Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”


Siyasət 28 May 2023 13:37:00 131 0

Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”

"105 il bundan öncə, 1918-ci il mayın 28-də Şərqin ilk demokratik respublikası- Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldı. Təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti çox az bir müddət ərzində - cəmi 23 ay mövcud oldu. Bu qısa dövr ərzində AXC böyük dövlətçilik tarixinə malik olan Azərbaycanın həyatında müstəsna rol oynadı. Cümhuriyyət dövründə müstəqil dövlət quruculuğu baxımından bir çox mühüm qərarlar qəbul edildi. Azərbaycanın ilk Parlamenti və hökuməti, dövlət aparatı təsis edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı. Ana dili dövlət dili elan edildi".

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.

Deputat deyib: "Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dəfələrlə bəyan edib. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması da bilavasitə Ümummilli Liderimizn adı ilə bağlıdır. O, ötən əsrin əvvəllərində 23 ay ərzində fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti ilə 1991-ci ildə elan olunmuş Azərbaycan Respublikası arasında əlaqəni yüksək qiymətləndirmişdir. 2001-ci il oktyabr ayının 18-də Milli müstəqillik günü münasibətilə etdiyi çıxışında Ümummilli Lider demişdir: "Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq qeyd etmək lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların varisiyik, onların işinin davamçılarıyıq - ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda". Təsadüfi deyil ki, hazırda qeyd etdiyimiz Azərbaycanın Respublika Günü, Ordu Günü, Bayraq Günü kimi bayramları məhz 1918-ci ildə yaradılmış dövlət idarəetmə strukturlarının tarixi ilə müəyyən olunub. Dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyev və Ölkə Prezidenti İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu vurğulamışlar. Ulu Öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də cənab Prezident İlham Əliyevin ötən illərdə imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları xüsusi olaraq qeyd olunmalıdır".

K.Qafarov bildirib: "Son dərəcə diqqətəlayiq bir məqamdır ki, 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş Azərbaycan eynilə öz sələfi kimi, cəmi iki ildən sonra bu müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ildə isə artıq parçalanmaq üzrə olan Azərbaycan sadəcə müstəqilliyini deyil, həm də vahid bir ölkə olaraq mövcudiyyətini itirmək təhlükəsi ilə qarşı-qarşıya idi. Lakin bu dəfə Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin müdaxiləsi düşmən qüvvələrin planlarını alt-üst etdi və müstəqilliyimiz əbədi oldu. Bu gün Heydər Əliyev siyasi kursu, Ulu Öndərin əsasını qoyduğu islahatlar ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə cavab verən yeni kontekstdə uğurla inkişaf və davam etdirilir. Məhz dövlət başçımızın yürütdüyü praqmatik daxili və xarici siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan 2020-ci ildə özünün dövlətçilik tarixində indiyədək əldə etdiyi uğur və nailiyyətlərin ən böyüyünə, ən şərəflisinə imza atdı. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə qazanaraq Ermənistanın 30 il işğal altında saxladığı ərazilərini geri qaytardı və bununla da ölkənin ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsi nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar həm Azərbaycan üçün, həm də digər region ölkələri və qonşu dövlətlər üçün daha geniş inkişaf perspektivləri açdı və məhz Azərbaycan bu reallıqların müəllifidir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələlərində getdikcə artan rolu ölkəmizin beynəlxalq nüfuzunun durmadan artmasına, mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir. Bütün bunlar əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Milli İnkişaf Strategiyasının və Ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursunun nəticələridir. Əlamətdar haldır ki, bu il xalqımız Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 105 illik yubileyini "Heydər Əliyev İli"ndə qürurla qeyd edir".

Rusiya Almaniya səfirliyinin 100dən çox əməkdaşını ölkədən qovub like
  • 28 May 13:31  
Dünya Rusiya Almaniya səfirliyinin 100dən çox əməkdaşını ölkədən qovub

Rusiya Almaniyanın ölkədəki diplomatik nümayəndəliklərində işləməyə

arrow Ətraflı
Dünya tarixində belə iştirak sayı yüksək olan seçki prossesi yoxdur like
  • 28 May 13:24  
Digərləri Dünya tarixində belə iştirak sayı yüksək olan seçki prossesi yoxdur

Dünya tarixində belə iştirak sayı yüksək olan seçki prossesi yoxdur.

arrow Ətraflı
Azərbaycanda bu şəxs yüksək vəzifəsindən like
  • 28 May 13:22  
Digərləri Azərbaycanda bu şəxs yüksək vəzifəsindən

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, profess

arrow Ətraflı
2023ün yazının ən önəmli SEÇİMİ like
  • 28 May 13:20  
Digərləri 2023ün yazının ən önəmli SEÇİMİ

Stilist Roqov 2023-cü ilin yaz mövsümünün olmazsa olmazını açıqlayıb.

arrow Ətraflı
Ərdoğan səs verdi like
  • 28 May 13:14  
Digərləri Ərdoğan səs verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən ikinci tur p

arrow Ətraflı
Aygün Kazımova ilə Miri Yusifin kulisdəki görüşü like
  • 28 May 13:11  
Şou-biznes Aygün Kazımova ilə Miri Yusifin kulisdəki görüşü

Xalq artisti Aygün Kazımova bu gün Bakı-2023 Taekvando üzrə Dünya Çempio

arrow Ətraflı
Prezident: Laçın şəhərinin bugünkü siması göstərir ki, biz qurubyaradan xalqıq like
  • 28 May 13:02  
Siyasət Prezident: Laçın şəhərinin bugünkü siması göstərir ki, biz qurubyaradan xalqıq

Laçın şəhərinin bugünkü siması, - halbuki qeyd edirəm, bu, sadəcə ola

arrow Ətraflı
Kənddə biabırçılıq: Əri evdə olmayan qadının evinə girdi, sonra isə... like
  • 28 May 13:00  
Kriminal Kənddə biabırçılıq: Əri evdə olmayan qadının evinə girdi, sonra isə...

Saatlı rayonunda 1980-ci il təvəllüdlü Fərid qonşusu Nəcibəyə (adlar �

arrow Ətraflı
Seçkilərin nəticəsi ölkəmizin gələcəyi üçün xeyirli və uğurlu olacaq like
  • 28 May 12:53  
Digərləri Seçkilərin nəticəsi ölkəmizin gələcəyi üçün xeyirli və uğurlu olacaq

Bu seçkilərin nəticəsi ölkəmizin gələcəyi üçün xeyirli və uğurlu o

arrow Ətraflı
Moldova prezidenti ölkəsinin Rumıniya ilə birləşməsindən danışdı like
  • 28 May 12:51  
Dünya Moldova prezidenti ölkəsinin Rumıniya ilə birləşməsindən danışdı

Moldova prezidenti Maya Sandu bildirib ki, respublikanın Rumıniya ilə birlə�

arrow Ətraflı
Qarsda prezident seçkilərinə Azərbaycan milli paltarında gəliblər like
  • 28 May 12:42  
Digərləri Qarsda prezident seçkilərinə Azərbaycan milli paltarında gəliblər

Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda səsvermədə i

arrow Ətraflı