Laçına köçün başlamasının üstünlükləri


Siyasət 30 May 2023 10:40:00 133 0

Laçına köçün başlamasının üstünlükləri

"Böyük Qayıdış Layihəsi" Azərbaycanın ən böyük strateji inkişaf prioritetlərindən biridir.

Bunu Trend-ə iqtisadçı ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, büdcədən bu ərazilərin yenidən qurulması üçün milyardlarla manat investisiya ayrılır.

"Azad edilmiş torpaqlara qayıdışın əsas elementlərindən biri ora köçürülən sakinlərin işlə təmin edilməsidir. Çünki insanların ora köçürülməsiylə yanaşı əmək fəaliyyəti ilə məşğul olması önəmlidir. Bu təkcə bugünün faydaları ilə ölçülmür gələcək perespektivlərlə baxılır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda görülən işlər ölkə büdcəsi üçün yükdür. Amma bütün bunların gələcək üçün iqtisadi, sosial və eyni zamanda da siyasi əhəmiyyəti var."

Ekspert qeyd edib ki, Laçın strateji əhəmiyyətə malikdir.

"Qarabağın Ermənistanla sərhədində yerləşən rayondur və orada Azərbaycanlıların daimi yaşaması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və dayanıqlı inkişafı üçün əhəmiyyətlidir. Bununla paralel olaraq Laçın turistik gözəlliyə, həm coğrafi, iqlim həm də müalicəvi turizm potensialına malikdir. Laçın təbii ehtiyatları ilə də zəngindir. Rayonda çoxlu mineral sular, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları var. Bütün bunlar gələcəkdə Azərbaycan iqtisadiyyatına böyük fayda verəcək. Laçında hava limanının inşası regionun və iqtisadi zonanın inkişafına böyük təkan verəcək."

X. Kərimli Laçına köçürülən sakinlər əsasən ənənəvi təsərrüfat fəaliyyətləri ilə məşğul olacaqlar.

"Laçın əhalisi əsasən kənd təsərrüfatının arıçılıq, maldarlıq, əkinçilik və bağçılıq kimi növləriylə məşğul olacaqlar. İkinci əsas məşğuliyyət isə turizimçilik olacaq. Bütün bunlar bölgədə getdikcə canlanmanın yerli lokal iqtisadiyyatın formalaşmasında, turizmin müxtəlif formalarının formalaşmasına gətirib çıxardacaq. Təbii ki, bunlar ortamüddətli perespektivdə baş verəcək. Hazırki məqamda Laçında sakinlərin yaşayışının təmini, infrastrukturun bütün formalarından istifadə imkanlarının yaradılması və bu dayanıqlığın təmini olduqca vacibdir. Proses davam elədikcə sakinlər məşğulluğun müxtəlif formalarından istifadə edərək həyətyanı təsərüffatlarla məşğul olmaqla həm özləri həm də bölgə üçün faydalarını vermiş olacaqlar. İndiki dövrdə texnologiya məkan məslələrini arxa plana keçirdib. Texnologiyanın verdiyi üstünlüklərdən yararlanaraq Laçında da distant öz istehlakları üçün eyni zamanda da bu istiqamətdə öz fəaliyyətlərin formalaşdıra bilsinlər", - deyə ekspert qeyd edib.

Qeyd edək ki, Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir.

Bu barədə Trend-ə "Qayıdış" proqramı üzrə baş koordinator Elnur AbdullayevElnur Abdullayev deyib.

Onun sözlərinə görə, burada əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq.

"Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib. Qeyd edək ki, Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub", - deyə E. Abdullayev qeyd edib.

Moskvada dron hücumu ilə əlaqədar GPS söndürülüb like
  • 30 May 10:37  
Dünya Moskvada dron hücumu ilə əlaqədar GPS söndürülüb

Moskvada peyk naviqasiya siqnalları söndürülüb.

arrow Ətraflı
Aygün Kazımovadan maraqlı fotosessiya like
  • 30 May 10:26  
Şou-biznes Aygün Kazımovadan maraqlı fotosessiya

Xalq artisti Aygün Kazımova növbəti dəfə maraqlı fotosessiya etdirib.

arrow Ətraflı
Bakı çağırış etdi, separatçılar təslim olmadı like
  • 30 May 09:55  
Siyasət Bakı çağırış etdi, separatçılar təslim olmadı

Əliyevin təslim olmaq və amnistiya imkanı ilə bağlı çağırışını sep

arrow Ətraflı
Polkovnikleytenant özünə qəsd etdi like
  • 30 May 09:53  
Digərləri Polkovnikleytenant özünə qəsd etdi

Abşeron rayonunda vəzifəli şəxs intihar edib.

arrow Ətraflı
120dən çox ölkənin lideri Ərdoğanı təbrik edib like
  • 30 May 08:15  
Dünya 120dən çox ölkənin lideri Ərdoğanı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yenidən prezident seçilməsi m�

arrow Ətraflı
Venesiya suları yaşıla büründü  FOTO like
  • 30 May 08:07  
Digərləri Venesiya suları yaşıla büründü FOTO

İtaliyanın Venesiya şəhərindəki Böyük Kanalın bir hissəsi qəfildən y

arrow Ətraflı
Elxan Qasımovun dəfn yeri bəlli oldu like
  • 30 May 07:54  
Kriminal Elxan Qasımovun dəfn yeri bəlli oldu

Ötən gün vəfat edən tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasım

arrow Ətraflı
Ermənistan prezidenti: “Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mühüm mesajdır” like
  • 30 May 07:47  
Siyasət Ermənistan prezidenti: “Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mühüm mesajdır”

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Baş nazir Nikol Paşinyanın rəsmi İ

arrow Ətraflı
Handenin bahalı geyimi  FOTO like
  • 30 May 07:40  
Digərləri Handenin bahalı geyimi FOTO

Kann Film Festivalına dünyaca məşhur brendin qonağı kimi gedən türkiyəl

arrow Ətraflı
Xarkovun Belqoroda birləşməsinə reaksiya like
  • 30 May 07:27  
Dünya Xarkovun Belqoroda birləşməsinə reaksiya

Bir vaxtlar Belqorod şəhərinin daxil olduğu Xarkov vilayəti var idi. Amma b

arrow Ətraflı
Ərdoğan və Makron regional məsələləri müzakirə ediblər like
  • 30 May 07:20  
Dünya Ərdoğan və Makron regional məsələləri müzakirə ediblər

Fransa Prezidenti Emmanuel Makron bazar ertəsi Türkiyə Prezidenti Rəcəb Tay

arrow Ətraflı
Bakı İrəvanın saxtakarlığına dair faktları açıqladı  FOTO like
  • 30 May 07:14  
Siyasət Bakı İrəvanın saxtakarlığına dair faktları açıqladı FOTO

Ermənistan liderləri yalançı ritorikadan əl çəkməli və Azərbaycanın s

arrow Ətraflı
Kann kinofestivalının qalibi Makronu tənqid etdi like
  • 30 May 05:05  
Şou-biznes Kann kinofestivalının qalibi Makronu tənqid etdi

"Enmə trayektoriyası" filminə görə Kann Film Festivalında "

arrow Ətraflı