Ermənistana ayrılan vaxt bitir Təxribatlar Paşinyanın


Siyasət 31 May 2023 19:58:00 255 0

Ermənistana ayrılan vaxt bitir  Təxribatlar Paşinyanın

Ermənistanın sülh proseslərinin belə intensiv getdiyi bir vaxtda davranışları qəbuledilməzdir.

Bu barədə Trend-ə hərbi ekspert, ehtiyatda olan zabit Azər Bayramov bildirib.

O qeyd edib ki, sülh danışıqlarından sonra Ermənistan tərəfindən sərhəddə istərsə də sülhməramlıların nəzarət etdiyi ərazilrdən mövqelərimizi atəşə tutması birmənalı deyil.

"Sülh prosesinin pozulması ilə bağlı artıq Ermənistanın növbəti dəfə riyakar mövqeyini görürürük. Bu təxribatlarda erməni havadarlarının rolu danılmazdır. Ancaq bu istiqamətdə vəziyyətin gərginləşdirilməsi birmənalı olaraq Ermənistan üçün heç də yaxşı nəsə vəd eləmir. Cənab Prezident İlham Əliyevin Laçında çıxışı zamanı Qarabağda yerləşən separatçılara və eyni zamanda orda özünü qondarm respublikanın naziri və nümayəndələri kimi təqdim edənlərə ciddi şəkildə xəbərdarlıq etdi. Və onların amnistiya üçün son şansları olduğu barədə açıqlama verdi. Ancaq bir Ermənistan tərəfinin və separatçı rejimin rəhbərliyinin və onun havadarlarının bununla bağlı hər hansı nəticə çıxarmadığını müşahidə edirik. Tam əksinə olaraq Ermənistan Azərbaycan sərhəddinə ordusunun müxtəlif qoşun növlərinin cəmləşdirməsi diqqətdən yayınmır. Birmənalı olaraq Ermənistan tərəfinin istənilən addımını Azərbaycan Ordusu daimi nəzarətdə saxlayır. Düşmənin havadan və qurudan istənilən fəaliyyəti izlənilir, hər hansısa təxribat yönümlü hərəkət olarsa dərhal adekvat cavab tədbirləri görülür. Ermənistanın danışıqlarda sülhdən danışsa da əməldə bununla bağlı heç bir addım atmır", - o vurğulayıb.

Ekspert qeyd edib ki, Cənab Prezidentin İlham Əliyevin son xəbərdarlığını Ermənistan rəhbərliyi və Qarabağda yerləşən separatçı rejimin qondarma rəhbərləri nəticə çıxartmazlarsa mütləq şəkildə Azərbaycan Ordusu bunun cavabını qətiyyətlə verəcək.

"Azərbaycan hər zaman olduğu kimi humanist mövqedədir. Ölkə olaraq Ermənistanı danışıqlara dəvət etsək də nəticə etibarilə onlar imtina edir və əksinə olaraq təxribat törətməkdə davam edir. Belə getsə Azərbaycan Ordusu antiterror əməliyyatları keçirtməyə məcbur qalacaq. Bu Ermənistana baha başa gələcək. Ermənistan həmişəki kimi yalançı hay-küy yaradaraq beynəlxalq missiyanı dəvət etmək istəyir. Lakin dünyanın aparıcı ölkələri və təşkilatları Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Azərbaycanın tam beynəlxalq hüquqda istər konstitusiya hüququndan istifadə edərək hər hansısa ərazimizdə yerləşən silahlı separatçıların məhv edilməsi üçün mütləq şəkildə addım atacağına inanıram", - deyə ekspert vurğulayıb.

Rəhman Rəhmanov əməliyyat olundu like
  • 31 May 19:46  
Şou-biznes Rəhman Rəhmanov əməliyyat olundu

Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub. 

arrow Ətraflı
Güclü külək Ağdamda bir sıra fəsadlar törətdi  FOTO like
  • 31 May 19:42  
Digərləri Güclü külək Ağdamda bir sıra fəsadlar törətdi FOTO

Qeyri-sabit hava şəraiti Ağdamda fəsadlar törədib.

arrow Ətraflı
Azərbaycanda dünya səviyyəli tədbirlər bir ənənə halını alıb  Tural İsmayılov like
  • 31 May 19:22  
Siyasət Azərbaycanda dünya səviyyəli tədbirlər bir ənənə halını alıb Tural İsmayılov

Azərbaycan hazırda dünya səviyyəli forumların və tədbirlərin keçirildi

arrow Ətraflı
GClassa sifarişlərin qəbulu dayandırılıb  FOTO like
  • 31 May 19:20  
Digərləri GClassa sifarişlərin qəbulu dayandırılıb FOTO

Əfsanəvi Gelandewagen satış rekordlarına imza atmağa davam edir: keçən i

arrow Ətraflı
Pakistan XİN ilə siyasi məsləhətləşmələr keçirilib  FOTO like
  • 31 May 19:00  
Siyasət Pakistan XİN ilə siyasi məsləhətləşmələr keçirilib FOTO

31 may 2023-cü ildə Bakı şəhərində Azərbaycan Respublikası və Pakistan

arrow Ətraflı
Patron və gilizlərin Rusiyadan ixracına qadağa qoyuldu like
  • 31 May 18:22  
Digərləri Patron və gilizlərin Rusiyadan ixracına qadağa qoyuldu

Rusiyada mülki və xidməti silahlar üçün nəzərdə tutulan patron və gili

arrow Ətraflı
"Azərbaycanim" VI Respublika Uşaq Rəsm Festivali keçirildi  FOTO like
  • 31 May 18:10  
Kriminal "Azərbaycanim" VI Respublika Uşaq Rəsm Festivali keçirildi FOTO

"HEYDƏR ƏLİYEV İli"nə həsr olunmuş uşaq, yeniyetmə və gəncl

arrow Ətraflı
83 yaşlı Al Paçinonun dördüncü övladı olacaq like
  • 31 May 17:58  
Şou-biznes 83 yaşlı Al Paçinonun dördüncü övladı olacaq

83 yaşlı Hollivud ulduzu Al Paçinonun dördüncü övladı olacaq.

arrow Ətraflı
Gülçöhrə Şəfiyevanın ayağı amputasiya olundu  FOTO like
  • 31 May 17:22  
Kriminal Gülçöhrə Şəfiyevanın ayağı amputasiya olundu FOTO

Heydər Əliyev Sarayın sabiq baş rejissoru, Prezident təqaüdçüsü, ə

arrow Ətraflı
İlham Əliyev: Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var like
  • 31 May 16:26  
Siyasət İlham Əliyev: Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var

Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var. Onun artıq ilkin h

arrow Ətraflı
Maşın həvəskarlarının nəzərinə  Bu avtomobillərin qiyməti like
  • 31 May 16:22  
Digərləri Maşın həvəskarlarının nəzərinə Bu avtomobillərin qiyməti

Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il may�

arrow Ətraflı
Prezidentin Təhlükəsizlik Xidməti haqqında Əsasnamədə dəyişiklik edilib like
  • 31 May 16:18  
Siyasət Prezidentin Təhlükəsizlik Xidməti haqqında Əsasnamədə dəyişiklik edilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin Təhlük�

arrow Ətraflı
Prezident: Azərbaycan qazına ehtiyac artmaqdadır like
  • 31 May 16:00  
Siyasət Prezident: Azərbaycan qazına ehtiyac artmaqdadır

"Həmrəylik Halqası" adlandırılan digər bir layihəyə Azərbayca

arrow Ətraflı