Kamaləddin Qafarov: “AzərbaycanLitva münasibətləri uğurla inkişaf edir”


Siyasət 24 May 2023 14:40:00 177 0

Kamaləddin Qafarov: “AzərbaycanLitva münasibətləri uğurla inkişaf edir”

"Mayın 21-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Litvaya  rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan və Litva arasında müxtəlif sahələri əhatə edən vacib sənədlər imzalanıb. Mayın 22-də Prezident İlham Əliyev Vilnüsdə mətbuata verdiyi bəyanatında vurğulayıb ki, geniş fikir mübadiləsi əsnasında aparılan önəmli müzakirələr və imzalanan sənədlər ölkələrimizin strateji tərəfdaşlıq əlaqələrini bir daha təsdiqlədi". Bu sözləri mətbuata  açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, Vilnüsdə keçirilmiş biznes-forum ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafına yeni təkan vermişdir və Prezident İlham Əliyevin bu tədbirdə iştirakı forumun önəmini bir qədər də artırmışdır: " Azərbaycan və Litva  uzun illərdir ki, strateji tərəfdaşdırlar. Bu baxımdan ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə bu əməkdaşlığın mahiyyətini əks etdirir. Bu gün Azərbaycan və Litva arasında güclü siyasi əlaqələr, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoq mövcuddur. Keçən il Litva Prezidenti  Q. Nausedanın Azərbaycana rəsmi səfəri, bu il isə Azərbaycan Prezidenti  İlham Əliyevin Litvaya rəsmi, eləcə də cari ilin əvvəlində iki ölkənin dövlət başçılarının Davosda baş tutmuş görüşü onu göstərir ki, ölkə rəhbərləri arasında  fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə  tamamlanır. Azərbaycan və Litva Prezidentləri arasında siyasi müstəvidə əldə edilmiş razılaşmalar təbii ki, bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Bu gün həm Azərbaycanın, həm də Litvanın iş adamları iki ölkə arasında biznes əlaqələrinin inkişafında son dərəcə maraqlıdırlar. Bu baxımdan ötən il mayın 18-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva biznes forumu iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə məlumatların mübadiləsi xüsusunda və əlbəttə ki, işgüzar əlaqələrin qurulması üçün yaxşı fürsət oldu. Heç şübhəsiz , Vilnüsdə keçirilən biznes forum da gələcək illərdə iqtisadiyyat və ticarət sahələrində əlaqələrin inkişafı istiqamətdə görülən tədbirlərə mühüm töhfə olacaqdır".

K.Qafarov Litvanın Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafında oynadığı roldan bəhs edərək  deyib: "Cənab Prezident İlham Əliyev öz bəyanatında bir daha vurğuladı ki, Litva ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin inkişafına önəmli töhfələr verir. Prezident Q. Nauseda Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum uğurla icra edilir. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni, ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq.  Avropa İttifaqının Cənubi Qafqazda olan geosiyasi maraqları getdikcə böyüyür. Bu gün Aİ ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması məsələsi bu maraqları daha konkret formalarda ortaya qoyur. Məhz elə bu maraqların da təmin olunması naminə Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış bu yeni reallığa əsaslanır. Yeni reallıq isə, ilk növbədə, möhkəm və davamlı regional sülhün bərqərar olunmasına əməli töhfələr verə biləcək yeni, işlək formatın yaradılmasını tələb edir. Belə bir format da məhz  Prezident İlham Əliyevin son iki ildə keçirdiyi görüşlərin və apardığı danışıqların nəticəsi olaraq yaranıb. Bu gün Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması Avropa İttifaqının qarşısında duran ən vacib məsələlərdən biridir. Daha bir vacib məqam da budur ki, Azərbaycan və Litva Prezidentlərinin keçirdikləri görüşdə bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi aparılıb. Müəyyən olunub ki, ölkələrimiz bu istiqamətdə də demək olar, paralel şəkildə hərəkət edirlər. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir və yaxın gələcəkdə bu sahədə də dinamik ikitərəfli əməkdaşlıq mümkün olacaqdır". 

Filarmoniyada Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş konsert təşkil olunub like
  • 24 May 14:36  
Kriminal Filarmoniyada Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş konsert təşkil olunub

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümumm

arrow Ətraflı
İcbari tibbi sığortaya yeni xidmətlər əlavə olunacaq like
  • 24 May 14:25  
Digərləri İcbari tibbi sığortaya yeni xidmətlər əlavə olunacaq

İcbari Tibbi Sığortaya yeni xidmətlər əlavə olunacaq.

arrow Ətraflı
Bakıda üzərində tapança gəzdirən şəxs saxlanılıb like
  • 24 May 14:14  
Kriminal Bakıda üzərində tapança gəzdirən şəxs saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının

arrow Ətraflı
Sinan Oğanın qərarı Ərdoğanın alacağı səslərin artmasında mühüm rol oynayacaq like
  • 24 May 14:10  
Digərləri Sinan Oğanın qərarı Ərdoğanın alacağı səslərin artmasında mühüm rol oynayacaq

Sinan Oğanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi

arrow Ətraflı
Ermənistan parlamentində yenə dava düşüb like
  • 24 May 14:06  
Digərləri Ermənistan parlamentində yenə dava düşüb

Ermənistan parlamentində növbəti dəfə ara qarışıb, məzhəb itib.

arrow Ətraflı
Separatçılar panikada: like
  • 24 May 14:03  
Digərləri Separatçılar panikada:

Son günlər Xankəndidəki erməni separatçıları arasında gərginlik artıb

arrow Ətraflı
Bu il Tuzla limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb like
  • 24 May 14:00  
Digərləri Bu il Tuzla limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb

2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin İstanbul şəhərində yerl�

arrow Ətraflı
44 yaşlı Səfər 13 yaşlı Əfsanəni belə aldadaraq Xudata aparıbmış... like
  • 24 May 13:57  
Digərləri 44 yaşlı Səfər 13 yaşlı Əfsanəni belə aldadaraq Xudata aparıbmış...

"Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsa

arrow Ətraflı
Özünü xain və satqın kimi aparma  Rusiyadan Ermənistana like
  • 24 May 13:54  
Digərləri Özünü xain və satqın kimi aparma Rusiyadan Ermənistana

Ermənistan növbəti dəfə Rusiya tərəfindən təhqir olunub. Rusiya tabeliy

arrow Ətraflı
Rusiya vətəndaşlarının ölkədən çıxışı məhdudlaşdırılır like
  • 24 May 13:52  
Dünya Rusiya vətəndaşlarının ölkədən çıxışı məhdudlaşdırılır

Rusiya vətəndaşlarının ölkədən çıxışı məhdudlaşdırılır. Ölkə

arrow Ətraflı
İradə: “Gənclər əllərindən gələni edirlər ki, xoşbəxt olmasınlar” like
  • 24 May 13:41  
Şou-biznes İradə: “Gənclər əllərindən gələni edirlər ki, xoşbəxt olmasınlar”

"Ailə qurmaq böyük şans və riskdir. Evliliyimizin bir ili tamam olmuş

arrow Ətraflı
Artıq müharibənin dönüş nöqtəsidir like
  • 24 May 13:30  
Digərləri Artıq müharibənin dönüş nöqtəsidir

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi artıq həlledici məq

arrow Ətraflı
"Çən quraşdırmağa qoymurlar, daimi su isə verilmir" like
  • 24 May 13:19  
Digərləri "Çən quraşdırmağa qoymurlar, daimi su isə verilmir"

Daimi su təminatı var deyə su çənlərini yığışdırdılar. İndi isə fa

arrow Ətraflı