Ermənistandan kobud "səhv" Bakının razılığı olmadan ona


Siyasət 08 İyn 2023 18:00:00 190 0

Ermənistandan kobud "səhv"  Bakının razılığı olmadan ona

Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşması Ermənistanın ekoloji terror siyasətinin davamıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, nəzərə alsaq ki, metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları çoxdur, bu zavodun bölgədəki ekosistemə böyük zərbə vuracağı məlumdur. "Ermənistan isə heç bir beynəlxalq standartlara əməl etmir və təbii ki, nə bu zavodun tikintisində, nə də fəaliyyətində heç bir standarta əməl edilməyəcək ki, bu da zavodun bölgəyə vura biləcəyi zərərin miqyasını dəfələrlə artırmış olur.

Eyni zamanda zavodun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır", - deyə deputat bildirib.

A.Həsənova qeyd edib ki, 30 il Azərbaycan torpaqlarını işğal altında saxladıqları müddətdə ermənilərin törətdiyi ekoloji terrorun, təbiətə vurduqları ziyanın miqyası o qədər böyükdür ki, onu heç zaman tamamilə aradan qaldırmaq mümkün olmayacaq. "Ermənilərin törətdiyi ekoloji vəhşilik, meşələri, flora və faunaları məhv etməsi, çayları çirkləndirməsi təkcə Azərbaycana qarşı deyil, bütün dünyaya qarşı bir cinayətdir, çünki ermənilərin bu vəhşiliyi nəticəsində regionda ekoloji balans pozulub. Bu metallurgiya zavodunu inşa etməklə Ermənistan bu gün də bu ekoloji terror siyasətini davam etdirməkdədir", - deyə deputat bildirib.

A.Həsənova əlavə edib ki, beynəlxalq konvensiyalara ziddir. "Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi "Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır.

Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləri olduğunu nəzərə alsaq bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır.

Lakin göründüyü kimi heç bir standarta əməl etmədiyi kimi bu məsələdə də destruktiv mövqe nümayiş etdirərək beynəlxalq konvemsiyanın tələbini kobud şəkildə pozub və Azərbaycanla heç bir razılaşma aparmayıb. Beynəlxalq təşkilatlar bu məsələyə laqeyid qalmamamlı və Ermənistanın növbəti ekoloji terrorunun qarşısın almalıdır", - deyə deputat əlavə edib.

Azərbaycan Avropaya dəniz məhsullarının ixracına başlayacaq like
  • 08 İyn 17:52  
Digərləri Azərbaycan Avropaya dəniz məhsullarının ixracına başlayacaq

Yaxın zamanda Avropa İttifaqı (Aİ) bazarlarına dəniz məhsulları, xüsus�

arrow Ətraflı
Şahzadə Harri Amerika vizasından məhrum ola bilər like
  • 08 İyn 17:40  
Dünya Şahzadə Harri Amerika vizasından məhrum ola bilər

ABŞ hakimiyyəti Şahzadə Harrinin Amerika vizasını yoxlayacaq.

arrow Ətraflı
Azərbaycanda rəqs sahəsinin inkişafı üçün keçirilən yarışma davam edir  FOTO like
  • 08 İyn 17:38  
Kriminal Azərbaycanda rəqs sahəsinin inkişafı üçün keçirilən yarışma davam edir FOTO

Azərbaycan Gənclər İttifaqı (AGİ) və Azərbaycan Rəqs Assosiasiyası (AR

arrow Ətraflı
"Fuad Poladov bezmişdi, deyirdi, ölüm tez gəlsin" like
  • 08 İyn 17:36  
Şou-biznes "Fuad Poladov bezmişdi, deyirdi, ölüm tez gəlsin"

"Fuad Poladovla ömrünün son günləri çox yaxın idik. İlk televiziya

arrow Ətraflı
"Ermənistan üçün beynəlxalq prinsiplər, insan haqları anlayışı yoxdur" like
  • 08 İyn 17:12  
Siyasət "Ermənistan üçün beynəlxalq prinsiplər, insan haqları anlayışı yoxdur"

Vaxtilə Azərbaycanın meşələrini yandıran, fosfor bombalarından istifadə

arrow Ətraflı
"Ermənistanın sərhəddə təxribat törətməsi zəiflik əlamətidir" like
  • 08 İyn 17:02  
Siyasət "Ermənistanın sərhəddə təxribat törətməsi zəiflik əlamətidir"

Ermənistanın hələ də sərhəddə təxribatlar törətməsi zəiflik əlamə

arrow Ətraflı
Tanınmış modelin intim FOTOları porno saytlara sızdırıldı like
  • 08 İyn 16:50  
Şou-biznes Tanınmış modelin intim FOTOları porno saytlara sızdırıldı

Dünyada məşhur olan rus model, 21 yaşlı Sofiya Martınova keçmiş sevgilis

arrow Ətraflı
Nar dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə başlayır like
  • 08 İyn 16:40  
Digərləri Nar dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə başlayır

Mobil operator Nar musiqi və dəyərli hədiyyələrlə dolu yay müsabiqələr

arrow Ətraflı
"Hər gəldiyimdə burada olan inkişafı görürəm və heyrətlənirəm" like
  • 08 İyn 16:38  
Digərləri "Hər gəldiyimdə burada olan inkişafı görürəm və heyrətlənirəm"

Azərbaycanın Qarabağı belə sürətlə dirçəltməsi, gələcəkdə regiona

arrow Ətraflı
İrəvan məsuliyyəti Bakının üzərinə atmaq istədi like
  • 08 İyn 16:30  
Siyasət İrəvan məsuliyyəti Bakının üzərinə atmaq istədi

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görü

arrow Ətraflı
Bakıda aptekdən uşaq yeməkləri oğurlayan şəxs like
  • 08 İyn 16:28  
Digərləri Bakıda aptekdən uşaq yeməkləri oğurlayan şəxs

Mayın 4-də Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin bi

arrow Ətraflı
Tinderdə oğlanlarla tanış olub “AzDrama”ya dəvət edirlər like
  • 08 İyn 16:26  
Şou-biznes Tinderdə oğlanlarla tanış olub “AzDrama”ya dəvət edirlər

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı adından dələduzluq edilib.

arrow Ətraflı