Paşinyan Zəngəzur üçün qurban verəcək?


Siyasət 26 May 2023 11:25:00 137 0

Paşinyan Zəngəzur üçün qurban verəcək?

Təhməz Əsədov Trend

Azərbaycan Avrasiya İqtisadi İttifaqının üzvü deyil və Azərbaycanın nə yaxın, nə də uzaq perespektivdə bu təşkilata üzvlüyü ilə bağlı heç bir açıqlaması və mövqeyi yoxdur. Prioritet olaraq ölkəmiz hər zaman həm iqtisadi, həm də siyasi baxımdan müstəqil siyasət yürütməyi əsas götürüb.

Prezident İlham Əliyevin ötən gün Avrasiya İqtisadi Birliyinin Moskvadakı iclasına qatılmaqda əslində mıəqsədlər tamamilə fərqlidir. Dövlət başçısının bu tədbirə qatılmasını şərtləndirən əsas səbəblərdən biri Rusiyanın dəstəyi ilə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin üçtərəfli görüşünün keçirilməsi və yekun sülh sazişi üçün Ermənistanın konkret olaraq hansı fikirdə olduğunu öyrənmək məqsədi daşıyırdı.

Dövlət başçısının iştirakı heç bir halda Azərbaycanın bu quruma üzv olacağı anlamına gəlmir. Azərbaycanın bu gün hər hansı bir beynəlxalq iqtisadi təçkilatın üzvü olmaq üçün ehtiyacı yoxdur. Bu məsələni elə İclasda çıxışı zamanı Prezident İlham Əliyev də diqqətə çatdırdı: Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur.

Azərbaycan, sadəcə, dayanıqlı və özünü təmin edən iqtisadiyyatını xarici siyasətlə əlaqələndirmək və onu daha da böyütmək üçün Aİİ-nin iqtisadi prioritetlərini nəzərdən keçirir. Ölkəmiz Aİİ-yə daxil olan Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstanla sıx iqtisadi-siyasi əlaqələrə malikdir, lakin Birliyin digər üzvü Ermənistanla münasibətlər qurulmayıb.

Ölkəmizin həm Qoşulmama Hərəkatına üzvlüyü, həm də Hərəkat çərçivəsində nümayiş etdirdiyi fəallıq bilavasitə məhz bununla bağlıdır. İstər ölkəmizdə, istərsə də geosiyasi və qlobal layihələrdə Azərbaycanın həyata keçirdiyi həm enerji, eyni zamanda nəqliyyat dəhlizləri layihələrində əsas prioriteti müstəqil siyasət yürütməsinə bağlıdır ki, bu da Azərbaycanın istənilən prosesə öz mövqeyini açıq şəkildə sərbəst bəlli etməsində vacib faktora çevrilib.

Azərbaycan dayanıqlı iqtisadiyyata malik, özünü təmin edən ölkədir və xaricdən hər hansı dəstəyə ehtiyacı yoxdur. Bu da bizə müstəqil xarici siyasət yürütməyə imkan verir. Rəsmi Bakının hazırda əsas məqsədlərindən biri ölkə ərazisini nəqliyyat dəhlizlərinin habına çevirməkdir.

Bəlli olduğu kimi Azərbaycan əraziisindən bir neçə nəqliyyat dəhlizi keçir. Şimal-Cənub nəqliyyat dəhlizinin İran ərazisində olan hissəsinin inşası ilə bağlı da artıq addımlar atılır. Bununla bağlı Rusiya və İran tərəfi də müvafiq saziş imzaladılar. Paralel olaraq Azərbaycanda artıq Orta Dəhliz layihəsi də çalışmaqdadır. Digər tərəfdən də Şərq-Qərb layihəsi və onun bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti bəlli olduğu kimi artıq uzun müddətdir ki, fəaliyyət göstərir. Bütün bu layihələr bir daha təsdiq edir ki, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin habına çevrilməsinə imkan yaradır.

Azərbaycan ərazisinə daxil olan istər Şimal, istərsə də Cənub istiqamnətində olan yüklər digər istiqamətlərə də (Şərq-Qərb) yönələ bilir ki, bu da yükdaşıma şirkətləri və ölkələri üçün həm çox əlverişli hesab edilir, həm də rentabellidir.

Üçtərəfli görüşdən öncə, Prezident İlham Əliyevin çıxışı zamanı ən çox diqqəti çəkən məqamlardan biri Zəngəzur dəhlizi layihəsinin beynəlxalq Şərq-Qərb və Şimal-Cənub dəhlizləri fonunda əhəmiyyətini göstərmək idi ki, ölkə başçısı bununla bağlı çox önəmli açıqlamaları ilə yadda qaldı: Zəngəzur dəhlizi beynəlxalq dəmir yol marşrutlarının bir hissəsinə çevriləcək.

Azərbaycan Prezidentinin üçtərəfli bəyanatın imzalanmasında iştirak edən əsas tərəflərin qarşısında belə bir iddialı çıxışı Nikol Paşinyana verilən növbəti diplomatiya dəırsi kimi yadda qaldı. Ölkə başçısı bununla həm Ermənistana, həm də onun havadarlarına mesaj verdi ki, Zəngəzur dəhlizi məsələsinin ləngidilməsinə çalışmayın, nə qədər mane olmağa çalışsanız da biz bu dəhlizi işə salacağıq.

Prezidentin açıqlamasından o qənaətə gəlinir ki, iri iqtisadi layihələr fonunda təbii ki, Azərbaycanın əsas məqsədlərindən biri həmçinin 10 noyabr üçtərəfli bəyanatında da qeyd edilmiş Zəngəzur dəhlizi ilə bağlı olan məsələdir. Rəsmi Bakının bu istiqamətdə həyat keçirdiyi siyasət, atdığı addımlar hər kəsə bəllidir. Zəngəzur dəhlizi təkcə Azərbaycanla onun ayrılmaz hissəsi olan Naxçıvan M.R arasında olan quru əlaqələrinin təmin olunması üçün yox, eyni zamanda daha geniş coğrafiyanı əhatə edəcək yükdaşımaların həyata keçirilməsi üçün vacib faktorlardan biridir.

Əslində bu dəhliz təkcə Azərbaycan üçün yox, eyni zamanda Ermənistan üçün də nəfəslik rolu oynaya bilər, İrəvanın maraqlarını təmin edə bilər. Fakriki olaraq digər region dövlətləri də bu dəhlizin imkanlarından daha səmərəli şəkildə yararlana bilərlər.

Təəssüflər olsun ki, bu gün Ermənistan destruklivliyindən əl çəkmir. Sözdə nəqliyyat kommunikasiyalarının açılmasını istədiklərinui bəyan etsələr də biz dünən də Nikol Paşinyanın Moskvadakı hərəkətlərindən, tezislərindən şahidi olduq ki, rəsmi İrəvanın sözü ilə əməli hələ də uzlaşmır. Baxmayaraq ki, Ermənistan üçün geri addım atmaq, manipulyasiya cəhdləri bu ölkəni hər gün daha sürətlə məhvə sürükləyir.

Paşinyanın Moskva səfəri öncəsi ard-arda Azərbaycanla bağlı müsbət mesajlar verməsi, nəqliyyat kommunikasiyaların açılması məsələsində maraqlı olduqları təəssüratı yaratması sadəcə görüntü xatirinə atılan addım olmamalıdır. Belə olacağı təqdirdə İrəvan dalana dirənəcəyini, daha betər geosiyasi və iqtisadi vəziyyətlə üz-üzə qalacağını da bilməlidir. Bu gün regiondakı mövcud reallıqlar və güc balansı deməyə əsas verir ki, Azərbaycan çox yaxın zamanda Zəngəzur dəhlizinin açılmasına nail olacaq. Yaxşı olar ki, sadəcə bu məsələdə Ermənistanın da təşəbbüsü praktiki addımlarla da özünü göstərsin.

Çünkü Ermənistan kimi məhdud müdafiə imkanları olan dövlətin təhlükəsizliyini qoruyacaq əsas mexanizmi regional nizamdır. Nizam həm regiondaxili toqquşmaların, həm də xarici müdaxilələrin qarşısını almaqda ən effektiv yoldur ki, Zəngəzur dəhlizi ilə Ermənistan özünə hami axtarmaq, kiminsə forpostu, köləsi olmaqdan xilas ola bilər. Bu da İrəvanın istər daxili, istərsə də xarici məsələlərdə müstəqil siyasi qərarlar verməsində əhəmiyyətli detaldır.

Bir dövlətin real təhlükəsizlik təminatı öz imkanları, əlindəki rıçaqlar ilə quracağı konfiqurasiyadadır, üçüncü ölkələr vasitəsilə qurulan təhlükəsizlik kombinasiyaları həm konyukturaya görə dəyişə bilir, həm də siyasi asılılıq yaradır. Ermənistan tərəfi bunu yaxın perespektivdə anlamayacağı təqdirdə başını çıxara bilməyəcəyi bəlaya salacaq.

"İşlədiyimiz yerlərə kasıbları gözləmirik" like
  • 26 May 11:20  
Şou-biznes "İşlədiyimiz yerlərə kasıbları gözləmirik"

Türkiyəli müğənni Tuğba Əkinci gəzinti zamanı görüntülənib.

arrow Ətraflı
Ermənistan dalana dirəndi like
  • 26 May 11:13  
Siyasət Ermənistan dalana dirəndi

Ermənistan baş naziri Nikol Paşinyan keçən ilin sonlarına qədər bildirir

arrow Ətraflı
Azərbaycanın ərazilərində 1 milyona yaxın mina və partlamamış sursat basdırılıb like
  • 26 May 11:11  
Siyasət Azərbaycanın ərazilərində 1 milyona yaxın mina və partlamamış sursat basdırılıb

Azərbaycanın ərazilərində 1 milyona yaxın mina və partlamamış sursat ba

arrow Ətraflı
Medvedyev: Ukrayna iki yolla məhv olacaq! like
  • 26 May 11:09  
Digərləri Medvedyev: Ukrayna iki yolla məhv olacaq!

Ukraynanın dövlət kimi məhv olması qaçılmazdır, lakin bu da müxtəlif s

arrow Ətraflı
Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır like
  • 26 May 11:01  
Siyasət Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır

Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır.

arrow Ətraflı
Ölümündən əvvəl ona aşiq olduğunu etiraf edibmiş like
  • 26 May 10:58  
Şou-biznes Ölümündən əvvəl ona aşiq olduğunu etiraf edibmiş

Xəbər verdiyimiz kimi, rokun kraliçası adlandırılan dünyaca məşhur mü�

arrow Ətraflı
Bazar günündən sonra quyruq "qopacaq" like
  • 26 May 10:47  
Digərləri Bazar günündən sonra quyruq "qopacaq"

Sinan bəyin bizə qatılması hər hansı bir sövdələşmə ilə əlaqəli de

arrow Ətraflı
Bakıda iki klinikada nöqsanlar aşkarlanıb like
  • 26 May 10:36  
Digərləri Bakıda iki klinikada nöqsanlar aşkarlanıb

Bakıda fəaliyyət göstərən "Səhhət-M" MMC və "Ayxan İmpl

arrow Ətraflı
Xankəndindəki ermənilərin “cədvəl qıtlığı” başlanır: like
  • 26 May 10:28  
Siyasət Xankəndindəki ermənilərin “cədvəl qıtlığı” başlanır:

İrəvandakı "Hraparak" qəzeti maraqlı cədvəl dərc edib.

arrow Ətraflı
"Şöhrət özü gəlib bizi tapır, biz şöhrətin arxasınca qaçmırıq" like
  • 26 May 10:25  
Şou-biznes "Şöhrət özü gəlib bizi tapır, biz şöhrətin arxasınca qaçmırıq"

"Biz işimizlə məşğul oluruq. Şöhrətpərəstlikdən, şöhrətdən h

arrow Ətraflı
Marketlərdə süni düyülər satılır? like
  • 26 May 10:19  
Digərləri Marketlərdə süni düyülər satılır?

Azərbaycanda satışda olan düyülərlə bağlı aparılan monitorinqlərin n�

arrow Ətraflı
İsveçrədəki səfirliyimizdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş qəbul keçirilib like
  • 26 May 10:17  
Dünya İsveçrədəki səfirliyimizdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş qəbul keçirilib

Azərbaycanın İsveçrədəki səfirliyində 28 May - Azərbaycanın Müstəqil

arrow Ətraflı
Bank Respublika Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə dəstək oldu! like
  • 26 May 10:14  
Digərləri Bank Respublika Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə dəstək oldu!

Ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafına hər zaman də

arrow Ətraflı
Snayperlərimiz şərti düşmən hədəflərini belə məhv etdilər like
  • 26 May 10:12  
Siyasət Snayperlərimiz şərti düşmən hədəflərini belə məhv etdilər

Quru Qoşunlarının 2023-cü il üzrə hazırlıq planına uyğun olaraq, snayp

arrow Ətraflı