Prezident Qazaxıstanın yeni səfirinin etimadnaməsini qəbul edib FOTO


Siyasət 29 May 2023 13:20:00 136 0

Prezident Qazaxıstanın yeni səfirinin etimadnaməsini qəbul edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin etimadnaməsini qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini bildirdi, bu baxımdan özünün Qazaxıstana, Qazaxıstan Prezidentinin isə Azərbaycana səfərinin əlaqələrimizin genişlənməsi işinə təkan verdiyini vurğuladı.

Prezident İlham Əliyev xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğunu qeyd etdi, hər zaman qarşılıqlı dəstəyin nümayiş etdirildiyini bildirdi. Bu gün bu amilin Xəzər dənizi hövzəsində və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük önəm daşıdığını dedi.

Dövlətimizin başçısı hazırda Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin və daşımalarının həcminin artırılması istiqamətində fəal danışıqların getdiyini qeyd edərək, nəqliyyat-logistika sahəsinin iqtisadi əlaqələrimizin əsas istiqamətlərindən biri olduğunu dedi və həyata keçirilən birgə infrastruktur layihələrinin yükdaşımaların həcminin genişlənməsi üçün yaxşı imkan yaratdığını vurğuladı. Azərbaycan Prezidenti, eyni zamanda, gəmiqayırma müəssisələrinin imkanlarından da istifadə olunmasının önəmini qeyd etdi. Dövlətimizin başçısı bir müddət bundan əvvəldən başlayaraq Qazaxıstandan neftin Azərbaycan ərazisindən nəql olunmasının əhəmiyyətini vurğuladı və bunun energetika sahəsində əməkdaşlığı genişləndirmək işinə mühüm töhfə verdiyini dedi. Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.

Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyduğunu bildirən Alim Bayel ikitərəfli münasibətlərin bundan sonra da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd etdi.

Səfir ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ehtiramını ifadə edərək, Müstəqilik Günü münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik etdi.

Alim Bayel əlaqələrimizin genişlənməsində iqtisadi-ticari sahədə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinin və ölkələrimiz, eyni zamanda, digər regionlar üçün böyük geoiqtisadi önəm daşıyan layihələrin həyata keçirilməsinin prioritet olduğunu bildirdi. Bu xüsusda Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsini, Xəzər dənizinin dibi ilə fiberoptik rabitə xəttinin çəkilməsini, Qazaxıstan neftinin ixracının şaxələndirilməsini qeyd etdi.

Görüşdə Azərbaycanla Qazaxıstanın beynəlxalq təşkilatlarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyi vurğulandı.

Son.az 

Alimlər bunu da bacardı like
  • 29 May 13:19  
Dünya Alimlər bunu da bacardı

ABŞ alimləri süni intellektlə "acinetobacter baumannii" kimi tanı

arrow Ətraflı
Məğlubiyyət açıqlaması: like
  • 29 May 13:08  
Dünya Məğlubiyyət açıqlaması:

Zəfər Partiyasına qalan 3,5 gün oldu. Bu vaxta qədər yığılan xətalar 3

arrow Ətraflı
İranda daşqınlar nəticəsində azı dörd nəfər ölüb like
  • 29 May 12:57  
Digərləri İranda daşqınlar nəticəsində azı dörd nəfər ölüb

İranın şimal-şərqində yerləşən Şimali Xorasan əyalətində daşqınla

arrow Ətraflı
Rusiya yalnız bu halda dayana bilər like
  • 29 May 12:46  
Dünya Rusiya yalnız bu halda dayana bilər

Ukraynanın NATO-ya dəvət edilməsi müharibənin dayandırılmasında əsas a

arrow Ətraflı
“Qızım çevriliş edib” like
  • 29 May 12:35  
Şou-biznes “Qızım çevriliş edib”

Müğənni Səidə Sultan Türkiyədə saxlanılan reper Asya Əlizadəyə dəst

arrow Ətraflı
Zığ yolunda bir ailənin məhv olduğu hadisə barədə like
  • 29 May 12:24  
Digərləri Zığ yolunda bir ailənin məhv olduğu hadisə barədə

Ötən gecə Bakı şəhər Xəzər rayonunda baş vermiş ağır qəzada ölə

arrow Ətraflı
Yunus Oğuz fəxri doktor adına layiq görülüb like
  • 29 May 12:19  
Digərləri Yunus Oğuz fəxri doktor adına layiq görülüb

Azərbaycanlı yazıçı-publisist Yunus Oğuzun türk dünyasına və Azərbayc

arrow Ətraflı
Bakıda 33, bölgələrdə 36 dərəcə isti gözlənilir like
  • 29 May 12:17  
Digərləri Bakıda 33, bölgələrdə 36 dərəcə isti gözlənilir

Mayın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
TÜRKSOYun Baş katibi Prezident İlham Əliyevi təbrik edib like
  • 29 May 12:15  
Siyasət TÜRKSOYun Baş katibi Prezident İlham Əliyevi təbrik edib

TÜRKSOY-un Baş katibi Sultan Raev Prezident İlham Əliyevə təbrik məktubu

arrow Ətraflı
Priqojin Rusiya prezidentliyinə iddia etdi like
  • 29 May 12:13  
Dünya Priqojin Rusiya prezidentliyinə iddia etdi

"Vaqner"in rəhbəri Yevgeni Priqojin rusların prezident seçkisində

arrow Ətraflı
Bakının sülh ritorikasını pozmaq istəyirlər like
  • 29 May 12:10  
Siyasət Bakının sülh ritorikasını pozmaq istəyirlər

Son kiçik və lokal antiterror əməliyyatları sayəsində ordumuz bugün şə

arrow Ətraflı
Ərdoğanın qələbəsi ayrıayrı ölkələrdə belə qeyd edildi like
  • 29 May 12:02  
Dünya Ərdoğanın qələbəsi ayrıayrı ölkələrdə belə qeyd edildi

Türkiyədə Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qələbəsi T

arrow Ətraflı
Ərdoğan kabinetini like
  • 29 May 11:55  
Digərləri Ərdoğan kabinetini

Türkiyədə bazar günü keçirilən prezident seçkilərinin ikinci turunda 

arrow Ətraflı
Tatlısəslə bağlı sual Güneli əsəbiləşdirdi like
  • 29 May 11:51  
Şou-biznes Tatlısəslə bağlı sual Güneli əsəbiləşdirdi

Müğənni Günel Zeynalova izləyicisinin ona ünvanladığı suala əsəbilə�

arrow Ətraflı
Xankəndidə güclü partlayış like
  • 29 May 11:40  
Digərləri Xankəndidə güclü partlayış

Mayın 27-də Rusiyanın süllhməramlı kontingentinin müvəqqəti nəzarətin

arrow Ətraflı