“O gecədən sonra parladım”


Şou-biznes 27 May 2023 14:51:00 160 0

“O gecədən sonra parladım”

Xalq artisti Faiq Ağayev "Nargis" jurnalına müsahibə verib.

Son.az olay-a istinadən sənətçinin "13 sual" rubrikasında söylədiyi fikirləri təqdim edir:

- Musiqi sizin üçün nədir?

- Musiqi mənim üçün həyatdır. Onsuz yaşaya bilmərəm.

- İlk dəfə nə vaxt məşhurlaşdığınızı hiss etdiniz?

- 1991-ci ilin 2 yanvar tarixində. Çünki Yeni İl gecəsi Azərbaycan Televiziyasında "Ola bilməz" mahnısını oxudum. Yanvarın 1-i evdə idim. 2 yanvarda avtobusda oturanda artıq gördüm ki, hamı mənimlə salamlaşır. O vaxt heç fotoaparatlar da yox idi. Hamı məndən avtoqraf alırdı. Bax, mənim uğur gecəm, ulduzumun parladığı gecə 1990-cı ildən 1991-ci ilə keçən gecə idi.

- Sözlərini yazdığınız mahnılar arasında ən çox sevdiyiniz mahnı hansıdır?

- Yanılmıramsa, cəmi 3 mahnıya söz yazmışam. "Unutma məni" mahnısı ən çox sevdiyimdir deyərdim.

- Özünüzü üç sözlə təsvir edin.

- Peşəkar, dost, oğul.

- Musiqiniz üçün ilhamı haradan alırsınız?

- İlham, ümumiyyətlə, möcüzəvi məsələdir. Adətən bəstəkarlardan alıram, çünki mahnıları onlar yazırlar. Amma mahnını canlandırmaq və tamaşaçıya çatdırmaq üçün musiqiyə olan sonsuz sevgimə, eşqimə arxalanıram.

- Karyeranızın ən çətin elementi hansıdır?

- İctimai fiqur olmaq. Səhnədə heç bir çətinlik yoxdur. Bütün çətinliklər səhnənin arxasındadır. Daim gərək özünü nəzarətdə saxlayasan. Çünki daima ovucun içindəsən.

- Səhnədəki çıxışlarınızdan ən yaddaqalanı hansıdır?

- Bu il səhnədə olmağımın 35-ci ili tamam olacaq. Çox böyük bir müddətdir. İlk çıxışlarımı xatırlasam, yəqin ki, "Yalta" müsabiqəsidir. Böyük bir orkestrlə çıxış etmək çox məsuliyyətli idi. 

- Mahnılarınız arasında emosional olaraq ən çətin ifa olunan mahnı hansıdır?

- 2000-ci illərin əvvəlində bəstəkar Eldar Mansurov mənə yazdığı "Gecə zəngləri" mahnısını oxumağımı təklif etdi. Bu mahnı Eldar müəllimin anasının dünyasını dəyişməsi ilə bağlı idi. Mənə söylədi ki, bunu səndən başqa heç kim oxuya bilməz. Mahnı hazırda iki versiyada mövcuddur: Biri instrumental, biri də mənim oxuduğum versiyada. Çox çətin idi. Anasını itirmiş insanın fəryadı... Valideynlərimi itirməmişdim, bu barədə təcrübəm yox idi. Anam indi də sağdır. Allah analarımızı qorusun. O mahnını oxumaq emosional baxımdan çox çətin idi. Studiyada çətinlik çəkirdim, qəhər məni boğurdu. Məncə, ən çətini bu idi.

- Aktyor kimi inkişaf etmək istərdinizmi?

- Bəxtim  çox gətirib. Dövlət Mədəniyyət və İncəsənət Universitetində dağ kimi ustadlarım olub: mərhum aktyor Yaşar Nuri, aktrisa Şəfiqə Məmmədova, aktyor Cahangir Novruzov. Allah canların sağ eləsin. Bəzən mənə oxuyan aktyor da deyirlər. Mənim aktyorluq bacarıqlarımı əfsuslar olsun ki, rejissorlar aça bilmədi. Bu, tək bir halda baş verər ki, məni kinoya dəvət etsinlər və mən orada bir rol oynayım.

- Müasir azərbaycanlı müğənnilər arasında kimləri dinləyirsiniz?

- Demək olar ki, hamısını. Söhbət pop, rep, rok, hip-hop musiqisindən gedirsə, hamısını dinləyirəm. Ən çox da maşında, radiodan dinləyirəm.

- "Səs Azərbaycan"da məşqçi kimi fəaliyyətinizi necə təsvir edərdiniz?

- O zaman problem yaşanırdı. Çünki vokalda məşqçi olmur, müəllim olur. Onda təklif etdim və Azərbaycan teleməkanında "The Voice" müsabiqəsi olanda münsiflərə "ustad" sözünü təklif etdim. Ən çətini "blind" mərhələsi idi, yəni "kor" dinləmələr. Biz görmürdük kim oxuyur. Bizi yalnız səs apara bilərdi. Həmin ifaçının üstündə münsiflər arasında "dava" başlayırdı ki, kim bu uşağı öz komandasına götürəcək. Çox maraqlı təcrübə idi həyatımda. Baxmayaraq ki, Azərbaycanda keçirilən bir çox müsabiqələrdə münsif olmuşam, amma çox gözəl təcrübə oldu. 

- Növbəti albomunuz nə vaxt təqdim olunacaq?

- Azərbaycanda albom məsələsi aktual deyil. Sonuncu "Tam məxfi" adlı albomum 2004-cü ildə çıxdı. Ondan sonra piradların fəaliyyəti bizim albom çıxarmaq fəaliyyətimizə son qoydu. İndi bunu xətrimiz xoş olsun deyə edirik. Çünki musiqili platformalar var. Bir çox müğənnilər albom buraxmağı fiziki cəhətdən unudub. Artıq "YouTube" var. 

- Sizdən "Nargis"a bir məsləhət.

- Özünüz olun. Özünüzə inanı və öz nurlu gələcəyinizi heç kimə arxalanmadan özünüz qurun.

Stilist qadınların fiqurasını korlayan geyimi açıqladı like
  • 27 May 14:20  
Digərləri Stilist qadınların fiqurasını korlayan geyimi açıqladı

Stilist Caitlin James qadın fiqurasını korlayan geyimi açıqlayıb. 

arrow Ətraflı
İlham Əliyev Kəlbəcər rayonuna səfər edib like
  • 27 May 13:57  
Siyasət İlham Əliyev Kəlbəcər rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcə

arrow Ətraflı
Bu gün Azərbaycan regional və beynəlxalq proseslərdə mühüm rol oynayır like
  • 27 May 13:56  
Siyasət Bu gün Azərbaycan regional və beynəlxalq proseslərdə mühüm rol oynayır

Bu gün Azərbaycan tərəqqi və dinamik inkişaf yolu ilə inamla irəliləyir

arrow Ətraflı
Antiterror əməliyyatı başlaya bilər like
  • 27 May 13:54  
Siyasət Antiterror əməliyyatı başlaya bilər

Dünən Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzd�

arrow Ətraflı
Mask icazəni aldı: İnsanlar üzərində sınaqlar başlayır like
  • 27 May 13:51  
Digərləri Mask icazəni aldı: İnsanlar üzərində sınaqlar başlayır

Milyarder İlon Maska məxsus "Neuralink" şirkəti insanlar üzərin

arrow Ətraflı
Tanınmış xəstəxananın direktoru Azərbaycandan çıxarkən TUTULDU like
  • 27 May 13:22  
Digərləri Tanınmış xəstəxananın direktoru Azərbaycandan çıxarkən TUTULDU

Barəsində cinayət işi açılmış və istintaq aparılan "Anadolu Hospi

arrow Ətraflı
“Playboy” gözəli saçını boyadı: like
  • 27 May 12:53  
Şou-biznes “Playboy” gözəli saçını boyadı:

"Playboy" jurnalının modeli Sammer Karen keçəl qalıb.

arrow Ətraflı
Taksi şirkətlərinə ağır cəza tətbiq oluna bilər like
  • 27 May 12:23  
Digərləri Taksi şirkətlərinə ağır cəza tətbiq oluna bilər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi artıq taksi şirkətlərinə və

arrow Ətraflı
Braziliya Prezidenti Azərbaycan liderinə təbrik məktubu ünvanlayıb like
  • 27 May 11:54  
Siyasət Braziliya Prezidenti Azərbaycan liderinə təbrik məktubu ünvanlayıb

Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva Azə

arrow Ətraflı
Azərbaycanlı alimin beynəlxalq konfransda məruzələri böyük maraqla qarşılanıb like
  • 27 May 11:52  
Digərləri Azərbaycanlı alimin beynəlxalq konfransda məruzələri böyük maraqla qarşılanıb

ICOMAM Beynəlxalq Komitəsinin İdarə Heyətinin üzvü (hərbi muzeylər, hə

arrow Ətraflı
Niderland kralı İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib like
  • 27 May 11:22  
Siyasət Niderland kralı İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

Niderlandın Kralı Villem-Aleksandr Prezident İlham Əliyevə təbrik məktubu

arrow Ətraflı
İnsident törədən transseksuallara bu maddə ilə cinayət işi açıldı like
  • 27 May 11:20  
Digərləri İnsident törədən transseksuallara bu maddə ilə cinayət işi açıldı

Mayın 23-nə keçən gecə Bakının Xətai rayonu ərazisində hotelin qarşı

arrow Ətraflı
PKK mayın 28də ölkədə xaos yaratmağa hazırlaşır like
  • 27 May 11:09  
Dünya PKK mayın 28də ölkədə xaos yaratmağa hazırlaşır

"PKK terror qruplaşması Türkiyədə prezident seçkilərinin keçiriləc

arrow Ətraflı