlı ermənilərin sepvratizmini dəstəkləyənlərdir. Məhz həmin şəxslərin də daxil olduğu bir qrupdan Xankəndindəki xunta "Qarabağdakı rusdilli icma" adlı efemer "cəmiyyət"i yaratmaq üçün istifadə edib.

"Qarabağdakı rusdillilər və rusiyalılar icması" adlı həmin kvazicəmiyyətdən Xankəndindəki separatçı xunta illər idi ki, propaqanda vasitəsi kimi istifadə edir, guya Rusiya Federasiyasının və rusiyalıların da onları dəstəklədiklərini göstərməyə çalışırdılar.

Bununla yanaşı, Gürcüstanın tərkib hissələri olan Abxaziya və Cənubi Osetiyada, habelə Moldova ərazisi olan Dnestryanı bölgədə yaşayanlara Rusiya Federasiyasının ümumvətəndaşlıq pasportlarının verilməsindən sonra Ermənistanın hakimiyyət dairələri ilə qarabağlı erməni separatçıları da analoji prosesin Xankəndində olacağını vəd edirdilər.

Qarabağlı ermənilər arasında yetkinlik yaşına çatmışların istisnasız olaraq hamısı Ermənistan pasportuna malikdir və de-yure olaraq Ermənistan vətəndaşları sayılırlar. Onların arasında kiçik qrup Rusiya Federasiyasının da vətəndaşlığını qəbul edib. Bu isə heç bir halda "Qarabağdakı rusdilllilər və rusiyalılar icması"nın mövculuğunu iddia etməyə əsas ola bilməz.

Fəqət, rəsmi İrəvan, Xankəndindəki xunta və dünyanın müxtəlif ölkələrindəki erməni diaspor təşkilatları bəhs etdiyimiz insanlardan separatçılığın təbliği, "qarabağlı ermənilərin dövlət müstəqilliyi uğrunda mübarizəsinə dəstək" kampaniyalarında təşviqat aləti kimi yararlanıblar.

İndi də belədir.

Ancaq Rusiya pasportunu almaq "xoşbəxtliyi"nə qovuşmuş qarabağlı ermənilər və onların əslən rus olan həyat yoldaşları Rusiya Sülhməramlı Kontingentinin (SK) müvəqqəti yerləşdiyi arealları tərk edərək Ermənistana yollanmağa başlayıblar.

Daha dəqiq olsaq, bu şəxslər Ermənistana qaçırlar və köç hər gün daha da aktivləşir.

Ermənistanın baş naziri Nikol Paşinyanın və onun Xankəndindəki marioneti Araik Arutyunyanın bravur bəyanatlarına rəğmən, qarabağlı ermənilərin separatçılıq macərası artıq tükənmək ərəfəsindədir.

Buna dəlalət edən amillərdən biri də Abxaziya, Dnestryanı bölgə və Cənubi Osetiyada "Russkiy mir" avanturasının reallaşdırılmasından sonra həmin ssenarinin Qarabağda tətbiqi ilə bağlı verilmiş vədlərin puç olduğunu ermənilərlə yanaşı, onlara şamilik edənlərin də dərk etmələridir.

Rusiya pasportlu qarabağlı ermənilərin Ermənistana qaçışı buna ən bariz misaldır.

Rəsmi Bakı qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasasına başlamaq və prosesi normal şərtlərlə bitirməkdə qətiyyətlidir. Ölkə qanunlarına əməl edən, mövcud qanunvericiliyin tələbləri çərçivəsində, sərsəm separatçılıq idefikslərindən əl çəkərək yaşamağa hazır olan qarabağlı ermənilər yaşamlarına tam sərbəst, azad və normal qaydada davam edə bilərlər.

Amma absurd ideyalara sadiq qalan, özlərini Azərbaycan vətəndaşı saymayan və saymaq da istəməyən qarabağlı ermənilər, habelə "Rusiya vətəndaşı" olduqlarını iddia edən şəxslər ölkəmizi tərk edərək istənilən başqa dövlətdə "milli müqəddəratı təyinetmə hüququ"ndan yararlana bilərlər.

Qapılar açıqdır, "Laçın" postundan keçid - sənədlər qaydasındadırsa və hərbi cinayətlərdə iştirak faktı yoxdursa - sərbəstdir.

"Russkiy mir" idefiksini separatçılar Xankəndində və hazırda RSK-nın yerləşdiyi digər ərazilərdə reallaşdırmaq istəsələr də, ölü doğulmuş təxribat ssenarisi alınmadı.

O idefiksə sadiq qalanlara Azərbaycanda yer yoxdur.

Digər qarabağlı ermənilərsə Azərbaycan vətəndaşlığın qəbul edəndən sonra həyatlarına davam edə bilərlər.

Normal, yaxşı şəkildə - separatizmin onillərdən bəri yaşatdığı məşəqqətləri unudaraq.

Türkiyənin İzmir limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb like
  • 21 Avq 12:31  
Digərləri Türkiyənin İzmir limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb

2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin İzmir limanı 4 milyon 163 mi

arrow Ətraflı
“Hər 5000 AZN kredit üçün ayda 150 AZN ödəniş" kampaniyası davam edir like
  • 21 Avq 12:30  
Digərləri “Hər 5000 AZN kredit üçün ayda 150 AZN ödəniş" kampaniyası davam edir

Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti üzrə xüsusi kampaniya

arrow Ətraflı
İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb like
  • 21 Avq 12:29  
Siyasət İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Bakıda 36 dərəcə isti olacaq like
  • 21 Avq 12:26  
Digərləri Bakıda 36 dərəcə isti olacaq

Avqustun 22-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Bakıda dənizdə batan türkiyəli iş adamı qızını xilas etmək istəyirmiş like
  • 21 Avq 12:24  
Digərləri Bakıda dənizdə batan türkiyəli iş adamı qızını xilas etmək istəyirmiş

Ötən gün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində suda batan

arrow Ətraflı
Simonyanın evinin yanına PUA düşdü like
  • 21 Avq 12:13  
Dünya Simonyanın evinin yanına PUA düşdü

Moskvaya hücum edən PUA-lardan biri "Rossiya Seqodnya" media qrupunu

arrow Ətraflı
Şabranda ana və qızı bıçaqlanıb like
  • 21 Avq 12:02  
Kriminal Şabranda ana və qızı bıçaqlanıb

Şabran rayonunda bıçaqlanma faktı baş verib.

arrow Ətraflı
Xocalı istiqamətində erməni təxribatı: like
  • 21 Avq 11:54  
Siyasət Xocalı istiqamətində erməni təxribatı:

Avqustun 21-i saat 07:05-dən 07:20-dək Rusiya sülhməramlı kontingentinin m�

arrow Ətraflı
Röya lüks villasında belə DİNCƏLİR like
  • 21 Avq 11:51  
Şou-biznes Röya lüks villasında belə DİNCƏLİR

Xalq artisti Röya Ayxan yeni fotoları ilə diqqət çəkib.

arrow Ətraflı
Separatçılar Qarabağı belə tərk edirlər like
  • 21 Avq 11:42  
Siyasət Separatçılar Qarabağı belə tərk edirlər

"Laçın" sərhəd-buraxılış məntəqəsində erməni əsilli şəx

arrow Ətraflı
Qərb qorxur: like
  • 21 Avq 11:40  
Dünya Qərb qorxur:

Bəzi Qərb rəsmiləri Ukraynaya müharibəni dayandırmaq üçün ərazi güz�

arrow Ətraflı
İranın tanınmış sünni din xadimi saxlanıldı like
  • 21 Avq 11:29  
Digərləri İranın tanınmış sünni din xadimi saxlanıldı

İranın tanınmış sünni din xadimi Mövləvi Əbdülhəmid saxlanılıb.

arrow Ətraflı
İlham Əliyev Paraqvay Prezidentini təbrik edib like
  • 21 Avq 11:27  
Siyasət İlham Əliyev Paraqvay Prezidentini təbrik edib

Prezident İlham Əliyev Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyaya

arrow Ətraflı
NATO Zelenskiyə təzyiq edir like
  • 21 Avq 11:18  
Dünya NATO Zelenskiyə təzyiq edir

NATO-nun Baş katibinin ofisinin rəisi Stian Yensenin Ukraynanın ərazi güzə

arrow Ətraflı