İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul edib


Siyasət 29 May 2023 11:34:00 142 0

İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çunu qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı Çunqvon Çu ilə görüşlərini məmnunluqla xatırlayaraq, Dünya Taekvondo Federasiyasının 50 illiyi münasibətilə təbriklərini çatdırdı.

Görüşdə taekvondo üzrə 26-cı dünya çempionatının Bakıda keçirilməsinin önəmi vurğulandı.

Çunqvon Çu bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla bildirərək qeyd etdi ki, 144 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilən bu idman yarışı taekvondo tarixində ən böyük çempionatdır. Qonaq bu çempionatın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu dövrə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğuladı.

Çunqvon Çu rəhbərlik etdiyi federasiyanın Azərbaycan Taekvondo Federasiyası ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyini dedi.

Söhbət zamanı Azərbaycanda idmanın inkişafına yüksək dövlət qayğısının göstərildiyi qeyd olundu, ölkəmizin dünyanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsinin əhəmiyyəti bildirildi.

Dövlətimizin başçısı Bakı ilə yanaşı, rayonlarımızda da müasir idman komplekslərinin fəaliyyət göstərdiyini dedi, işğaldan azad edilmiş ərazilərimizdə də geniş idman infrastrukturunun yaradılacağını vurğuladı.

Görüşdə ölkəmizdə taekvondoya olan maraq qeyd edildi, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında idmançımızın qızıl medal qazandığı xatırlandı.

Son.az 

Serj Sarqsyanın sabiq mühafizə xidmətinin rəisi like
  • 29 May 11:29  
Digərləri Serj Sarqsyanın sabiq mühafizə xidmətinin rəisi

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın sabiq mühafizə xidmətinin

arrow Ətraflı
Yenilməz Ərdoğan  Türkiyə liderini qalib edən like
  • 29 May 11:18  
Digərləri Yenilməz Ərdoğan Türkiyə liderini qalib edən

Qardaş Türkiyədə bazar günü keçirilən seçkilər, nəticələr dünya me

arrow Ətraflı
Şəbnəmin canlı efirdə halı pisləşdi like
  • 29 May 11:07  
Şou-biznes Şəbnəmin canlı efirdə halı pisləşdi

Müğənni Şəbnəm Qəhrəmanovanın canlı efirdə halı pisləşib.

arrow Ətraflı
LondonHonkonq təyyarəsində sərnişinin halı pisləşib, like
  • 29 May 10:56  
Digərləri LondonHonkonq təyyarəsində sərnişinin halı pisləşib,

"British Airways" aviaşirkətinin London-Honkonq reysini yerinə yeti

arrow Ətraflı
Yevlaxda ağır qəza, bir nəfər öldü, like
  • 29 May 10:45  
Digərləri Yevlaxda ağır qəza, bir nəfər öldü,

Yevlaxda ağır yol qəzası baş verib.

arrow Ətraflı
Ərdoğan qalib gəldi, bu siyasət davam edəcək like
  • 29 May 10:34  
Digərləri Ərdoğan qalib gəldi, bu siyasət davam edəcək

Rəcəb Tayyib Ərdoğanın dövründə Türkiyə xarici qüvvələrin maraqlar�

arrow Ətraflı
"İki dəfə ailəli olmuşam. Birinci dəfə ailə həyatı quranda..." like
  • 29 May 10:23  
Şou-biznes "İki dəfə ailəli olmuşam. Birinci dəfə ailə həyatı quranda..."

"Düşmənimə də arzu etmərəm ki, Roza Zərgərlinin həyatını yaşas

arrow Ətraflı
Ərdoğanın qələbəsinə İncədən reaksiya like
  • 29 May 10:11  
Digərləri Ərdoğanın qələbəsinə İncədən reaksiya

Ölkəmizə yaraşan bir təmkinlə sülh içərisində keçirilən prezident se

arrow Ətraflı
Britaniya Baş nazirinin ticarət elçisi Bakıya gəlir like
  • 29 May 10:03  
Siyasət Britaniya Baş nazirinin ticarət elçisi Bakıya gəlir

Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson bu

arrow Ətraflı
Şabranda 65 yaşlı kişi itkin düşüb like
  • 29 May 09:57  
Digərləri Şabranda 65 yaşlı kişi itkin düşüb

Şabranda 65 yaşlı kişi itkin düşüb.

arrow Ətraflı
Bakıda faciəvi şəkildə ölən gənc aqronom imiş like
  • 29 May 09:49  
Digərləri Bakıda faciəvi şəkildə ölən gənc aqronom imiş

Xəbər verdiyimiz kimi, mayın 27-si axşam saatlarında Xəzər rayonu Zirə q

arrow Ətraflı
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyib like
  • 29 May 09:33  
Siyasət Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyib

Türkiyədə prezident seçkilərinin ikinci turunda Azərbaycandan səs verən

arrow Ətraflı
Keyt Middltonun xeyriyyə fondunun rəhbəri qatil çıxdı like
  • 29 May 09:24  
Dünya Keyt Middltonun xeyriyyə fondunun rəhbəri qatil çıxdı

Uels şahzadəsi Keyt Middltonun himayəsi altında olan Britaniyanın "Act

arrow Ətraflı