Elnur Məmmədov oğluna ad günü etməkdən imtina etdi VİDEO


Şou-biznes 19 May 2023 23:15:00 150 0

Elnur Məmmədov oğluna ad günü etməkdən imtina etdi  VİDEO

Müğənni Elnur Məmmədov oğlu İlhamla bağlı diqqət çəkən açıqlama verib.

Son.az bizim media-ya istinadən xəbər verir ki, ailəvi şəkildə dostunun övladının məclisində iştirak etdiyini söyləyən sənətçi bildirib ki, oğlunun səs-küyə dözməyərək, ağlaması səbəbi ilə gecəni tərk etməli olub. 

E.Məmmədov baş verən hadisədən sonra oğlu İlhama doğum günü məclisi keçirməkdən belə imtina edib: 

"Oğlumun doğum gününü qeyd etmək üçün Azərbaycanımızın ən gözəl güşələrinin birində yer danışdıq. Övladımın ad günündən əvvəl isə Avropada idim. Almaniyada yaşayan dostumun ailəsinin xoş günündə iştirak edirdim. Onun oğlu isə övladımdan bir ay əvvəl dünyaya gəlib. Onun bir yaşını qeyd etməyi düşündük. Söylədim ki, oğluna Avropada ad günü etmə. Bütün qohumların Azərbaycandadır.

Əziyyət yenə də sənin boynuna düşəcək. Azərbaycanda oğluna doğum günü et, hamı da gəlib ürəklə məclisində iştirak etsin. Gəldik Vətənə dostumun oğlunun bir yaşını keçirdik. 

Birinci dəfə idi ki, ailəvi olaraq xanımım və oğlumla məclisə gedirdik. Uşağım içəri girən kimi tədbirdəki səs-küydən başladı ağlamağa. Məclisə necə gelmişdiksə, elə də evə qayıtdıq. Evə gələndən sonra həyat yoldaşıma sual verdim ki, uşağımıza ad günü etmək fikrindəsən? Cavab verdi ki, yox. 

Qonaqları övladımızın doğum gününə dəvət edib evdə oturacağamsa, bu onlara qarşı böyük hörmətsizlik olacaq. Bundan sonra övladımıza ad günü keçirmək istədiyimiz məkana zəng edib təxirə saldım. Təsəvvür edin ki, Amerika və Avropada yaşayan dostlarım belə oğlumun ad günündə iştirak etmək üçün təyyarə biletlərini almışdılar. Birinci onlara zəng vurub söylədim ki, xahiş edirəm gəlməyin. Uşağımın xasiyyəti tünddür". 

Qeyd edək ki, Elnur Məmmədov 2011-ci ildə ailə qurub. Lakin onun 10 il övladı olmayıb. O, aylar əvvəl qonaq olduğu "Günün sədası" səhər şousunda ata olmaq üçün xeyli pul xərclədiyini açıqlayıb. Ötən il isə E.Məmmədovun İnam adlı oğlu dünyaya gəlib. 

Türkiyəli rejissorun filmi Kann Festivalında like
  • 19 May 23:04  
Kriminal Türkiyəli rejissorun filmi Kann Festivalında

Türkiyəli rejissor Nuri Bilge Ceylanın "Kuru otlar üstüne" filmi

arrow Ətraflı
“YouTube” TVdə daha çox reklam göstərəcək like
  • 19 May 22:48  
Digərləri “YouTube” TVdə daha çox reklam göstərəcək

"YouTube" TV-də daha çox reklam göstərəcək.

arrow Ətraflı
ABŞ Ermənistanın bir neçə şirkətinə sanksiya tətbiq edib like
  • 19 May 22:45  
Dünya ABŞ Ermənistanın bir neçə şirkətinə sanksiya tətbiq edib

ABŞ Ermənistanın müəssisəsinə və bu ölkədə qeydiyyatdan keçmiş daha

arrow Ətraflı
"Ana olmaq istəmirəm" like
  • 19 May 22:41  
Şou-biznes "Ana olmaq istəmirəm"

Türkiyəli aktrisa Şebnem Bozoklu şəxsi həyatı barədə danışıb.

arrow Ətraflı
Mobil operatorların gəlirləri artıb like
  • 19 May 22:33  
Digərləri Mobil operatorların gəlirləri artıb

Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb.

arrow Ətraflı
Əhaliyə şad xəbər: like
  • 19 May 22:17  
Digərləri Əhaliyə şad xəbər:

Azərbaycanda iqtisadi və maliyyə imkanlarının artması nəticəsində büdc

arrow Ətraflı
Bakı prosesdə liderdir, Nikol isə Rusiyaya imkan vermir... like
  • 19 May 22:05  
Digərləri Bakı prosesdə liderdir, Nikol isə Rusiyaya imkan vermir...

İrəvan ardıcıl olaraq Rusiyanı tənqid edir, sözün əsl mənasında, nəf

arrow Ətraflı
Tiflisdə yüzlərlə insan aksiyaya çıxdı like
  • 19 May 21:42  
Digərləri Tiflisdə yüzlərlə insan aksiyaya çıxdı

Tiflisdə ölkənin ən böyük müxalifət partiyası - Vahid Milli Hərəkatı

arrow Ətraflı
Bakıda ŞOK: 13 yaşlı uşaq adam bıçaqladı like
  • 19 May 21:33  
Digərləri Bakıda ŞOK: 13 yaşlı uşaq adam bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Rusiyanın ABŞa cavabı gecikmədi like
  • 19 May 21:24  
Dünya Rusiyanın ABŞa cavabı gecikmədi

Rusiya 500 ABŞ vətəndaşının ölkəyə girişini bağlayıb.

arrow Ətraflı
"Qızımın namusuna kimsə bir söz deyə bilməz"  VİDEO like
  • 19 May 21:15  
Şou-biznes "Qızımın namusuna kimsə bir söz deyə bilməz" VİDEO

Müğənni Samirə Yusifqızı açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Onlar da "Alparslan Büyük Selçuklu"da olacaqlar  FOTO like
  • 19 May 21:04  
Şou-biznes Onlar da "Alparslan Büyük Selçuklu"da olacaqlar FOTO

"TRT1" kanalında yayımlanan "Alparslan Büyük Selçuklu"

arrow Ətraflı